Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


onlardan: sosial-mədəni tədbirlərə



Yüklə 0,56 Mb.
səhifə14/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

onlardan: sosial-mədəni tədbirlərə

2312,6

6,1

o cümlədən: təhsilə

979,7

2,6

sosial-mədəni tədbirlərə çəkilən xərclərə nisbətən, faizlə

42,4

x

mədəniyyət və incəsənətə, kütləvi informasiya vasitələrinə və idmana

118,3

0,3

sosial-mədəni tədbirlərə çəkilən xərclərə nisbətən, faizlə

5,1

x

səhiyyəyə

346,3

0,9

sosial-mədəni tədbirlərə çəkilən xərclərə nisbətən, faizlə

15

x

sosial müdafiəyə

825,3

2,1

sosial-mədəni tədbirlərə çəkilən xərclərə nisbətən, faizlə

35,7

x

sosial təminata

21,1

0,1

sosial-mədəni tədbirlərə çəkilən xərclərə nisbətən, faizlə

0,9

x

Mənbə: www.azstat.org

Qeyd edək ki, 2008-ci ildə sosial-mədəni tədbirlərə dövlət büdcəsinin maliyyə xərclərinin ÜDM-ə nisbəti 28,3% olmuşdur.


Bazar mexanizmlərinin inkişafı və ənənəvi iqtisadi əlaqələrin tədricən yeni bazar münasibətlərinə adaptasiyası prosesində müxtəlif proqramların (iqtisadi, investisiya, elmi, sosial və s.) maliyyələşdirilməsi təkcə büdcədən deyil, büdcədənkənar mənbə-lər vasitəsilə də həyata keçirilir. İqtisadiyyat inkişaf etdikcə ma-liyyə mənbələrinin imkanları da artır. Ümumiyyətlə, sosial infra-strukturun maliyyələşməsi aşağıdakı üsullarla həyata keçirilir:

  • kreditlərin verilməsi ilə;

  • müəssisələrin daxili maliyyə resurslarından istifadə etməklə;

  • əhalinin vəsaitlərinin cəlb edilməsi (o cümlədən, ərazi və bələdiyyə istiqrazlarının buraxılması) yolu ilə;

  • xeyriyyə, dini, beynəlxalq təşkilatların, fondlar, qeyri-kom-mersiya təşkilatlarının potensial imkanlarından istifadə etməklə.

Hazırda bütün dünyada sosial infrastrukturun maliyyə re-sursları ilə təminatında müxtəlif fondlar, birliklər, maliyyə qu-rumları (dövlət və qeyri-dövlət; büdcə və büdcədən kənar; milli və beynəlxalq; ərazi və yerli, sahələrarası və xüsusi; xeyriyyə, sa-hibkarlığa yardım, pay, investisiya fondları və s.) iştirak edirlər. Sosial infrastrukturun maliyyə resursları ilə təminatında iştirak edən fondlar gəlir əldə edərkən məcburetmə mexanizmindən uzaq, daha çox iqtisadi və könüllü xarakter daşıyan müxtəlif vasitə-lərdən istifadə edirlər.
Fondlar vergi ödəmələrinə yaxın ödənişlər, məcburi və kö-nüllü sığorta ayırmaları, həmçinin, konkret məqsədlər üçün könüllü ianələr və s. vasitələrlə formalaşır. Yığılmış maliyyə resurslarının bölüşdürülməsinə gəldikdə isə, burada da fondlar maliyyə resurslarından istifadənin səmərəliliyini artıran bir sıra mühüm üstünlüklərə malikdir:
Birincisi, rəqabət əsaslarının olmasıdır. Yəni resursların bölüşdürülməsi çox vaxt müsabiqə əsasında müxtəlif formalarda (qrantlar, layihə, güzəştli kreditlər və s.) həyata keçirilir .
İkincisi, indiki konkret anda inkişafın ən prioritet istiqamət-lərinin selektiv (seçilmə şəklində) himayəsi və müdafiəsidir.
Üçüncüsü, ayrılan vəsaitlərin yüksək səviyyəli ünvanlandırıl-masıdır.
Büdcədənkənar fondların hər bir altqrupunun digərlərindən fərqli özünəməxsus, xüsusi normativ-qanunvericilik bazası, gə-lirlərin formalaşdırma mənbələri, toplanan resursların xərclən-məsinin konkret istiqamətləri vardır. Bundan başqa, onların hər birinin fəaliyyətinə nəzarətin formaları da fərqlidir.
Son dövrlərdə bütün dünyada sosial proqramların ərazilər (re-gionlar) üzrə maliyyələşdirilməsində müəssisələrin vəsaitləri, əhalidən cəlb edilmiş vəsaitlər, o cümlədən, ərazi və bələdiyyə istiqrazları getdikcə daha çox rol oynayır. Maliyyə vəsaitlərinin kəskin çatışmazlığı şəraitində sosial infrastrukturun regional inkişafına nail olmaq üçün, yerli hakimiyyət istiqrazlar burax-maq məcburiyyətində qalır. Bu zaman buraxılan istiqrazların emissiyasının əsas məqsədi aşağıdakılardan ibarət olur:

  • yerli büdcə kəsirinin ödənilməsi;

  • yerli miqyasda konkret investisiya layihələrinin (mənzil tikintisi, regionun telefonlaşdırılması, xırda və orta biznes müəs-sisələrinə yardım) həyata keçirilməsi;

  • sosial və mədəni proqramların maliyyələşdirilməsi və s.

Yuxarıda sadalanan fondlar içərisində xeyriyyə fondları özü-nəməxsus rola malikdir. Bu sosial məsələlərin həll edilməsində xeyriyyə fondlarının daha mühüm rol oynaması ilə əlaqələndirilə bilər.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin