Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana


“Bizim yaddaşımız fərdi yaddaşlardan və icma



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix25.12.2016
ölçüsü1,07 Mb.
#3156
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
“Bizim yaddaşımız fərdi yaddaşlardan və icma 

yaddaşlarından ibarətdir. Bu ikisi biri-birinə 

sıx bağlıdır. Və tarix bizim icma yaddaşımızdır. 

Əyər bizim icma yaddaşımız bizdən götürülsə - 

yenidən yazılsa – biz əsl mahiyyətimizi 

qorumaq imkanını itirmiş oluruq”. 

                                             

                                           Haruki  Murakami

 

11.  Milli  Rəqəmsal  Yaddaş  bazasının  Azərbaycan  hüdudlarından  kənarda  formalaşan 



materiallar  ilə  zənginləşdirilməsi.

  Azərbaycanın  Macarıstandakı  və  Polşadakı  diplomatik 

nümayəndəlikləri 

tərəfindən 

Azərbaycan 

ədəbiyyatının  tərcüməsi  və  xaricdə  təbliğinə 

həsr  olunmuş    “Mədəniyyətlərarası  dialoqun 

gücləndirilməsində  Azərbaycan  mədəni  irsinin 

təbliğinin 

rolu” 


adlı 

tədbir 


keçirildi. 

Azərbaycanın 

Polşa 

Respublikasındakı 



Fövqəladə  və  Səlahiyyətli  səfiri  cənab  Həsən 

Həsənovun 

rəhbərlik 

etdiyi 


diplomatik 

missiya 


tərəfindən 

polyakcaya 

tərcümə 

edilmiş 


200-ə 

yaxın 


Azərbaycan 

ədəbiyyatı 

nümunələri 

və 


Azərbaycanın 

Macarıstan 

Respublikasındakı  Fövqəladə  və  Səlahiyyətli  səfiri  cənab  Vilayət  Quliyevin  rəhbərlik  etdiyi 

diplomatik  nümayəndəliyin  macarcaya  tərcümə  etdirdiyi  150  adda  MEK-ə  bağışlanmış  Azərbaycan 

ədəbiyyatı  nümunələri  sərgidə  nümayiş  etdirildi,  hər  kolleksiya  üçün  elektron  kataloq  hazırlandı  və 

ümumi  e-kataloqa  daxil  edildi,  hər  kolleksiya  üçün  virtual  təqdimat  hazırlandı,  kitablar  MEK-in 

“Sərgi  salonu”nda  nümayiş  etdirildi  və  təşəbbüs  təbliğ  olundu.  Hər  iki  diplomatik  missiya  tərəfindən 

Macarıstan  və  Polşada  200-dən  artıq  məktəb,  mədəniyyət  mərkəzi  və  kitabxanalarda  görüşlər 

keçirilməsi,  tərcümə  edilmiş  ədəbiyyatın  hədiyyə  olunması,  müzakirələrin  aparılması  səsləndirildi. 

Tədbir  Azərbaycanın  təbliğinə  aid  edilən  bir  sıra  ölkə  və  beynəlxalq  əhəmiyyətli  tədbirlər  sırasında, 

məs.,  Bakı  Elm  Festivalı,  Beynəlxalq  Humanitar  Forum,  yubileylər  əhəmiyyətinə  görə  üstünlük 

təşkil  edənlərdən  biri  hesab  olunur.  MEK-ə  hədiyyə  edilmiş  materiallar  rəqəmsallaşdırılmış  və 

MRY-ə aid edilmişdir.   

Azərbaycan  Respublikasının  Los-Anceles  şəhərindəki  Konsulluq  tərəfindən  Üzeyir  Hacıbəylinin 

130  illiyinə  və  Rəşid  Behbudovun  100  illiyinə  həsr  olunmuş  və  ABŞ  Federal  Poçt  Xidməti 

tərəfindən  istifadəsinə  icazə  verilmiş  poçt  markaları  rəqəmsallaşdırılmış,  kataloqlaşdırılmış,  MRY-a 

aid  edilmiş,  MEK-in  “Sərgi  salonu”nda  incəsənət  və  səfirliklərin  fəaliyyətini  əks  etdirən  guşələrdə 

yerləşdirilmişdir. 

Üzeyir  Hacıbəylinin  “Arşın  mal  alan”  operasının  çin  dilində  rəqəmsal    versiyası    elektron  kataloqa 

salınmış,  MRY-a aid  edilmiş  və MEK oxucularının  diqqətinə  çatdırılmışdır.   




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin