Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi


Dövlət Sosial Müdafiə Fondu hesabına



Yüklə 308,04 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.01.2022
ölçüsü308,04 Kb.
#2342
1   2   3   4   5   6   7   8
 

Dövlət Sosial Müdafiə Fondu hesabına  

ödənilən müavinətlərin almaq hüququ 

1.  Məcburi  dövlət  sosial  sığorta  ödəmələri  sosial  sığorta  hadisəsi  baş 

verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: 

 



Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi 

ilə 


müəyyən edilən əmək pensiyaları;  

 



əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət 

(qanunvericiliklə müəyyən edilmiş dövr üçün);  

 

hamiləliyə və doğuma görə müavinət;  



 

uşağın anadan olmasına görə birdəfəlik müavinət;  



 

qanunvericilikdə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatana  qədər 



uşağa qulluqla əlaqədar müavinət;  

 



dəfn üçün müavinət;  

 



sığorta  olunanların  sanatoriya-kurort  müalicəsi  üzrə  xərclərinin 

tam və ya qismən ödənişi; 

 

işsizlik müavinəti 



2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta 

ödəmələrini almaq hüququ vardır.  

Qanunvericilikdə  nəzərdə  tutulmuş  müddət  ərzində  xeyrinə  məcburi 

dövlət 


sosial 

sığorta 


fəaliyyəti 

həyata 


keçirilməyən 

şəxslərin 

(qanunvericiliklə  müəyyən  olunmuş  hallar  istisna  olmaqla),  sosial  sığorta 

ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. 

Məcburi  dövlət  sosial  sığorta  haqları  hesabına  verilən  müavinətlər 

təyin  edilərkən,  sosial  sığorta  stacı  kimi  «Sosial  sığorta  haqqında» 

Azərbaycan Respublikası Qanununun 8-ci  maddəsinə əsasən sığortaolunanın 

xeyrinə  məcburi  dövlət  sosial  sığorta  haqqı  ödənilən  əmək  fəaliyyəti 

dövrlərinin ümumi müddəti nəzərə alınır. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət  və 

hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta 



 

stajı  olan  şəxslərə  şamil  edilir.  Hər  iki  halda  müavinətin  aylıq  maksimal 



həddi  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin  25  mislindən  artıq  ola 

bilməz. 


3. Əmək qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı məcburi dövlət sosial 

sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinin  ilk  14  təqvim  günü  üçün 

müavinət  sığortaedənin  vəsaiti,  qalan  günlər  üçün  isə  məcburi  dövlət  sosial 

sığorta haqları hesabına ödənilir. 

 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  bir  neçə  xəstəlik  vərəqəsinə 



görə  fasiləsiz  olaraq  ardıcıl  davam  edərsə,  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinin  ilk  14  təqvim  günü  üçün  müavinət  xəstəlik  vərəqələrinin 

sayından  asılı olmayaraq,  yalnız  bir  dəfə  sığortaedənin  vəsaiti,  qalan  günlər 

üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.  

 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  bir  neçə  xəstəlik  vərəqəsinə 



görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 

14  təqvim  günü  üçün  müavinət  xəstəlik  vərəqələrinin  sayından  asılı  olaraq, 

hər  dəfə  sığortaedənin  vəsaiti,  qalan  günlər  üçün  isə  məcburi  dövlət  sosial 

sığorta haqları hesabına ödənilir; 

4.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət,  əmək 

qabiliyyətinin  itirildiyi  birinci  gündən  başlayaraq  sağalanadək  və  ya  tibbi 

sosial  ekspert  komissiyası  (TSEK)  tərəfindən  əlillik  və  ya  sağlamlıq 

imkanlarının  məhdudluğu  müəyyən  edilənədək,  lakin  qanunvericiliklə 

müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. 

5. İşləyən  əlillərə  (müharibə  əlillərindən başqa və sağlamlıq imkanları  

məhdud uşaqlara) əmək qabiliyyətinin  müvəqqəti  itirilməsinə görə müavinət, 

əmək  şikəstliyi  və  peşə  xəstəliyindən  başqa  qalan  hallarda,  ardıcıl  və  yaxud 

təkrar  xəstələnmə  zamanı  təqvim  ilində  altı  aydan  çox  olmamaq  şərti  ilə 

verilir. 

Əgər  işləyən  əlilin  və  sağlamlıq  imkanları    məhdud  uşağın  əmək 

qabiliyyətinin  müvəqqəti  itirməsi  əmək  şikəstliyi  və  ya  peşə  xəstəliyi 




 

nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək 



şikəstliyi  və  ya  peşə  xəstəliyi  ilə  bağlı  əlillik  dərəcəsi  və  sağlamlıq 

imkanlarının məhdudluğunu yenidən müəyyən edilənədək verilir. 

İşləyən  əlillərə  (vərəm  xəstəliyi  olan  əlillərdən  başqa  və  sağlamlıq 

imkanları  məhdud  uşaqlara)  vərəm  xəstəliyi  ilə  xəstələndikdə  əmək 

qabiliyyətini  müvəqqəti  itirməyə  görə  müavinət  sağalanadək  və  ya  vərəmlə 

xəstələnmə  nəticəsində  əlillik  dərəcəsi  və  ya  sağlamlıq  imkanlarının 

məhdudluğu  yenidən  baxılanadək,  lakin  12  aydan  artıq  olmamaq  şərtilə 

verilir. 

6.  Sığortaolunana  respublikadan  xaricdə  əmək  qabiliyyətinin 

müvəqqəti  itirilməsi  ilə  əlaqədar verilmiş sənədlər  yaşayış və ya  iş yeri üzrə 

müalicə - profilaktika  idarələri  tərəfindən xəstəlik vərəqələri  ilə  əvəz olunur, 

iş  yerində  ümumi  əsaslar  üzrə  sığortaolunana  müavinət  təyin  edilir  və  bu 

Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir. 

7.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  hallarında  müavinət 

aşağıdakı miqdarda verilir: 


Yüklə 308,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin