Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana


  Qanunvericiliyə  islahat  yönümlü  təkliflər  verilib



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix25.12.2016
ölçüsü1,07 Mb.
#3156
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
4.  Qanunvericiliyə  islahat  yönümlü  təkliflər  verilib. 

12  aprel  2016-cı  il  tarixində  AMEA  Mərkəzi 

Elmi 


Kitabxanasında 

“Kitabxana 

işi 

haqqında” 



Azərbaycan  Respublikasının  Qanununda 

dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2016-cı  il  4  mart  tarixli  174-VQD 

nömrəli  Qanununun  tətbiqi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamının  icrasını 

təmin  etmək  məqsədilə  MEK  tərəfindən  irəli  sürülmüş  təkliflərə  həsr  olunmuş  konfrans  keçirildi. 

Konfransda  mövcud  qanuna  MEK  tərəfindən  irəli  sürülmüş  əlavə  və  dəyişikliklərlə  bağlı  təkliflər 

səsləndirildi.  Təkliflər  ümumi  müddəalarda  yer  alan  əsas  anlayışlara  verilən  təriflərə  düzəlişlər, 




 

 



kitabxana  işi  haqqında  dövlət  siyasətinin  əsas  prinsipləri  və  vəzifələri  haqqında  maddələrə  yeni 

ifadələrin  əlavə  olunması,  “Kitabxana  sistemi”  fəslində  bəzi  kitabxanaların  statusunda  dəyişikliyə 

dair,  “Kitabxana  fondu”  adlı  fəsildə  yer  alan  maddələrə,  eləcə  də  kitabxanaya  vurulmuş  zərərə  görə 

məsuliyyət  kateqoriyasına,  kitabxana  işçilərinin  sosial  müdafiəsi  ilə  bağlı  maddəyə  dəyişiklik, 

“Nəşriyyat  işi  haqqında  qanun”a  əlavə  və  dəyişiklikləri  özündə  ehtiva  edir.  Diqqət  çəkən  təkliflər 

sırasında  “Nəşriyyat  işi  haqqında”  Qanunun  18-ci  maddəsinə  kitabın  buraxılış  məlumatına  dair 

Vahid  Elektron  Qeydiyyat-axtarış  kataloqunun  hazırlanması  və  tətbiqi  məqsədi  ilə  biblioqrafik 

təsvirin  mərkəzləşdirilmiş  şəkildə  təsnifat  indeksləri  daxil  olmaqla  universal  standartlara  uyğun 

olaraq  verilməsi,  təsvirin  Azərbaycan,  beynəlxalq  və  MARC  21  standartlarını  özündə  cəm  etməsi, 

mərkəzi  nəşriyyat  portalında  yerləşdirilməsi,  Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən 

kitabxanaların  mərkəzi  nəşriyyat  portalına  çıxışının  olması  və  portal  vasitəsilə  vahid  elektron 

biblioqrafik  təsvirin  eksport  imkanının  olması  oldu.  Təsvirin  verilməsində  müəllifin  və  ya  tərtibçinin 

iştirakının  zəruriliyi  vurğulandı,  təkliflər  paketinə  salındı  və  AMEA  rəhbərliyinə  təqdim  olundu. 

Bunlarla  yanaşı,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası 

Heyətinin  “Dissertasiyaların  AAK-a  təqdim  edilməsi  qaydaları  haqqında”  16.11.2007-cı  il  tarixli 

(protokol  №  17-R)  qərarına  əlavələrin  edilməsi,  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Ali  Attestasiya  Komissiyasının  fəaliyyətini  tənzimləyən  bəzi  normativ  hüquqi  aktların  təsdiq 

edilməsi 

haqqında”  Fərmanın  “Dissertasiyaların  təqdim  olunması  və  müdafiəsi  haqqında” 

maddəsinə  dəyişikliklərin  edilməsi  ilə  bağlı  təkliflər  də səsləndirilib. 

 

5. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin