yaradılması, ən nəhayət, hakimiyyətlər bölgüsü kimi prinsiplər təsbit olunmuşdu. Bu isə öz
növbəsində suverən ,hüquqi ,demokratik dövlət yaradılması istəyini nümayiş etdirirdi.
İstiqlal Bəyannaməsnin siyasi-hüquqi əhəmiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli
dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını,
ali dövlət hakimiyyət orqanları sistemini , hökümətin qanunverici orqan qarşısında
məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını ,daxili və xarici ,
eyni zamanda milli siyasətin əsaslarını ,vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar
edərək möhkəmləndirdi.Lakin bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və AXC –nin
Konstitusiyasının dövlətin ali orqanı –Müəssislər Məclisi tərəfindən qəbul edilməsi nəzərdə
tutulurdu.
Dostları ilə paylaş: |