Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə


Biometrik parametrlərin təsnifatı



Yüklə 175,53 Kb.
səhifə10/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

1.5 Biometrik parametrlərin təsnifatı

Biometrik xüsusiyyətlər insanın fizioloji və davranış xüsusiyyətləri ile əlaqədar olmaqla iki qrupa bölünür. Barmaq izi, əl həndəsəsi, gözün qüzehli qişası, ovucun izi kimi biometrik xüsusiyyətlər fizioloji, yeriş, əl imzası kimi biometrik xüsusiyyətlər isə davranışla bağlı hesab olunur. Səs kimi bəzi biometrik xüsusiyyatlara fizioloji va davranışla bağlı xüsusiyətlərin birləşməsi kimi baxmaq mümkündür. Əlava olaraq, biometrik xüsusiyyətlər ailəsinə bioloji xüsusiyyətləri də əlava etmək mümkündür. Əsas biolojı xüsusiyyətə misal kimi DNT (Deoksiribo Nuklein Turşu) göstərilir. Texniki imkanlar nəzərə alındıqda, avtomatlaşdırılmış sistemlərdə DNT-nin biometrik xüsusiyyət kimi istifadəsi hələlik mümkün deyil.

Biometrik identifikatorun sabit (uzun müddət ərzində) və ya dəyişən olmasından asılı olaraq biometrik identitikatorları statik və dinamik olmaqla iki əsas qrupa bölürlər (cədvəl 1.2)


  • Statik identifikasiya metodları insanın dəyişməz fizioloji xarakteristikalarının analizinə əsaslanır (məsələn, barmaq izləri, əlin həndəsi ölçüləri, gözün qüzehli qişası).

  • Dinamik identifikasiya metodları şəxsin davranış xarakteristikalarının hər hansı hərəkətin yerinə yetirilməsi prosesində har bir insana xas xüsusiyyətlərin analizinə əsaslanır (məsələn, əl imzası, yeriş, səs).




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin