Azərbaycan Dillər Universiteti Sərbəst iş Ad: İsmayılzadə Soyad: Gülçin Qrup: 377d fakültə: Beynəlxalq Münasibətlər


Sin Şi Xuandi(Çinin birinci padşahı)



Yüklə 20,27 Kb.
səhifə2/2
tarix16.12.2023
ölçüsü20,27 Kb.
#183657
1   2
Geosiyasət

Sin Şi Xuandi(Çinin birinci padşahı) adlandırdı. Onun dövründə Çin ilk dəfə Vahid dövlətdə birləşdirildi, böyük Çin səddi inşa olunmaga başlandı(214),Çin 36 vilayətə bölündü, vahid çəki,ölçü, pul və yazı sistemi yaradıldı və vahid qanunlar qəbul olundu. Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.Bu dövrlər arasındakı eramızın 9–25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 — E.ə. 87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Tsin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179–122-ci illər) özünün kifayət qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179–104-cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Xan dövründə "Dəyişikliklər kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və rəqəmlər haqqında təlimdə" formalaşmışdı.
Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e. 27–97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər", Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və "Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.
Ədəbiyyat Siyahısı

  1. https://az.wikipedia.org/wiki/Geosiyas%C9%99t

  2. http://www.anl.az/el/h/258786.pdf

  3. https://unec.edu.az/application/uploads/2015/06/0511_bmaz.pdf

  4. http://elibrary.bsu.edu.az/files/books_80/N_28.pdf

Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin