Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


Layihə fəaliyyətinin loqistik dəstəklənməsi



Yüklə 99,05 Kb.
səhifə19/22
tarix22.04.2023
ölçüsü99,05 Kb.
#101406
1   ...   14   15   16   17   18   19   20   21   22
Az rbaycan dilind i g zar v akademik kommunikasiya

Layihə fəaliyyətinin loqistik dəstəklənməsi

Loqistika etimologiyası birmənalı deyildir. Belə ki, qədim yunan dilində logos “idrak”, log “təfəkkür”, logismas “fikir hesablama planı”, loqo “müzakirə etmək”, logistika “hesablamaların praktik aparılma mədəniyyəti” kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı.
Loqistikanın tarixi. Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvəllərində ilk dəfə olaraq ABŞ-da mülki sahədə formalaşmağa başladı. Logistikanın təkamülü baxımından XX əsrdə yaranmaqla onu bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar:

  • Birinci mərhələ 1920-1950-ci illəri əhatə edir. Bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes nəaliyyəti üçün əhəmiyyətsiz hesab olunurdu.

  • İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədərki dövrü əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər.

  • Üçüncü mərhələ 1970-ci ildən 1980-ci illərin ortalarına kimi olan müddəti əhatə edir. ABŞ Miçiqan Universitetinin logistika üzrə nüfuzlu mütəxəssislərindən sayılan Donald Bauersons bu dövrü logistik intibah dövrü adlandırmışdır.

  • Dördüncü mərhələ logistikanın perspektiv inkişaf mərhələləri adlanır. Bu mərhələ istehsal, təchizat, satış və istehlak prosesinin hər birinə kompleks yanaşmaqla logistik sistemlərin tam qurulmasını nəzərdə tutur.

Loqistikanın metodoloji əsasları.

  1. Sistemli təhlil;

  2. Kibernetik yanaşma;

  3. Əməliyyatların tədqiqi;

  4. İqtisadi-riyazi modelləndirmə.

  1. Logistikanın yarımbölmələri. Logistika aşağıdakı yarımbölmələrə bölünür:

  • Hərbi logistika

  • Biznes logistikası

  • Tədarük logistikası

  • Paylama logistikası

  • Satış logistikası

  • Nəqliyyat logistikası

  • Ehtiyat logistikası

  • Anbar logistikası

  • İnformasiya logistikası

  • Kompleks logistika

  • Ekoloji logistika

  • Qənaət logistikası

  • Şəhər logistikası


  1. Yüklə 99,05 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin