Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y



Yüklə 430 Kb.
səhifə4/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

İstehsalat kooperasiyası hər hansı bir mürəkkəb məhsulun birgə istehsalı üzrə yerli və xarici müəssisələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədini daşıyır.

İstehsalat kooperasiyası xüsusi uzunmüddətli sazişlə möhkəmləndirilir ki, burada istehsalat proqramlarının razılaşdırılması, məmulatın tərkib hissələri, məhsulun hazırlanması üçün lazım olan materiallar və xammal ilə mübadilə öz əksini tapır.

Kooperasiyanın alternativ forması da mövcuddur ki, bu zaman yerli və xarici firmalar müəyyən məhsulu ancaq yerli bazara göndərməyi, artıq məhsulu isə öz tərəf-müqabillərinə onun bazarında istifadə etmək üçün verməyi öz öhdəliklərinə götürürlər.

Kontrakt üzrə istehsal (başqa cür podrat istehsal adlandırılır) xarici firma tərəfindən müəyyən məmulatın istehsalına və ya onun yığılmasına dair yerli müəssisə ilə uzunmüddətli sazişin bağlanılması nəzərdə tutulur. Bu zaman xarici şirkət malın bazara yeridilməsi və onun satışı üzərində tam nəzarəti öz üzərində saxlayır.

Kommersiyanın bu forması o zaman tətbiq olunur ki, firmaya hazırki ölkədə gücləri inkişaf etdirməyə ehtiyac yoxdur, onun üçün daha sərfəlisi mövcudlardan istifadə etməkdir. Bu o zaman olur ki, texniki cəhətdən yaxşı silahlanmış müəssisəni tapmaq mümkün olsun və bu müəssisənin etibarlı tərəf-müqabil olması inamı olsun.

Burada bir sıra problemlər yaranır ki, onlar da aşağıdakılara səylərin və diqqətin göstərilməsini tələb edirlər:


  • müəssisənin əlavə təchiz olunmasını həyata keçirməli, onun istehsalat və idarəetmə heyətini öyrətmək;

  • malın keyfiyyətinin xüsusi qeydinə qalmaq;

  • yerli istehsalçı nəzarətdən çıxmaq və özünün şəxsi işini təşkil etmək istədiyi hallara qarşı tədbirlər görmək.

Bununla belə beynəlxalq kommersiyanın bu forması daha geniş yayılmağa başlamışdır: bir çox iri firmalar bu yolla özlərinin «firma» məhsullarının əhəmiyyətli hissəsini istehsal edirlər. Bu, kontrakt üzrə istehsalın aşağıdakı əhəmiyətli üstünlükləri ilə izah olunur:

  • gömrük və yaxud inzibati maneələrlə qorunan bazarlara daxil olma imkanı;

  • bazara nəzarət etmənin təmin olunması;

  • minimal əsaslı qoyuluşlar və istehsalın dəyərinin aşağı əmək haqqı və digər xərclər hesabına aşağı salınması;

  • müxtəlif siyasi və iqtisadi qeyri-sabitliklərdən olan risklərin azalması (milli müəssisə adətən milliləşdirməyə məruz qalmırlar, milli valyutada hesablaşmalar valyuta məzənnəsinin dəyişməsindən az asılıdır);

  • iri firmanın milli bazarda yüksək nüfuzunun (imicinin) yaradılması və yaxud saxlanılması (bu, daha çox əhalisi olan ölkələrdə vacibdir).

İdarəetmə kontraktı xarici firmaların idarəetmə fəaliyyətini həyata keçirməklə mükafat formasında, bəzən də mənfəətin bir hissəsi kimi pul qazanmağa imkan yaradır. Kommersiyanin bu cür forması daha tez-tez xidmət sahəsində, zinət əşyalarının satışı, böyük təcrübə və istehlakçıların xüsusi inamı tələb edilən digər fəaliyyət növlərində istifadə edilir.

Bu forma onunla cəlbedicidir ki, əhəmiyyətli əsaslı qoyuluş və istehsalat güclərini tələb etmir, mülkiyyətini itirmək riski bu zaman minimaldır. Tez və zəmanətli gəlir əldə etməyin mövcudluğu da cəlbedici amillərdən biridir.

Lakin bu forma da kölgəli tərəflərdən azad deyildir. Burada, həqiqətən dünya dərəcəli mütəxəssislər tələb olunurlar ki, onların da idarəetmə sahəsində hərəkətləri və məsləhətləri heç bir şübhə doğurmur. Bundan başqa, idarə edilmədə ciddi səhvlərə yol verilməsi zamanı, idarəetmə obyektinin maddi itkilərinə görə kompensasiya ödənişi üzrə iddiaların qaldırılmasını da gözləmək olar.

Lisenziyaların satışı malların və xidmətlərin istehsalçısının beynəlxalq kommersiya fəaliyyətinə cəlb edilməsinin ən əlverişli üsullarından biridir.

Satıcı (lisenziar) xarici alıcı (lisenziat) ilə müəyyən muzdla (qonorar və yaxud lisenziya ödənişi)istehsal texnologiyasının, patentin, əmtəə nişanının və digər əqli mülkiyyətin istifadə olunması barəsində saziş bağlayır.

Beynəlxalq kommersiya bu cür formasının üstünlüyü ondan ibarətdir ki, lisenziar özünün əqli əməyinin dünya bazarına heç bir xərc və risk çəkmədən çıxarılması imkanına malik olur və bu zaman müəyyən mükafat da əldə edir. Lisenziata gəldikdə isə, o, başqasının hazır ixtirasından, istehsalat texnologiyisaından, firmanın malından və adından öz maraqları üçün istifadə etmək imkanını qazanır və bu zaman elmi tədqiqatlara və işləmələrə heç bir böyük vəsait sərf etmir.

Bununla yanaşı, lisenziyaların satışı satıcı və alıcıya heç də ancaq fərəh gətirmir. Lisenziar saziş dövrü ərzində özünün əqli əməyindən bəhrələnə bilmir, bu zaman əhəmiyyətli itkilər də daşıyır. Lisenziat saziş müddəti qutardıqdan sonra da lisenziyalı məhsulun təkmilləşdirilməsi üzərində işləyə bilər və bununla da sonradan lisenziara rəqib çıxa bilər.



Françayzinq və yaxud franşıza – lisenziyaların satışının formalarından biridir.

Françayzinqin mahiyyəti, hər hansı bir firma tərəfindən (françayzer) digər firmaya və yaxud firmalara özünün məhsulunun istehsalı hüququnun verilməsindən ibarətdir. Başqa sözlə, bu, kommersiyanın, o cümlədən, beynəlxalq kommersiyanın, aparılmasına verilən lisenziyadır (lisenziya verənin adından istifadə etməklə).

Françayzinq müstəsna və yaxud qeyri-müstəsna xarakter daşıyır ki, bu da lisenziyanın bir və yaxud bir neçə firmalara satılmasından asılı olur.

Françayzinq müəyyən müddətə bağlanılan müqavilə ilə rəsmiləşdirilir. Bu müqaviləyə əsasən françayzı alan, françayzerə, verilmiş hüquqlara görə lisenziya ödənişi verir.

Françayzer, alıcıya ixtisaslaşmış avadanlıq, texniki yardım və məsləhət, məhsulun istehsalı üçün lazım olan tərkib hissələrini, standart inqridientləri qablaşdırmasını verir, reklam və malın bazara yeridilməsini təmin edir. Buna görə də alan françayzerə mənfəətinin bir hissəsini ayırır.

Lisenziyaların satışının adi praktikasindan fərqli olaraq, françayzinq firmaya, lisenziya alana və onun fəaliyyətinə nəzarətə daha çox təsir etmək imkanı verir.

Marketinq fəaliyyətinin nəticələri, malların ixracat və idxalatının, malların mübadiləsi və müxtəlif növ xidmətlərin həyata keçirilməsi konkret kommersiya əməliyyatlarının yerinə yetirilməsi zamanı başa çatır. Bu əməliyyatlar bilavasitə maddi dəyərlilər və xidmətlərlə xarici ticarət mübadiləsinə xidmət göstərir.

Beləliklə, beynəlxalq kommersiya əməliyyatı – müxtəlif ölkələrin kontragentlərinin fəaliyyət kompleksidir və o, maddi dəyərlər və xidmətlərlə ticarət mübadiləsinin həyata keçirilməsi məqsədilə insanların müxtəlif fəaliyyət növlərinin təşkilinə, nizamlanmasına yönəldilmişdir.

Beynəlxalq kommersiya əməliyyatlarının subyekti kimi beynəlxalq kommersiya fəaliyyətini aparmaq hüququna malik olan kommersiya firmaları, müəssisələri və digər təsərrüfat təşkilatları çıxış edirlər. Beynəlxalq kommersiya əməliyyatlarının subyekti kimi həm də xarici bazara çıxış hüququnu almış sahibkarlar ittifaqları, dövlət təşkilatları da çıxış edirlər. Müasir şəraitdə bağlanılan xarici ticarət sövdələşmələrinin həcminə görə bu fəaliyyətin dünya bazarında bütövlükdə xarakterini və prinsiplərini müəyyən eləyən iri sənaye konsernləri, kənd təsərrüfatı assosiasiyaları, xarici ticarət birlikləri, beynəlxalq ticarət evləri və transmilli korporasiyalar lider vəziyyətindədirlər.

Beynəlxalq kommersiya əməliyyatlarının obyekti son nəticədə dünya bazarında kommersiya əməliyyatlarının əsas növlərini və məzmunlarını ifadə eləyən maddi məhsullar və əşyalar, xidmətlər, elmi-texniki əməkdaşlıq və kooperasiyadan ibarətdir.

Beynəlxalq kommersiya-vasitəçi əməliyyatlar bu əməliyyatların birbaşa iştirakçıları arasında ödənişli qaydada həyata keçirilən əsas və malların satıcıdan alıcıya doğru hərəkəti ilə bağlı olan təminedici əməliyyatlara bölünürlər.

Əsas beynəlxalq kommersiya vasitəçi-ticarət əməliyyatlara (BKTVƏ) aşağıdakılar aiddirlər:



  • maddi-əşya formasında mallarla mübadilə;

  • patentlərlə, lisenziyalarla, nou-haularla ticarət formasında elmi-texnigi biliklərlə mübadilə;

  • konsultasiya və injinirinq xidmətləri ilə mübadilə;

  • icarə;

  • beynəlxalq turizm;

  • informasiya və idarəetmə prosesinin təkmilləşdirilməsi sahəsində xidmətlərin göstərilməsi;

  • kinofilmlər və televiziya verilişləri proqramları ilə mübadilə.

Beynəlxalq mal dövriyyəsini təmin eləyən əməliyyatlara aşağıdakılar aiddirlər:

  • beynəlxalq yük daşımaları;

  • nəqliyyat-ekspedisiya;

  • yüklərin sığortalanması;

  • beynəlxalq yükdaşımaları zamanı yüklərin qorunması;

  • beynəlxalq hesablaşmaların aparılması,

yəni buraya maddi axınların satıcıdan alıcıya doğru hərəkətinin idarə olunmasına yardım eləyən məcmu əməliyyatlar daxildirlər.

BKTVƏ-nin həyata keçirilməsi müəyyən hüquqi formaların tətbiqini və onların yerinə yetirilməsinin konkret metodlarından istifadə edilməsini tələb edir.

Beynəlxalq kommersiya əməliyyatlarını şərtləndirən hüquqi forma kimi ticarət sövdələşməsi çıxış edir ki, bunun əsas şərti sazişin xarici kontr-agentlə bağlanılmasıdır.


Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin