Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
187
vasitələrlə əks etdirmədir [146,s.290]. Bu termini ilk dəfə
1940-cı ildə L.V.Şerba irəli sürmüş və bir dilin xüsusi adlarının
başqa dilin orfoqrafiya vasitələri ilə verilməsi kimi
səciyyələndirilmişdir. Onun ardıcılları M.İ.Matuseviç və
L.R.Zinder transliterasiyanı transkripsiyadan fərqləndirməyə
çalışmışlar. Əvvəl qeyd etdiyimiz kimi, transliterasiya dedikdə
bir əlifba sistemi əsasında yazılan mətnin,
sözün söz
birləşməsinin başqa əlifba sisteminə məxsus vasitələrlə əks
etdirilməsi nəzərdə tutulur. Transkripsiyanın bir məqsədi var, o
da əcnəbi adı tam dəqiq əks etdirmək. Transliterasiya isə daha
bir sıra cəhətləri nəzərdə tutur. Buraya orijinalda müvafiq
vahidin necə yazılması, necə tələffüz edilməsi,
ənənəyə görə
necə yazılması və sairə aiddir.
Qayda üzrə alınma söz və terminlərin bir qismi fonetik
tələb dəyişməsində transliterasiyaya təsadüf olunur. Mənbə
dildəki formasını itirərək fonetik dəyişikliyə məruz qalan
alınmalar Azərbaycan dilinin qrammatik qanunlarının
təsirini
sınaqdan keçirir. Həmin sözlərin mənbə dildəki formasını
saxlaya bilməməsi göstərir ki, Azərbaycan dilinin fonetik
quruluşu sabit və möhkəmdir.
Alınma sözün hansı əlifbadan istifadə edən dildən
alınmasının reseptor dil üçün əhəmiyyəti vardır.
Müxtəlif
əlifbalardan istifadə edən dillərdən alınmış sözlər reseptor dildə
qrafik əlifba assimilyasiyasına məruz qalırlar. Bir əlifbada
sözün yazılışının başqa əlifbada verilməsi qrafik assimilyasiya
adlandırmaq olar.
Azərbaycan dilində olan hər hansı bir mətndə latın
qrafikasına əsaslanan dildən alınmış xüsusi adın istifadəsi
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
188
zamanı söz dəyişikliyə uğramır. Bu zaman prinsip etibarı ilə in-
gilis dilində olan, amma bizdə olmayan hərflərin yenidən təsvir
edilməsi baş verir.
Transliterasiya olunan sözlər
mənbə dildən və həm də
vasitəçi dildən alına bilir. Mənbə dilə əsaslanmaq daha düzgün
yoldur. Beynəlxalq transliterasiya standartlarına əsasən
transliterasiyanın 4 növü vardır ki, onlardan üçü Azərbaycan
dilində müəyyənləşmişdir:
Dostları ilə paylaş: