Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə12/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

1.6 Biometrik parametrlərin icmalı
Barmaq izlәri

Barmaq izlәrinə görә identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın әl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.

Barmaq izini papilyar xәtlәr әmәlə gәtirir, onların quruluşu dәrinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilә şәrtlәnir. Bu xәtlәr mürәkkәb naxışlar әmәlә gәtirirlәr (qövs, ilgәk və spiral), onların aşağıdakı xassәlәri var:

  • fәrdilik və təkraredilməzlik;

  • zamana görә sabitlik (bәtndaxili inkişafdan meyidin çürümәsinәdәk);

  • bәrpa olunma (dәri qatının sәthi zәdәlәndikdә xәtlәrin quruluşu әvvәlki şәklindә bәrpa olunur).

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Bu metodun əsası hər bir insanın bir və ya bir neçə barmaqlarında papilyar naxışların fərdiliyi və təkrar olunmamasıdır. 1877-ci ildə ingilis məmuru Uilyam Herşelin papilyar şəkillərin dəyişməzliyi fərziyyəsi əsasında ingilis antropoloqu Frensis Qalton 1895-ci ildə İngiltərədə cinayətkarların qeydiyyatı üsulu kimi daktiloskopiyanın tətbiqinə nail olmuşdur. 1902-ci il 18 apreldə isə Böyük Britaniyada cinayətkarın tanınması üçün daktiloskopiya ilk dəfə tətbiq edilmişdir




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin