olunur?
2.Ötmə əməliyyatı əsas neçə mərhələdən ibarətdir?
3.Ötmə əməliyyatına əsasən hansı amillər təsir göstərir?
4.Təhlükəsiz ötmə məsafəsini hansı düsturla təyin etmək olar?
5.Təhlükəsiz ara məsafələri nədən asılıdır və necə hesablanır?
Ə D Ə B İ Y Y A T
1.Bayramov R.P., Cobanzadə İ.M. “Yol nəqliyyat hadisələrinin tədqiqi və
avtotexniki ekspertizası” Bakı, “Təhsil NPM”, 2005, 352 səh.
2.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I hissə)
Mövzu № 7. Avtomobilin aktiv təhlükəsizliyinə tormozlama xüsusiyyətlərinin
təsiri
Mühazirənin planı
:
1.Tormoz sistemlərinin növləri və tormozlama üsulları
2. Avtomobilin texniki vəziyyətinin onun tormozlanma dinamikasına
təsiri
3.Avtomobilin tormoz sistemlərinə qoyulan əsas tələblər
1a.Tormoz sistemlərinin növləri
Avtomobildə istifadə olunan tormoz
sistemlərinin cəmi
tormoz
idarəsi
adlanır.
Tormoz
idarəsinin
əsas finksiyaları
hərəkət edən avtomobilin sürətini lazım
həddə qədər azaltmaq və ya onu dayandırmaq, həm də dayanan avtomobili yerində
tərpənməz vəziyyətdə saxlamaqdır.
Beynalxalq standartlara əsasən hər bir avtomobil aşağıdakı 4 növ tormoz
sistemləri ilə təchiz olunmalıdır: işçi, ehtiyyat, duracaq və köməkçi (kütləsi 16t
artıq olan avtomobillər üçün məcburidir).
-
işçi tormoz sistemi
– onun təyinatı avtomobilin hərəkəti zamanı onun sürətini
lazımi həddə qədər azaltmaq və ya onu tam dayandırmaqdır;
-
duracaq tormoz sistemi
– onun təyinatı nəqliyyat vasitəsinin (yüksüz və tam
yüklü vəziyyətdə) yolun üfiqi və mailli sahələrində tərpənməz
vəziyyətini təmin
etməkdir;