Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y



Yüklə 430 Kb.
səhifə9/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

Agent əməliyyatları, prinsipal adlandırılan tərəflərdən birinin ondan asılı olmayan agent (ticarət, kommersiya) adlandırılan digər tərəfə razılaşdırılmış ərazidə prinsipalın adından və onun hesabına malın alışı və satışı üzrə faktiki və hüquqi hərəkətlərin aparılması üzrə tapşırıq verilməsini nəzərdə tutur. Agent əməliyyatları adətən uzunmüddətli agent sazişləri əsasında həyata keçirilir.

Adətən agent prinsipaldan asılı olmur, çünki o, prinsipalla hüquqi cəhətdən əmək münasibətlərində olmur və öz fəaliyyətini müəyyən mükafat əsasında həyata keçirir. Agent çox vaxt müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş hüquqi şəxs olur. Buna baxmayaraq, agent adətən, agent müqaviləsi ilə müəyyən olunmuş səlahiyyətlər əsasında işləyir, prinsipal tərəfindən birbaşa yoxlama və nəzarətə məruz qalmır.

Agentin fəaliyyətinin fərqli cəhəti odur ki, o, öz fəaliyyətini yalnız prinsipalın adından və onun hesabına həyata keçirir. Onun rolu, bir qayda olaraq, ondan ibarət olur ki, prinsipal tərəfindən üzərinə qoyulmuş məsuliyyət çərçivəsində alqı-satqı sövdələşməsinin yerinə yetirilməsinə imkan yaradır.

Müxtəlif ölkələrdə agentlərin müəyyən olunmasında prinsip etibarı ilə heç bir fərq yoxdur, bununla belə ayrıca götürülmüş hər bir ölkənin öz anlayışı və tərəflərin adlarının xüsusi terminologiyası mövcuddur. Məsələn, Böyük Britaniyada və ingilis dilli ölkələrdə agent müqaviləsinin tərəfləri agent və prinsipal; Almaniyda, Avstriyada, Belçikada, Yaponiyada – ticarət nümayəndəsi və sahibkar; Skandinaviya ölkələrində - agent və sahibkar; Argentina və Braziliyada – mükəvvil və vəkalət verən adlandırılır.

Həm prinsipalın, həm də agentin hüquq və vəzifələri agent sazişinin növündən asılı olur.



Sadə agentlik haqqında saziş prinsipala müstəqil olaraq və yaxud digər firmaları cəlb etməklə razılaşdırılmış ərazidə agent sazişinin predmeti olan malları satmaq və yaxud almaq hüququnu verir.

Agentin inhisarçılıq hüququ haqqında sazişi (müstəsna hüququ) prinsipalı, müstəqil olaraq və yaxud digər firmaları cəlb etməklə razılaşdırılmış ərazidə agent sazişinin predmeti olan malları satmaq və yaxud almaq hüququndan məhrum edir.



Müstəsna hüquq haqqında saziş (birinci əl hüququ) prinsipalı ilk əvvəl agent sazişinin predmeti olan malı agentə təklif etməyi məcbur edir, və o, bu mal partiyası ilə işdən imtina edəndən sonra prinsipal həmin malı razılaşdırılmış ərazidə müstəqil olaraq və yaxud digər firmaları cəlb etməklə satmaq hüququna malik olur.

Malların ixracatı zamanı agentlərin maliyyələşdirilməsi aşağıdakı əsas üsullarla həyata keçirilir:



  • ixracatın həcminin dəyərindən hesablanan razılaşdırılmış faiz kimi komisiyon mükafatının ödənişi;

  • ixracat qiyməti ilə malın bazarda son satış qiyməti arasında fərqin ödənişi;

  • agent üçün çox əlverişlı şərtlərlə malların kreditlə göndərilməsi;

  • ödənişlərə faizsiz möhlətin verilməsi;

  • prinsipalın mütəxəssislərinin agentin ölkəsinə və onun üçün əlverişli şərtlərlə satışdan qabaq işlərin görülməsi və texniki xidmətin göstərilməsi üçün yardım edilməsi məqsədilə ezamiyyə olunma;

  • xüsusi avadanlığın pulsuz göndərilməsi.


  • Yüklə 430 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin