Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana


Əməkdaşların  peşə  inkişafına  sistemli  yanaşma  tətbiq  olunub



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix25.12.2016
ölçüsü1,07 Mb.
#3156
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
Əməkdaşların  peşə  inkişafına  sistemli  yanaşma  tətbiq  olunub. 

Mərkəzi  Elmi  Kitabxana 

əməkdaşların  hərtərəfli  peşə  inkişafını  diqqət  mərkəzində  saxlayır.  İnformasiya  Texnologiyaları, 

Beynəlxalq  və  İctimai  Əlaqələr,  İnsan  resursları  və  İnzibati  şöbələr  üçün  “Əsasnamə  və  vəzifə 

öhdəlikləri”  hazırlanmış  və  istifadəyə  verilmişdir,  Kitabxana-Xidmət  şöbəsinin  bir  il  öncə 

hazırlanmış  eyni  adlı  sənədlərinə  yenidən  baxılmış,  cari  proseslərə  uyğun  olaraq  əlavə  və  düzəlişlər 

edilmiş,  şöbə  və  bölmələrin  əməkdaşları  əsasnamə  və  vəzifə  öhdəlikləri  üzrə  təlimatlandırılmış  və 

sənədlər  istifadəyə  verilmişdir.  Əməkdaşların  müntəzəm  olaraq  qiymətləndirilməsi  aparılır,  əməyin 

ödənilməsi  dərəcələrinə  və  maaşlara  korreksiya  verilir,  əməkdaşlar  kitabxana  həyatında  və 

kitabxananın  inkişaf  prosesində  iştirakına  və  əldə  etdikləri  nailiyyətlərə  görə  mükafatlandırılırlar. 

Əməkdaşların  peşə  inkişafı  üçün  əldə  edilmiş  bilik  və  bacarıqlar  “Vikipediya”,  “Mülki  müdafiə”, 

“Vahid  Qeydiyyat  Sistemi”,  “Elektron  resurslardan  (EBSCO,  Thomson  Reuters  Web  of  Science, 

OCLC,  Royal  Chemistry  Society)  istifadə  qaydaları”,  “Elmi-intellektual  bazanın  yaradılması” 

mövzularında  MEK  əməkdaşları  tərəfindən  kənar  təşkilatlara  və  MEK  əməkdaşları  tərəfindən 

həmkarlarına  keçirilmiş  təlimlər  böyük  əhəmiyyət  kəsb  edir,  təlim  komandası  Kitabxana-Xidmət 

şöbəsi,  Proqramçılar  bölməsi,  Sərbəst  elektron  resurslar  bölməsi  əməkdaşlarından  formalaşır.  MEK 

əməkdaşlarına  cəmi  224  iştirakçısı  olan  “Vikipediya”  və  “Elektron  Qeydiyyat  Sistemi” 

mövzularında  8  təlim,  əməkdaşlarımıza  xarici  təşkilatlar  tərəfindən  beynəlxalq  elektron  resursların 

istifadəsinə  dair  cəmi  101  iştirakçının  cəlb  edilməsi  ilə  9  təlim  keçirilmiş  və  çox  sayda  təlimatlar 

aparılmışdır.    



 

MEK  əməkdaşlarının  peşə  inkişafı  MEK  tərəfindən  kənar  təşkilatlara  keçirilən  təlimlər  zamanı 

cilalanır.  Təlim  mövzularının  seçilmə  prinsipi  kitabxana  idarəetmə  sistemində  əldə  edilmiş  texniki 

və  proqram  dəyişikliklərini  Azərbaycanın  elmi  və  mədəni  irsinin  təbliğatı,  bu  məlumatların 




 

 



universal  sistemləşdirmə  qaydalarının  tətbiqi,  dünya  elmi  və  mədəni  irsinin  Azərbaycan  haqqında 

məlumatlar  ilə  birlikdə  vahid  qeydiyyat  sisteminə  salınması,  sərbəst  resursların  formalaşdırılması  və 

təbliğidir.   

MEK  əməkdaşları    Azərbaycanda  və  xarici  ölkələrdə  keçirilən  tədbirlərdə  pərakəndə  yox,  vahid 

komanda  şəklində,  vahid  strategiya  və  mesajlarla,  vahid  təqdimat  üslubu  ilə  çıxış  edir.    MEK 

kolleksiyalarının 

təqdimatlarında, 

ekskursiyaların 

keçirilməsində, 

təlimatların 

verilməsində, 

konfranslarda  çıxışlar  əlaqələndirilir  və mövzular  uzlaşdırılır.   

MEK əməkdaşlarının  peşə bilik  və bacarıqlarına  əlavə  olaraq  təşəbbüsləri  dəstəklənir.   


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin