Azərbaycan dili haqqında ümumi məlumat


Ritorika və onun başqa elmlərlə əlaqəsi



Yüklə 0,81 Mb.
səhifə10/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   6   7   8   9   10   11   12   13   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Ritorika və onun başqa elmlərlə əlaqəsi
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr – bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.
Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu. bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər.
Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın – uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da humanitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır: 1) Dilçilik; 2) Ədəbiyyat – Ədəbiyyatşünaslıq; 3) Üslubiyyat; 4) Tarix; 3) Etika; Estetika; 7) Psixologiya; 8) Pedaqogika; 9) Fiziologjya; 10) Məntiq və s.
Ritorika və dilçilik
Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fonetik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidir. Eləcə də dilimizin leksik tərkibini mükəmməl surətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazi mənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağınin sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, paremioloji vahidlər nitqin effektini artırır. Məsələn,
Yoruldum – əldən düşdüm.
İnanmıram – Gözüm su içmir.
Gizli saxla – bir daş altda, bir daş üstdə və s.
Çox asanlıqla inanmaq olar ki, birinci-normativ mənada işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.
Dilin morfoloji normaları da belədir. Qrammatik norma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsətmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fonetik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydın olur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin