Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 0,68 Mb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#50807
1   2   3   4
informatika

İşarələrin əks olunması. Windows 7 sisteminin Bələdçi pəncərəsində fayl obyektləri işarələrinin əks olunma üsulları ciddi şəkildə təkmilləşdirilmişdir.

Belə ki,artıq pəncərələrdə əks

olunan işarələrin ölçülərini ixtiyari

qaydada dəyişmək,həmçinin

ixtiyari formada əks olunmasına

baxmayaraq onları nizamlamaq,

qruplaşdırmaq və filtrləmək

mümkündür. Eləcə də veb-səhifələr, şəkillər, video və s. fayllar üçün piktoqramlar əvəzinə bu faylların məzmunu kiçik eskizlər şəklində pəncərələrdə əks oluna bilir.



Windows Explorer proqramında kitabxanalarla iş

Kitabxanalar Windows Explorer proqramında mühüm yenilikdir. Kitabxanalar sənədlərin, musiqinin, şəkillərin və s. faylların idarə olunması üçün nəzərdə tutulan bir yerdir. Əslində onlar xüsusi virtual qovluqlardır. Kitabxanada sadəcə olaraq faylların yerləşməsi haqqında məlumat, yəni qovluqlar kataloquna və bu kataloqda yerləşən sənədlərə keçid əlaqələri (linklər) yerləşir. Yəni kitabxananın məzmunu əlaqələr (linklər) kataloqundan ibarətdir və bu əlaqələrdən istifadə edərək bir andaca zəruri ünvana keçid etmək olur.Kitabxanalar müəyyən mənada qovluqlara bənzəyir. Məsələn, kitabxana açılarkən bir və ya bir neçə fayl obyektləri ekranda əks oluna bilər. Lakin qovluqdan fərqli olaraq kitabxana açılarkən fayl obyektlərini saxlandıqları bir neçə müxtəlif yerlərdən toplayaraq ekranda əks etdirir. Yəni kitabxana müxtəlif qovluqlarda saxlanılan faylları eyni vaxtda əks etdirə bilir. Bu isə kitabxana ilə qovluq arasında çox mühüm fərqin olduğunu göstərir. Əslində kitabxanalarda fayl obyektləri saxlanılmır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin