Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#45890
1   2   3   4   5   6   7   8   9   ...   17
Piriyev İzzət 615.7 kurs işi

 

 


 

 

 



 

GİRİŞ 

  Siqnal  informasiyanın  maddi  daşıyıcısıdır.  Siqnalların  emalı  onun  daşıdığı 

faydalı informasiyanın və göstəricilərin əldə edilməsi məqsədi ilə aparılır. Siqnalların 

rəqəmli emalı XVII  – XVIII yüzilliklərin riyaziyyatına əsaslanır və hal-hazırda elm 

və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Amerika alimi həmyerlimiz 

Zadənin  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi  və  neyron  şəbəkələrinin  inkişafı  baxılan 

sahəyə yeni təkan vermişdir.   Siqnalların rəqəmli emalı bir çox sahələrdə siqnalların 

ənənəvi  analoq  emalını  əvəz  etmişdir.  Siqnalların  rəqəmli  emalının  vüsətli  inkişafı 

rəqəm texnikasının və kompyüterlərin inkişafı ilə əlaqədardır. Bu rəqəm qurğularının 

analoq  qurğulara  nisbətən  böyük  üstünlükləri  analoq  modellərinin  və  emal 

alqoritmlərinin  diskret  analoqlarının  işlənib  hazırlanması  stimullaşdırdı.      Lakin 

rəqəm  qurğuları  yalnız  diskret  siqnallar  üzərində  əməliyyat  apara  bildiyindən  emal 

olunan  analoq  siqnalları  rəqəm  siqnallarına  (0  və  1-lərdən  ibarət  olan  rəqəm  kodu) 

çevrilməlidir.  Bu  əməliyyat  müəyyən  məsrəflər  və  xəta  ilə  əlaqədar  olmasına 

baxmayaraq  qaçılmazdır.      Bundan  başqa  emal  alqoritmini  yerinə  yetirən  rəqəm 

qurğusunun  çıxış  siqnalı  da  ikilik  say  sistemində  olan  rəqəm  kodu  şəklində 

formalaşır.  Təbii  ki,  bu  informasiyanı  da  insanın  dərk  etməsi  üçün  onluq  say 

sisteminə  çevirmək  lazımdır.    Giriş  analoq  siqnalını  rəqəm  koduna  çevirən  qurğu 

ARÇ (analoq-rəqəm çeviricisi), çıxış siqnalını isə onluq say sistemində ifadə olunan 

siqnala  çevirən  qurğu  isə  RAÇ  (rəqəm-analoq  çeviricisi)  adlanır.    Hal-hazırda 

siqnalların  rəqəmli  emalı  radiotexnikada,  telekommunikasiyada,  idarəetmə 

sistemlərində,  audiotexnikada,  televiziya  yayımlarında  geniş  istifadə  olunur.Matlab 

paketində bu kursa aid çoxsaylı nümayişetdirici materialın olması nəzəri müddəaları 

dərindən  mənimsəməyə,  məşğələlərin  və  laboratoriya  işlərinin  reallığa 

yaxınlaşmasına imkan yaradır.  Ümumi halda siqnal dedikdə informasiyanın material 

daşıyıcısı nəzərdə tutulur. O həm fiziki proses şəklində (prosesdə informasiya onun 

informativ  parametrinin  ölçüsündə  olur),  həm  də  kod  və  ya  diskret  şəkildə 

(informasiya  onun  elementlərinin  sayında,  onların  zamanda  və  məkanda 

yerləşməsində olur) ola bilər. 




 

 

 



 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin