AZƏrbaycan döVLƏt iqtisad universiteti sərbəst iş N5 Fakulte: Texnologiya və dizayn Ixtisas: Texnoloji maşın və avadanlıqlar mühəndisliyi



Yüklə 54.15 Kb.
tarix13.11.2019
ölçüsü54.15 Kb.
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI

Sərbəst iş N5

Fakulte: Texnologiya və dizayn

Ixtisas: Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Mövzu: Nitq hissələri

Tələbə: Məmmədov Məmməd

Qrup:714

NITQ HISSƏLƏRI

Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.



Nitq hissələri



Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.
Azərbaycan dilində 11 nitq hissəsi var. Bunlar 2 qrupa bölünür: əsas və köməkçi.




  1. Əsas nitq hissələri: İsim, sifət, əvəzlik, say, fel, zərf

  2. Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida

 

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə