Azərbaycan Dövlət İqtisad Universiteti


İqtisadiyyatın tənzimlənməsini şərtləndirən amillər



Yüklə 31,15 Kb.
səhifə2/9
tarix03.01.2022
ölçüsü31,15 Kb.
#50980
1   2   3   4   5   6   7   8   9
İqtisadi sistemin transformasiyası

İqtisadiyyatın tənzimlənməsini şərtləndirən amillər


Dünya təcrübəsi göstərir ki, hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun gözlənilməsi iqtisadiyyatın tənzimlənməsilə bağlı başlıca problemlərdən biridir. Bəşər cəmiyyətinin inkişafı gedişində dövlət ölkədə qayda-qanunu gözləmək, milli təhlükəsizliyi təmin etmək üçün ordunun təşkili və saxlanılması ilə yanaşı, bu və ya digər səviyyədə müxtəlif iqtisadi proseslərə müdaxilə etmişdir. Məs. Orta əsr feodal dövləti feodalların torpaq mülkiyyətinin qorunmasını təmin edir, mərkəzi hakimiyyətə münasibətdə sənətkarların və kəndlilərin yerinə yetirəcəyi öhdəlikləri müəyyənləşdirirdi. Ancaq, XIX əsrin sonundan etibarən dövlət iqtisadiyyata nəzarət və onun tənzimləmə funksiyalarını daha çox yerinə yetirməyə başladı. Bu, özünü hər şeydən əvvəl, iqtisadiyyatı tənzimləyən normativ hüquqi aktların yaradılmasında, onun yerinə yetirilməsində dövlətin nəzarət etməsini göstərirdi. Dövlət möhkəmləndirildikdə getdikcə daha çox ictimai mənafelərə və bütövlükdə iqtisadi sistemə xidmət etməyə başladı.

Dövlətin iqtisadiyyata müdaxiləsi prosesinin güclənməsinə Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin böhranı həlledici təsir etdi . Belə ki, “Durğunluq illəri” bazar iqtisadiyyatının tənzimlənməsinin klassik istiqamətlərinin bir çox müddəalarının səmərəsizliyini əyani surətdə sübuta yetirdi. Dövlət ölkəni böhrandan çıxarmaq və bütünlükdə iqtisadi sistemin özünün mövcudluğunu qorumaq məqsədilə güclü və sərt tənzimləmə tədbirləri sistemini tətbiq etmək məcburiyyətində qaldı. Məhz belə bir şəraitdə 30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq meydana çıxan C. Keyns nəzəriyyəsində ilk dəfə olaraq bazar iqtisadiyyatı şəraitində cəmiyyətin iqtisadi həyatına dövlətin müdaxiləsinin konseptual nəzəri əsasları işlənib hazırlandı. C. Keyns 1936-cı ildə çapdan çıxmış “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsərində klassik və neoklassik təlimlərdən əsaslı surətdə fərqli olaraq sübut etdi ki, dövlət tələb səviyyəsinə təsir göstərməklə bütünlükdə iqtisadiyyatı tənzimləyə bilər. Başqa sözlə desək, bu nəzəriyyədə “Keyns inqlabı”-nın əsasında onun irəli sürdüyü “səmərəli tələb” ideyası durur. Məlum olduğu kimi, tələb iki ünsürün –şəxsi istehlak və məhsuldar istehlakın, başqa sözlə, məcmu investisiya qoyuluşunun cəmindən ibarətdir. Iqtisadiyyatın tənzimlənməsinin Keyns modeli hər şeydən əvvəl tələbin idarə olunmasında dövlət tənzimlənməsi ilə bazar mexanizminin vəhdətinə əsaslanır.

C.Keyns belə hesab edir ki, cəmiyyətdə iqtisadi inkişafı təmin etmək üçün tələbi formalaşdıran və milli gəliri artıran amillərə təsir etmək kifayətdir. Bu məqsədlə milli gəlirin artımı şəraitində tam məşğulluğu təmin etmək üçün istehlak, investisiya və məşğulluq arasındakı qarşılıqlı funksional asılılığı aşkara çıxarmaq lazımdır. əməli cəhətdən bu ideyanı reallaşdırmaq üçün gəlirlər, istehlak, yığım, istehsalın miqyası, investisiya kimi makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqəsini də nəzərə almaq lazımdır. Keyns nəzəriyyəsində dövlətin iqtisadiyyata müdaxiləsində məqsəd böhran hallarını aradan qaldırmaq, maksimum məşğulliğu təmin etmək, nəticə etibarilə iqtisadi artımın sürətini yüksəltməkdən ibarətdir. Bütün bunların əsasında Keyns belə bir nəticəyə gəlir ki, səmərəli tələbi və tam məşğulluğu təmin etmək üçün dövlət fəal büdcə-maliyyə siyasətini həyata keçirməlidir.

İqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin Keyns modeli aşağıdakı istiqamətlərdə müəyyənləşdirilmişdir:



  1. Dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən bölüşdürülrülməsinə nail olunur.

  2. Dövlət və qarışıq müəssisələrin yaradılması hesabına sahibkarlığın geniş dövlət bölməsi yaradılır.

  3. İqtisadi mühiti sabitləşdirmək, tsiklik enib-qalxmaları yumşaltmaq, milli məhsulun yüksək artım surətinə nail olmaq və məşğulluğun səmərəli səviyyəsini təmin etmək üçün büdcə-maliyyə, kredit-maliyyə tənzimlənməsindən geniş istifadə olunur. Belə ki, “Böyük durğunluq” illərində əksər dünya ölkələrini bürümüş sosialiqtisadi böhrandan çıxarmaq üçün dövlət öz üzərinə çox böyük iqtisadi funksiyalar götürməyə məcbur oldu. XX əsrin II yarısında (xüsusən 70-ci illərdə) iqtisadiyyatın sosial yönümünün güclənməsi isə iqtisadiyyata dövlətin müdaxiləsinin yeni və eyni zamanda çox mühüm mərhələsi kimi qeyd oluna bilər. Bu dövrdə istehsalın azalması və eyni zamanda inflyasıya baş vermişdir. Mövcud sosial –iqtisadi proseslərlə əlaqədar olaraq digər bir cərəyan-monetarizm meydana gəldi. Monetarizm müasir mühafizəkarlığın ən aparıcı cərəyanıdır. Müasir mühafizəkarlıq monetarizmlə yanaşı özündə Təklif və Səmərəli gözləmə nəzəriyyələrini də birləşdirir. Monetarizmin banisi M. Fridmendir. Bu nəzəriyyə C. Keynsin nəzəriyyəsinə əks bir nəzəriyyə hesab olunur. Monetaristlər sübut etməyə çalışır ki, yalnız azad sahibkarlıq şəraitində tam azadlığa, iqtisadi səmərəyə və bölgüdə bərabərliyə nail olmaq olar. Onlar hesab edir ki, tələbin tənzimlənməsi təsərrüfat düzəlişinin təbii prosesini pozur. Onlar azad sahibkarlığa təhlükə kimi qiymətləndirilən dövlət müdaxiləsinin formalarının aradan qaldırılması uğrunda mübarizə aparmışlar.

Məhz bu proseslə əlaqədar, yəni, istehsalın həcminin azalması və eyni zamanda inflyasiyanin baş verməsilə əlaqədar C. Keynsin büdcə xərclərini artırmaq təklifi, yaxud kəsirli maliyyələşdirmə siyasətinin yeridilməsi əlverişli olmamışdı. Büdcə vasitəsilə tənzimləmək inflyasiyanı gücləndirirdi. Ona görə də, monetarizm siyasətinin tətbiq edilməsi zərurəti meydana gəldi. Monetarizm –pul kütləsinin iqtisadi fəallığa, monetar vasitələrin və monetar siyasətin iqtisadi inkişafa təsir mexanixmini əsaslı surətdə öyrənən nəzəriyyədir. Monetarizm əsasən pul kütləsinin tənzimlənməsinə yönəldilmmiş pul-kredit siyasətidir. Monetarizmin fərqləndirici xüsusiyyəti iqtisadiyyatın bütün əsas problemlərinə (qiymət, işsizlik, inflyasiya, gəlirlərin nominal səviyyəsi və s.) pul tədavülü prizmasından yanaşmasıdır. Monetarizmin mahiyyəti iqtisadi tarazlığın sabit gedişinin pozulmasının səbəbini səhv pul siyasəti və pul sferasındakı dəyişiklik ilə əlaqədar olduğunu sübut etməkdir. M. Fridmen özünün bütün əsər və məqalələrində uzunmüddətli dövrdə təsərrüfat həyatında baş verən böyük dəyişikliklərin hər şeydən əvvəl pul kütləsi və pulun hərəkətilə əlaqədar olduğunu sübut etməyə çalışmışdı. O, 1929-1933-cü illərin böhranı da daxil olmaqla bütün iqtisadi sarsıntıları bazar iqtisadiyyatının qeyrisabitliyi ilə deyil, pul siyasətinin nəticəsi kimi izah edir.

  1. Yüklə 31,15 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin