6
GİRİŞ
Problemin müasir vəziyyəti: Azərbaycanın zəngin karbohidrogen
potensialı ölkənin statusuna böyük təsir göstərir. Respublikanın karbohidrogen
ehtiyatlarının daha da zənginləşdirilməsi üçün kompleks tədqiqatlar
genişləndirilir. Quruda və dənizdə yerləşən ərazilərin daha dərin
çöküntülərində yeni neft və qaz yataqlarının kəşfiyyatı çox aktuallaşır.
Bununla belə, ölkənin enerji potensialı təkcə neft və qaz ehtiyatlarından asılı
olmamalıdır və respublika onlarla birlikdə təbii bitum, şist və qaz hidratları
kimi qeyri-ənənəvi alternativ enerji mənbələri ilə zəngindir .
Hazırda bir sıra ölkələrdə şist qazı (ABŞ, Kanada, Çin və s.), sement (Estoniya
Çin, Almaniya), kənd təsərrüfatı gübrələri (Estoniya, İsveçrə), elektrik
stansiyalarında yandırmaq üçün (ABŞ, Kanada, Çin və s.) neft şistindən geniş
istifadə olunur.
Mövzunun aktuallığı: Azərbaycanın neft şistləri ilə bağlı
tədqiqatlar ötən əsrdə aparılmışdır .2000-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən daha
ətraflı tədqiqatlar aparılır. İnstitutun “Palçıq vulkanizmi” şöbəsinin
əməkdaşları neft şistinin geoloji, geokimyəvi xassələrini və ehtimal
ehtiyatlarını öyrənmişlər.
Tədqiqatın yeniliyi: Nümunələrin kimyəvi tərkibinə əsasən əsas
oksidlərin və mineralların mineralogiyası, təsnifat xüsusiyyətləri, dayanıqlıq
xüsusiyyətləri, habelə kimyəvi xüsusiyyətləri öyrənilmişdir.
Dostları ilə paylaş: