Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə6/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   2   3   4   5   6   7   8   9   ...   39
C.R.Əmirovanın «Azərbaycanın etnoqrafik toponimləri» adlı namizədlik dissertasiyamında haqlı olaraq göstərilir ki, Azərbaycan toponimikasının fondunun yaranmasında xalqı­mızın etnik tarixinin və etnoqrafiyasının, xüsusən də maddi və mənəvi mədəniyyətimizin realiyalarının / əkinçilik mədəniy­yə­ti­nin, maldarlığın, peşə və sənətkarlığın, mifoloji və dini dünya görüşün/ təsiri ayrıca bir araşdırmaya mövzu olmuş 2 və müəllif bu problemin toponimik tədqiqatlar içərisində aktuallığını nəzərə alıb onun həllinə girişmişdir.

Etnoqrafik leksikanın ən qədim laylarından və zəngin leksik qruplarından biri də geyim adlarıdır. Təsadüfi deyil ki, maddi mədəniyyətin başqa sahələri ilə müqayisədə geyim yalnız xalqı­mızın mənəvi həyatını deyil, həmçinin onun tarixini, həyat tərzini, estetik, etik görüşlərini, etnik və sosial fərqləri əks etdirmək qüdrətində olduğuna görə dilçilik tədqiqatına da cəlb olunmuşdur.3 Məişət leksikasının bir qolunu təşkil edən geyim adları B.R.Məmmədovanın namizədlik dissertasiyasında mo­noq­rafik yolla tədqiq olunmuşdur. Müəllif bu mövzunun araş­dırılması üçün təbii olaraq, Azərbaycan və ümumtürk abi­də­lərinə, ana dilimizdəki bədii ədəbiyyat nümunələrinə, etnoqrafik mənbələrə, Azərbaycan və türk dillərinin mzahlı, etimoloji və ieidilli lüğətlərindən götürülmüş faktik material­lardan istifadə etmişdir. Mahiyyət etibarilə etnoqrafik lek­sikanın daha dərin­dən öyrənilməsinə xidmət edən bu diisertasiya işi diaxron və sinxron plandp yazılmışdır.

Azərbaycan dilinin tarixi leksikologiyası1, dialekt və şivə materialları əsasında leksikanın tədqiqi2, eləcə də ayrı-ayrı terminoloji sahələr3 üzrə doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin