Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi


 Aylıq müavinətlərin növü və miqdarı



Yüklə 308,04 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix02.01.2022
ölçüsü308,04 Kb.
#2342
1   2   3   4   5   6   7   8
1.1. Aylıq müavinətlərin növü və miqdarı 

- yaşa görə müavinət  - 60 manat 

-  əlillik    «ümumi  xəstəlik»,  «hərbi  xidmət  dövründə  xəstələnmə», 

«əmək  zədəsi  və  peşə  xəstəliyi»,  «hərbi  əməliyyatlar  keçirilən  zonada 

olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar» səbəbindən 

baş verdikdə əlilliyə görə müavinət: 

I qrup əlillərə – 67 manat və 2014-cü il aprelin 1-dən AR Prezidentinin 

təqaüdü təsis edilərək – 60 manat təyin edilərək cəmi – 127 manat 

II qrup əlillərə – 50 manat 



 

14 


III qrup əlillərə – 43 manat 

əlillik  «Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün, 



müstəqilliyinin  və  konstitusiya  quruluşunun  müdafiəsi  ilə  əlaqədar»  və 

«1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar» səbəbindən baş verdikdə: 

I qrup əlillərə – 83 manat  

II qrup əlillərə – 66 manat 

III qrup əlillərə – 60 manat 

-  əlillik  «Çernobıl  AES-də  hərbi  xidmətlə  əlaqədar»  və  ya  «hərbi 

xidmət vəzifələrini yerinə yetirməklə  əlaqədar» səbəbindən baş verdikdə: 

I qrup əlillərə – 77 manat  

II qrup əlillərə – 66 manat 

III qrup əlillərə – 50 manat; 

-  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaqlara  müavinət  –  67 

manat  


- ailə başçısını itirməyə görə – 55 manat  

-  bəzi  kateqoriya  şəxslərin  16  yaşadək  (ümumtəhsil  müəssisələrində 

əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət: 

1.2. şəhid uşaqlarına – 17 manat; 

1.3.  müharibə  əlillərinin,  20  yanvar  hadisələri  zamanı  əlil  olanların 

Çernobıl  qəzası  nəticəsində  I  və  II  qrup  əlil  olmuş,  yaxud  vəfat  etmiş 

valideynlərin  uşaqlarına,  habelə  Çernobıl  qəzası  nəticələrinin  aradan 

qaldırılması  iştirakçılarının  dispanser  qeydiyyatında  olan  uşaqlarına   

- 12 manat. 

-  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi 

kateqoriya  şəxslərə  kommunal  və  digər  xidmətlərə  görə  müavinət 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tənzimlənir. 

-  Əmək  pensiyası  almaq  hüquq olmayan  Azərbaycan  Respublikasının 

ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə 

müharibə  veteranı  adı  almış  şəxslərə,  1941-1945-ci  illərdə  arxa  cəbhədə 

fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-




 

15 


ci  illərdə  keçmiş  sovet  ordusunda  (donanmasında),  daxili  işlər  və  dövlət 

təhlükəsizliyi 

orqanlarında  hərbi  xidmətdə  olmuş,  lakin  döyüş 

əməliyyatlarında  iştirak  etməmiş,  müharibə  illərində  orden  və  medallarla  

təltif  edilmiş şəxslərə, İkinci  Dünya  müharibəsi  illərində döyüşən cəbhələrin 

arxa  hüdudları,  yaxud  döyüşən  donanmaların  əməliyyat  zonaları  daxilində 

ordunun  və  donanmanın  mənafeyi  üçün  tapşırıqları  yerinə  yetirmiş  xüsusi 

birləşmələrin  işçilərinə,  İkinci  Dünya  müharibəsi  dövründə  Leninqrad 

şəhərinin mühasirəsi zamanı şəhərin  müəssisələrində, idarə və təşkilatlarında 

işləmiş  və  «Leninqradın  müdafiəsinə  görə»  medalı,  «Leninqrad 

mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin 

ərazisində  gedən  məhəlli  müharibələrdə  və  hərbi  münaqişələrdə  hərbi 

birləşmələrin  tərkibində  iştirak  etmiş  şəxslərə  və  keçmiş  SSRi  silahlı 

qüvvələrinin,  Dövlət  Təhlükəsizliyi  Komitəsinin,  Daxili  İşlər  Nazirliyinin 

mütəxəssisləri  kimi  iştirak  etmiş  şəxslərə  müavinət  –  45  manat  2014-cü  il 

aprelin 1-dən (17 mart 2014-cü il tarixli Fərman); 

-  müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçularının  uşaqlarına  –  55 

manat; 


-  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -50 manat; 

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 45 manat. 

- beşdən çox uşağı olan qadınlara müavinət – 30 manat (01.01.2014-cü 

ildən) (27 dekabr 2013-cü itl tarixli Fərman) 


Yüklə 308,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin