AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   2   3   4   5   6   7   8   9   ...   37
§ 2. ĠCTĠMAĠ-SĠYASĠ TƏġKĠLATLAR 

 

Sovet  hakimiyyəti  qurulduqdan  sonra  ictimai-siyasi  təĢkilatların, 

xüsusən hələ bundan əvvəl Azərbaycanda mövcud olan kommun ist partiyasının, 

həmkarlar ittifaqları və ko msomo l təĢkilatların ın fəaliyyəti geniĢləndi.  

1920-c i  ilin  fevra lında  "Hümmət‖  in,  RK(b)P  Ba kı  təĢkilatının  və  

"Ədalət‖in birləĢ məsi əsasında yaradılmıĢ Azərbaycan Ko mmunist (bolĢeviklər) 

Partiyası  (30-cu  illə rədək  "Azərbaycanın  KP"  yox,  "AK(b)P"  adlanırd ı)  əslində 

hökumət  partiyası  olmuĢdu  və  tədricən  nəinki  dövlət  hakimiyyəti  ilə  qovuĢur, 

həm  də  "proletariat  diktaturası"  sisteminin  ö zəyinə  çevrilird i.  O,  müstəqil, 

sərbəst partiya deyil, RK(b)P-n in tərkib hissəsi idi və onun Mərkəzi  Ko mitəsinin  

Qafqa z  Bürosunun  rəhbərliy i  a ltında  iĢləyir,  Rusiya  Ko mmunist  (bolĢeviklər) 

Partiyasının Proqram və  Nizamnaməsini həyata keçirirdi. A zərbaycanın ictimai-

siyasi,  sosial-iqtisadi  və  hətta  mədəni  həyatının  bütün  sahələri  üzrə  Mərkə zin  

göstəriĢlərin in  hamısı  "beynəlmiləlçilik"  prinsipləri  bayrağı  altında  partiya 

üzvlərinin n izamnamə vəzifəsi kimi sözsüz yerinə yetirilird i.  

Sovet  hakimiyyətinin  ilk  illərində  Azə rbaycan  partiya  təĢkilat ının  

fəaliyyətində  azadfikirlilik,  plüralizm  və  tənqid  ünsürləri  hələ  də  özünü 

göstərirdi.  Partiyada,  xüsusən  Bakı  təĢkilatında  azərbaycanlılar  bütövlükdə 

götürdükdə  ruslar,  ermənilər  və  respublikada  yaĢayan  digər  xalqların  

nümayəndələrindən  az  id ilər.  Rəhbər  partiya  orqanlarında  qatı  millətçi, 

əlaltından  antiazərbaycan  siyasəti  yeridən  erməni-daĢnak  ko mmunistlərinin  

güclü təsiri var idi. 

Sovet  hakimiyyəti  qurulduqdan  s onra  qəzalarda  partiya  təĢkilat larının  

fəaliyyəti  xeyli  gücləndi,  onların  sıralarında  Azərbaycanlıların  sayı  çox-ço x 

artdı. 1920-ci ildə AK(b) P-nin 6 min nəfərdən ço x üzvü var idi. 

1920-c i il  mayın  5-də RK(b)P MK  Qafqaz  Bürosu üzvlərinin iĢtira kı  ilə  

keçirilmiĢ  birinci  (leqal)  Ümu mbakı  partiya  konfransı  faktiki  olaraq  ko mmunist 


24 

 

partiyasının  siyasətinin  Azərbaycanda  partiya  və  sovet  quruculuğu  üzrə  əsas 



istiqamətlərini  müəyyənləĢdirdi.  Konfrans ın  qəbul  etdiyi  tezislərdə  deyilirdi: 

"AK(b)P  sıralarında  RK(b)P  proqramından  və  taktikasından,  onun  rəhbər 

orqanların ın  qərarlarından,  dire ktivlə rindən  və  təlimat larından  heç  bir  kənara  

çıxma  halları,  istər  saziĢçiliyə,  istərsə  də  millətçiliyə  heç  bir  yolvermə  halları 

olmamıĢdır və ola da bilməz"

43



AK(b)P-nin  tərkibi  ço xmillət li  idi,  o  za man  onun  üzvlərinin,  de mə k 

olar,  yarısım  baĢqa  millətlərin  nü mayəndələri  təĢkil  edirdi.  Rəhbər  partiya 

orqanlarında  azə rbaycanlılar  a z  idi.  A zərbaycanda  Moskvanın  partiya  xətt ini 

yeritmək  üçün  buraya  "görkəmli  bolĢeviklər"  -  Q.K.Orconikid ze,  S.M.Kirov, 

Q.N.Ka minski, 

N.N.Koles nikova, 

Y.L.Stasova 

göndərilmiĢdilər. 

Q.N.Kaminskidən  sonra  təxminən  beĢ  il  S.M.Kirov  AK(b)P  MK-nın  birinci 

katibi  o lmuĢdur.  1926-cı  ildə  MK-nın  birinci  katib i  vəzifəsin in  icrası 

Ə.H.Qarayev,  H.A.Ağaverdiyev  və  L.Mirzoyandan  ibarət  katibliyə  həvalə 

edilmiĢdi.  1929-cu  ildən  1934-cü  ilədək  q ısa  bir  dövrdə,  M.C.Bağırov  birinci 

katib  təsdiq  edilənə  qədər,  üç  birinci  katibi  -  N.Gikalo,  V.Polonski  və  Rubeni 

(Rubenovu) Mərkəz kənar Ģəxslərdən təyin etmiĢdi.  

Azərbaycanın  iqtisadiyyatını  əsasən  Sovet  Rusiyasının  ehtiyacların ı 

ödəməyə  doğru  istiqamətləndirməyə  dair    tədbirləri  həyata  keçirmək  üçün 

Mərkəzin  mandatları  ilə  Bakıya  təsərrüfat  iĢçiləri  göndərilirdi.  O  zaman  neft 

sənayesinin vəziyyətini öyrən mək üçün Əmək və Müdafıə ġu rasının səlahiyyətli 

ko missiyası da Bakıya gəlmiĢdi. Azərbaycana Ġ.M.Qubkin, D.V.Qo lubyatnikov, 

P.N.Pototski  kimi  yüksək  ixtisaslı  mütəxəssislər  və  alimlər  də  gəlird i. 

A.P.Se rebrovski,  N.Ba rinov  bir  çox  illə r  Ba kı  neft  sənayesinə,  N.Ġ.Solovyov  və 

baĢqaları  xalq təsərrüfatına rəhbərlik etmiĢlər.  Onların silahdaĢları əksər hallarda 

Azərbaycanlılar  deyil,  baĢqa  millətlərin,  xüsusən  ermənilərin  nümayəndələri 

olurdu.  Bakı  partiya,  həmkarlar  ittifaq ları  təĢkilatlarında  və  digər  ictimai 

təĢkilatlarda  erməni  millətçilərin  təsiri  güclü  idi.  Belə  bir  müh itdə 

ko mmunistlərin  bir  h issəsinin  arasında  qarĢılıq lı  milli  etimadsızlıq  qalırd ı. 

Moskvanın  Azərbaycan  üzərində  hökmü  həmin  partiya  özəyi  vasitəsilə  həyata 

keçirilird i.  Bu  ö zək  Mərkəzin  "imperiya  n iyyətlərin i"  pərdələmək  üçün 

ko mmunist  partiyas ının  ali  prinsipi  sayılan  -  "beynəlmilə lçilik  prinsipindən" 

istifadə edird i.  Bu, əslində ekspansiyaçılığ ın incə  formasının tilsimli  mexan izmi 

idi. 

Partiya  həyatının  yaran maqda  olan  bu  cür  forması  hoqiqi  sosializm 



cəmiyyəti  quruculuğuna  mənfi  təsir  göstərir,  tədricən  onun  deformasiyaya 

uğramasını  Ģərtləndirirdi.  A zərbaycan  ko mmunistlərinin  bəziləri  belə  vəziyyətə 

qarĢı  çıxır  və  narazılıq larını  bildirirdilər.  N.N.Nərimanov  Moskvadan  yola 

düĢməzdən  əvvəl  V.Ġ.Lenin in    qəbulunda  olmuĢ  və  Sovet  Azərbaycanı 



25 

 

quruculuğu  barədə  öz  baxıĢlarını  Ģərh  etmiĢdi.  O,  Azərbaycanda  sovet 



dekretlərini  həyata  keçirərkən  yerli  Ģəra iti,  a zə rbaycanlı  əhalinin  adətlərini  və  

məiĢətini, habelə onun dini baxıĢlarını nəzərə almağın  zəruriliy ini vurğula mıĢdı. 

N.N.Nərimanov mətbuat nümayəndəsinə verdiyi  müsahibəsində demiĢdi: " Lenin  

yoldaĢ bütün bunlarla razı idi"

44



N.N.Nərimanov 1921-ci  ilin fevralında  V.Ġ.Leninə  məktubunda bir daha 



yazırdı:  "Mən  qabaqcadan dəhĢətli  vaxt  görürəm,  ona  görə  də  Sizdən  heç  nəyi 

gizlətməməy i  zəruri  hesab  edirəm.  Mənə  inanırlar  və  hamısını  deyirlər:  mən  

bütün ucqar mu xtar respublikaların vəziyyəti və Sizə  münasibəti haqqında Ģifahi 

və yazılı məruzələrə malikəm. Bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkə 

siyasətindən  danıĢırlar..."

45

.  Azərbaycan  sovet  respublikası  quruculuğunda  yerli 



xüsusiyyətləri,  dövlətçiliy i  və  müstəqilliyin i  nəzərə  almaq  Ģərti  ilə  siyasət 

yeridilməsinin  elə  ilk  günlərindən,  tədricən,  addımbaaddım  üzə  çıxan  

diktatorluq, müstəmlə kəçilik meyilləri gözə  çarpırdı. 

Bunlar    RK(b)  P  M K  Qafqa z  Bürosunun  rəhbəri  Q.K.Orconikidzen in, 

Bakı partiya təĢkilatının,  Bakı Ġcraiyyə Ko mitəsinin, onu dəstəkləyən liderlərinin  

fəaliyyətində  özünü  xüsusilə  göstərirdi.  Ko mmunistlərin  bir  ço xu  Moskvaya 

göndərdikləri  müraciətlərdə,  məktublarda  Q.K.Orconikidzeni  açıq-aĢkar 

müstəmləkəçi  ad landırırd ılar. 

N.N.Nərimanov  Zaqafqaziya 

ko mmunist 

təĢkilatların ın  II  qurultayında  (1923-cü  il  mart)  Q.K.Orconikidzenin  düzgün 

olmayan  hərəkətləri  barədə  RK(b)P  MK-ya  yazdığ ı  məktubunda və  sonra,  onu 

bir  dəfə  "Stalinin  yanındakı  general-qubernator"  adlandırdığını  xatırlayaraq  

yazmıĢdı:  "Ġndi  Orconikidze  Zaqafqaziyada  Mərkəzin  açıq  müstəmləkə  siyasəti 

yeridən nümayəndəsi kimi məĢhurdur"

46



Azərbaycanda  sovet  hakimiyyətin in  üçüncü  ayında  Q.K.Orconikidze 

Azərbaycan  Respublikasının  RSFSR  ilə  birləĢ məsi  haqqında  məsələ  qaldırdı. 

Mərkəzi  Ko mitənin  üzvü  olan  ermənilər,  ruslar  onu  dəstəklədilər,  digər 

partiyalardan  ko mmunist  partiyasına  keçmiĢ  cavan  azərbaycanlı  partiya  üzvlə ri 

də onlara qoĢuldular. N.N.Nərimanov və onun həmfikirləri birləĢmən in əleyhinə 

çıxd ılar.  Respublikanın  müstəqilliyinin  qorunub  saxlan masına  tərəfdar  çıxanları 

"millətçi təmayülçülü kdə" günahlandırırdılar.  Beləliklə, partiya təĢkilatında  fikir 

ayrılığ ı,  rəhbərlər,  məsul  partiya  iĢçiləri  arasında  çəkiĢ mələr  baĢlandı. 

Azərbaycanda  hakim  Mərkəzin  hansı  siyasətini  yeritmək  prinsiplərinə 

münasibətdə  qütbləĢmə  dərinləĢir,  orta  təbəqədə,  dəstədə  hakimiyyət  uğrunda 

mübarizə  güclənirdi.  Partiya  üzv ləri  arasında  bir-b irini  izləmək,  təqib  etmək, 

çuğulluq, intriqa sistemi yaranır və bəzən kəskin, açıq ixtilaflara çevrilirdi.  

Partiya  təĢkilatındakı  belə  vəziyyət  gənc  Azərbaycan  respublikasının  

taleyi üçün böyük təhlükə doğururdu. N.N.Nərimanov deyirdi: "Mən hələ yayda 

(1923-cü  ildə  -  məsul  red.)  Mərkəzi  Ko mitəyə  yazmıĢdım  ki,  partiya  günbəgün 


26 

 

deyil,  saatbasaat  parçalanır:  o  vaxt  mən  Azərbaycanda  partiyadakı  vəziyyət 



haqqında  yazmıĢdım.  Görünür,  MK  Serqodan  məlu mat  alaraq  arxay ınlaĢıb, 

çünki  heç  bir  tədbir  görülməyib.  Ancaq  indi  bütün  Zaqafqaziyada  partiyanın  

vəziyyəti  haqqında  düĢünmək  lazım  gəlir...  Mən  bəyan  edirəm...  hazırda 

Zaqafqaziyada  bizim  hakimiyyətimiz  yalnız  süngü  gücünə  yaĢayır.  Lakin  belə 

məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq o lar"

47



Bakı  sənaye  mərkəzi  tərəqqi  edib  regionda  seçilməyə  baĢladığı  vaxt 

rəsmi  Rusiyada,  onun  hakim  elitasında  Bakının  A zərbaycanın  bütün  qalan 

hissəsindən  ayrı  olması  barədə  qəti  fikir  formalaĢdırılmıĢdı.  Bu  da  Bakını  və 

onun neft rayonunu Rusiya imperiyasının ərazisi elan etmək üçün əsas olmuĢdu. 

Bakı  daĢnak-bolĢevik  ö zəyi  də  1918-ci  ildə    Bakıya,  ü mu mən  Azərbaycana 

münasibətdə eyni siyasəti yeridirdi.  Bu o vaxt  Bakı  Xalq  Ko missarları Sovetinin  

yaradılması və A zərbaycanm Ģərq hissəsinin ələ keç irilməsi, onun əslində Sovet 

Rusiyasının  təsir  dairəsinə  düĢməsi  ilə  nəticələn miĢdi.  Hətta  müstəqil 

Azərbaycan Demokratik  Respublikası elan ed ild ikdən sonra və onun müvəqqəti 

olaraq  Gəncədə  yerləĢən  hökuməti  Bakın ın  azad  edilməsi  uğrunda  mübarizəyə 

baĢlayanda  da  Sovet  Rusiyası  hökumətin in  rəs mi  sənədlərində  Bakı  və  onun 

mədən  rayonları  "Rusiyan m  ərazisi"  kimi  vurğulanırd ı.  Həmin  siyasət 

Azərbaycan  SSR  elan  olunandan  sonra  da,  lakin  daha  incə  formad a  davam 

etdirilirdi. 

1920-c i illə rdə Ba kıda idarəç ilik əsasən Bakı partiya təĢkilat ının və Bakı 

Soveti  Ġcraiyyə  Ko mitəsinin  daĢnak-bolĢevik  rəhbərlərinin  əlində  idi.  Onlar 

AK(b)P  Mərkəzi  Ko mitəsini,  A zərbaycan  SSR  Xalq  Ko missarları  Sovetini 

əslində  tanımırdılar.  Hətta  ilk  vaxtlar  qərara  alın mıĢdı  ki,  Azərbaycan  Sovet 

hökumətin in üzvləri  Bakı  Soveti, Ġcraiyyə Ko mitəsi qarĢısında hesabat versinlər. 

Bakın ın  hakimiyyət  orqanları  partiya  Mərkəzi  Ko mitəsinin  bəzi  üzv lərinin  - 

ermənilərin,  habelə  XI  Qızıl  ordunun  xüsusi  Ģöbəsindən  olan  hakim  millətçi 

Ģovinistlərin  dəstəyi  ilə  sovet  hakimiyyətinin  elə  ilk  günlərind ən  etibarən, 

azərbaycanlı  əhali  arasında  qızğ ın  təqib  və  müsadirə  fəaliyyətinə  baĢladılar. 

Onlar  qanunsuzluq,  soyğunçuluq  törədir,  varlı  ailələrin  evlərin ə  soxulur,  burjua 

qadınların ın  qulaqlarından  sırğaları  çıxarır,  ev  əĢyalarını  aparır,  müsəlman 

ailələrinin  adətlərin i,  məiĢət  ənənələrini  ələ  salırd ılar.  N.N.Nərimanov 

Azərbaycanda  "inqilabi  hakimiyyət"  bayrağı  altında,  partiyanın  adından 

törədilən  biabırç ılıqlara  qarĢı  dəfələrlə  və  qətiyyətlə  çıxıĢ  etmiĢdi.  Azərbaycan 

Ġnqilab  Ko mitəsi  avqustun  19-da  müsadirə  iĢinin  nizama  salmması  haqqında 

dekret  dərc  etdirərək,  hakimiyyət  orqanlarına  tapĢırdı  ki,  " müsadirə 

zəh mətkeĢlərin  mənafeyinə  mü mkün qədər az toxunsun". 1921 -ci il fevralın 22-

də isə özbaĢına axtarıĢlar keçirilməsinin və ev əmlakın ın  müsadirəsinin qarĢısını 

almaq  tədbirləri  haqqında  N.N.Nərimanovun  imzası  ilə  əmr  verildi

48



27 

 

N.N.Nərimanov  RK(b)P  MK-n ın  Qafqaz  Bürosuna,  AK(b)P  MK-ya 



müraciətlərindən  birində  Azərbaycanda  yaranmıĢ  ağır  vəziyyəti  təsvir  edərək, 

1920-c i  ilin  yayında  yazmıĢdı:  "Buna  görə  də  aydındır  ki,  mən  höku mət in 

baĢında duraraq iĢimi daha davam etdirə bilmərəm. Həm də təkcə bu deyil,  məni 

bu  barədə  danıĢmağa  məcbur  edən  bir  sıra  baĢqa  məsələlər  var:  əgər  Ġcraiyyə 

Ko mitəsi  və  partiya  bu  zəmində  dayanırlarsa,  ali  hakimiyyət  ilə  Ġcraiyyə 

Ko mitəsi  arasında  daimi  ixtilaflar  olacaq  ki,  bu  da belə  bir  məsuliyyətli  dövrdə 

arzu ed ilməzdir. Mən isə pərdə ro lunu oynamaq istəmirəm"

49



Ölkədəki  ö zünəməxsus  və  mürəkkəb  Ģəraitdə  ü mu mi  ko mmun ist 

siyasətinin  həyata  keçirilməsində  mövqelərin  ziddiyyətli  o lması  milli  tərkibcə 

mü xtəlif  partiya  və  sovet  iĢçiləri  arasında  çəkiĢ mə  və  ixtilaflar  doğururdu. 

Azərbaycanın  xüsusiyyətləri  nəzərə  alın maqla  milli  siyasətin  həyata 

keçirilməsin in forma və  metodların ın  mahiyyətini dərk etmək,  müstəqil, suveren 

dövlət kimi Azərbaycan SSR-in tanmmasının həqiqiliyi  məsələlərində ciddi fikir 

ayrılıq ları  var  id i.  Ço xmillətli    Bakı  fəh lə  sinfi  ilə  A zərbaycan    kəndliləri 

arasında  iqtisadi  və  mədəni  əlaqələr  yaratmaq,  miüi  ziyalılara,  xırda 

burjuaziyaya, Azərbaycan əhalisinin  milli-məiĢət xüsusiyyətlərinə  münasibət və 

s.  məsələlər  ətrafında  səhvlər,  mübahisələr  törəyir  və  bir  sıra  mürəkkəb  

problemləri düzgün həll etmək yolundan sapdırmalar meydana çıxırdı. 

Partiya  və  sovet  iĢçiləri  arasındakı  çəkiĢmələri,  ixtilafları  böyük 

çətinliklə aradan qald ırmaq lazım gəlirdi. 

RK(b)P MK  Qafqaz  Bürosu və AK(b)P MK ü zvlərinin partiya və sovet 

quruculuğu  prosesində milli  məqamları düzgün qiy mətləndirməməklərin in ciddi 

təhlükə  doğurduğuna  əmin  o lan  N.Nərimanov  tez-tez  məktublarla,  məruzələrlə 

V.Ġ.Leninə,  Mərkəzi  orqanlara  müraciət  edirdi.  O,  1921-ci  ildə  V.Ġ.Leninə 

göndərdiyi məktubda yazırdı: "Mərkəzin bizi dəhĢətli vəziyyətdə qoyan baĢqa bir 

münasibəti:  Mərkəzdən  hər  gün  nümayəndələr  gəlib  əllərində  olan  mandatlara 

əsasən  bu  və  ya  digər  səbəbə  görə  tanınmıĢ  xalq  ko missarına  tabe  olmaq  

haqqında bizə göstəriĢ verirlər. 

Əziz  Vladimir  Ġliç,  məgər  " müstəqil  Azərbaycan"  Sizin  dilinizdən 

çıxmamıĢdırmı?... "

50



Bakı təĢkilatı  ilə AK(b)P, onların rəhbər orqanları arasında, Bakı Soveti 

ilə  Azərbaycan  SSR  Xalq  Ko missarları  Soveti  arasında  qarĢılıqlı  münasibətlər 

haqqında məsələlərin həlli ilə əlaqadar partiya və sovet iĢçiləri arasında ixtilaflar 

xüsusilə  kəskin ləĢməkdə  id i.  AK(b)P  II  qurultayının  " Bakı  Soveti  ali  kütləvi 

nəzarət  orqanıdır  və  bütün  xalq  ko missarları  ö z  iĢləri  barədə  onun  qarĢısında 

vaxtaĢırı hesabat verirlər" qərarı antidemokratik, səhv qərar idi

51



N.Nərimanovun,  onun  silahdaĢların ın  təkidi  ilə  nəhayət  1921-ci  il 



iyunun  3-də  RK(b)P  MK-nın  Qafqa z  Bürosu  Bakı  Soveti  ilə  Xa lq  Ko missarları 

28 

 

Soveti  arasında  qarĢılıqlı  münasibətlər  haqqında  məsələni  mü zakirə  edərək 



qərara  aldı.  "Bakı  Soveti  ilə  Azərbaycan  Xalq  Ko missarları  Soveti  arasında 

qarĢılıq lı  münasibətlər  eynən  Moskva  Soveti  ilə  Xalq  Komissarları  arasında 

mövcud olan qarĢılıqlı münasibətlər kimi müəyyən edilsin"

52



Respublika quruculuğunda ictimai təĢkilatlar fəal iĢtirak edirdilər, bunların 

arasında  komsomol  və  həmkarlar  ittifaqı  təĢkilatları  xüsusilə  fərqlənirdi.  Lakin 

bunlar  partiya  təĢkilatlarından  asılı  idilər,  onların  iradəsini  və  qərarlarını  yerinə 

yetirirdilər.  1920-ci  ilin  mayında  Bakıda  Rusiya  Kommunist  Gənclər  Ġttifaqının 

(RKGĠ)   Qafqaz  Diyar   Komitəsi  yaradıldı.   Respublika ko msomol təĢkilatı ona 

tabe idi. 

Komsomolçular  könüllü  surətdə  ordu  hissələrinə  yazılır,  iməciliklərdə, 

"kəndli  həftəsi"nin  keçirilməsində  iĢtirak  edirdilər.  Qəzalarda  və  kəndlərdə 

ko msomol  ö zəkləri  yarad ırılır,  bunlar  kəndlilər  arasında  kütləvi-siyasi  iĢi  təĢkil 

edir, məhsul yığımında onlara kö mək göstərirdilər.  

Üç ay ərzində Azərbaycanda komsomolçuların sayı 2 min nəfərdən 10 min  

nəfərə  çatmıĢdı.  1920-ci  il  iyulun  16-19-da  Bakıda  komsomolun  1-ci  qurultayı 

keçirildi. Qurultay cari vəziyyət və Azərbaycan fəhlə-kəndli gənclərinin vəzifələri 

haqqında,  xalq  təhsili,  torpaq  və  gənclərin  kənddə  iĢi  haqqında  məsələləri 

mü zakirə  etdi.  Qurultay  Azərbaycan  Kommunist  Gənclər  Ġttifaqını  (AKGĠ)  təsis 

etdi. Lakin partiyanın diktəsi altında qurultay təsdiq etdi ki, Azərbaycan komsomolu 

Rusiya  komsomolunun  ayrılmaz  tərkib hissəsidir, onun  taktikasını  və  ali  orqanının  

qərarlarını  qəbul  edir.  Beləliklə,  respublikanın  gənclər  təĢkilatı,  əslində  lap  

əvvəldən  müstəqil,  sərbəst  yaradıcı  vətənpərvərlik  fəaliyyətindən  məhrum  olub, 

tədricən özünün milli məna və ruhunu itirird i. 

Təsərrüfatçılığın  və  mədəni  quruculuğun  həyata  keçirilməsində  tarixi 

inqilabi təcrübəyə malik olan həmkarlar təĢkilatları mühüm  rol oynayırdılar. Onlar 

da partiya təĢkilatlarının "rəhbərliyi" altında iĢləyir və istehsalın bütün sahələrində 

yalnız partiya direktivlərinə və  xəttinə uyğun olaraq zəh mətkeĢlərin  mənafeyinin 

müdafiəçisi vəzifələrini yerinə yetirməli idilər. 

1920-ci  ilin  iyunundan  respublika  həmkarlar  ittifaqlarının  orqanı  olan 

"Vestnik profsoyuznoqo dvijeniya" ("Həmkarlar ittifaqı hərəkatı  xəbərləri") jurnalı 

çıxmağa  baĢladı,  mədənçilərin,  metalçıların  və  elektriklərin,  tikinti  və  ağac  emalı 

fəhlələrinin  həmkarlar  ittifaqları  yaradıldı.  Həkimlərin,  əczaçıların,  feldĢerlərin, 

Ģəfqət  bacılarının,  xəstəxana  xid mətçilərin in  ittifaqları  tibb-sanitar  iĢçilərinin  

həmkarlar ittifaqında birləĢdirild i. Orta və ali təhsil müəssisələri nıüəllimləri, uĢaq 

bağçaları  əməkdaĢları  maarif  və  sosialist  mədəniyyəti  iĢçilərinin  həmkarlar 

ittifaqına  daxil  oldular.  Eyni  zamanda  yeni  həmkarlar  ittifaqları  yaradılması 

sahəsində də iĢ görülürdü. 1920-ci ilin iyununda həmkarlar  ittifaqlarının sayı 24-ə 

çatmıĢdı. pigər  Ģəhərlərdə  və  qəzalarda  da  həmkarlar  ittifaqlarının  Ģöbələri  təĢkil 


29 

 

edilirdi. 1920-ci ilin  iyununda həmkarlar ittifaqlarının Birinci Ümu mbakı konfransı 



keçirildi. 70 min nəfər üzvü təmsil edən konfrans respublika həmkarlar ittifaqlarının  

vəzifələrini  müəyyənləĢdirdi,  habelə  Azərbaycanın  həmkarlar  ittifaqı  hərəkatının 

fəaliyyətinin  ümumrusiya  həmkarlar  ittifaqı  hərəkatı  ilə  sıx  birliyini  bəyan  etdi. 

Konfrans  ÜRHĠMġ-nin  müəyyənləĢdirdiyi  sxemə  uyğun  olaraq  respublika 

həmkarlar  ittifaqlarını  təĢkilat  baxımından  istehsal  prinsipi  üzrə  yenidən qurmağı 

qərara aldı. O, respublikada vahid mərkəzi həmkarlar ittifaqı orqanı  - Azərbaycan 

Həmkarlar Ġttifaqları ġurası (AHĠġ) və ümumrusiya həmkarlar ittifaqlarının müvafıq 

respublika  Ģöbələrini  yaratmaq  qərarına  gəldi.  Qəzalarda  isə  həmkarlar 

ittifaqlarının qəza Ģöbələrini və bunları birləĢdirən orqanlar-qəza büroları yaratmaq 

qərara  alındı

53

.  Bakı  partiya  təĢkilatının  antiazərbaycan  özəyi  A.Ġ.M ikoyanın 



AHĠġ-in sədri seçilməsinə nail o ldu. 

Respublikanın  digər  Ģəhərlərində,  habelə  qəzalarda  da  həmkarlar 

ittifaq ları orqanları yarad ılırdı. 

1920-c i  il avqustun  9-u  sentyabrın 6-da Bakıda həmka rlar ittifaqla rın ın 

1-ci  qurultayı  oldu.  Qurultayda  120  min  ü zvü  təmsil  edən  400-dək  nümayəndə 

iĢtirak  edirdi.  "Hər  Ģey  istehsal  üçün!",  "Hər  Ģey  əmək  cəbhəsinə!"  Ģüarları 

altında  keçən  qurultay  həmkarlar  ittifaqlarının  üzvlərini  əmək  məhsuldarlığını  

yüksəltməyə,  Ģüurlu  intizamı  möhkəmləndirməyə,  yeni  həyat  quruculuğunda  fəal 

iĢtirak  etməyə  çağırdı.  Qurultay  mədən,  zavod  və  fabriklərdə  əməy in 

mühafızəsinə,  texn iki-peĢə  təhsilinə,  ərzaq  məsələsinə,  həmkarlar  ittifaqlarının 

kooperativ və mədəni-maarif iĢində iĢtirakına xüsusi diqqət yetirdi. 

Qurultayda  L.  Ġ.  Mirzəyan  AHĠġ-in  sədri  seçildi.  A.Ġ.Mikoyan  və 

L.Ġ.Mirzoyan respublika həmkarlar ittifaqlarına "liderlik" edərək azərbaycanlıların  

mənafelərinə  zidd,  hər  vasitə  ilə  onların  əmək  fəaliyyətini  məhdudlaĢdıran 

tədbirlərin həyata keçirilməsinə mə krli zə min yaradırd ılar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


30 

 

II FƏSĠL 

 

AZƏRBAYCAN SSR-in  BEYNƏLXALQ VƏ DAXĠLĠ 

VƏZĠYYƏTĠ 

 

(1920-1922-ci illər

 

Ermənistan    və    Gürcüstan    Respublikaları  ilə    münasibət. 

Azərbaycan    SSR-in  elan  edilməsi  qonĢu  ölkə  və  xalqların  inqilabi,  liberal-

demokratik,  ict ima i-siyasi  təĢkilatları  tərəfındən  birmənalı  qarĢılan mad ı.  Ya xın  

və Orta ġərqin sərhədində sovet respublikasının yaran masına Qə rb dövlətlərinin  

paytaxtlarında  düĢmənçilik  bəslənir,  imperialist  dairələri  cid di  narahatlıq  keçirir 

və  bu  mühüm  strateji  reg ionda  "sovet  hakimiyyətinin"  möhkəmlənməsinə  hər 

vəchlə mane olmağa çalıĢırdılar. Qərb imperialistləri həmiĢə olduğu kimi, indi də 

bu  məqsədlə  daĢnak  Ermənistanından  istifadə  edərək  onu  Sovet  Azərbaycanına 

qarĢı  müharibəyə  təhrik  etdilər.  Sovet  hakimiyyətin in  elə  ilk  günlərindən 

etibarən nizami daĢnak hissələri Qazax qə zasında, Qarabağda, Zəngəzurda peyda 

oldular.  Bütün  daĢnak  ordusu  özünün  təcavüzkar  əməllərini  gücləndird i. 

Ermənistan  hökuməti  Ģayiə  yaymıĢdı  ki,  "Azərbaycanda  olan  Qızıl  ordu  deyil, 

Denikin in qoĢunlarıdır"

1



1920-c i  il  ap relin  28-də  isə  menĢevik  Gürcüstanının  qoĢunları  Poylu  

körpüsünü  və  stansiyasını,  habelə  Tiflis-Qazax  yolundakı  körpünü  ələ  keçirib, 

Ağstafaya  doğru  irəlilədilər  və  ġıxlı  kəndini  atəĢə  tutmağa  baĢladılar. 

MenĢeviklərin  zireh li  qatarı  Ağstafa  stansiyası  yaxın lığ ına  gəlib  çıxmıĢ dı. 

Gü rcüstanda  Azərbaycan  SSR-ə  qarĢı  fıtnəkarlıq  kampaniyası,  azərbaycanlılara 

qarĢı  təqiblər  baĢlandı.  Azərbaycanın    Tiflisdəki  missiyası  həbs  olundu. 

Gegeçkori  Azərbaycan  hökumətinə  Zaqatala  qəzasından  qoĢunların  dərhal 

çıxarılması haqqında nota göndərdi

2

... 


Azərbaycan  hökuməti  Gü rcüstan  və  Ermənistana  təklif  etdi  ki, 

tutduqları  ərazilərdən  dərhal  çıxsınlar.  Azərbaycanın  sərhədlərini  daĢnak  və 

menĢevik  qoĢunlarının  basqınlarından  qorumaq  üçün  1920-ci  il  aprelin  29-da 

Azərbaycan  Ġnqilab  Komitəsi  Azərbaycan  ordusunu  fəhlə-kəndli  ordusu 

zəminində  yenidən  təĢkil  etməyə  baĢlamağı  qərara  aldı,  hərbi-dəniz  ko missarı  

Ç.Ġ.Ġld ın ma  tapĢırıld ı  ki  respublikanın  müdafıəsi  üçün  zəh mətkcĢlərin 

səfərbərliyə alın masını elan ctsin

3



Azərbaycan  SSR  höku məti  aprelin  30-da  Gürcüstan  və  Ermənistan 

hökumətlərinə  nota  göndərərək,  onlardan  qoĢunlarını  ö z  sərhədləri  daxilinə 

çəkməyi tələb etdi

4



31 

 

1920-c i  il  may ın  9-da  2000  nəfərlik  niza mi  gürcü  qoĢunu  Qabaqçöl 



kəndi  yaxınlığında  Azərbaycan  sərhədini  keçdi.  Gürcüstan  hökuməti  Zaqatala 

dairəsi  rayonunda  çoxlu  qoĢun  hissələri  və  yaxĢı  silah lan mıĢ  milli  qvardiya 

cəmləĢdirmiĢdi.  XI ordunun xüsusi süvari korpusuna Azərbaycan ın  Gürcüstanla 

sərhədini  qorumaq  əmri  verildi.  XI  Qızıl  ordunun  komandanlığı  yaran mıĢ 

vəziyyətdən  istifadə  edərək  Gü rcüstana  qarĢı  hərbi  əməliyyata  baĢladı.  Lakin 

qızıl  ordunun  ön  xətdəki  hissələri  gürcü  qoĢunlarının  ciddi  müqavimətinə  rast 

gəldi.  1920-ci  il  may ın 13-də Sovet  Rusiyası ilə  Gürcüstan arasında tələsik sülh 

müqaviləsi  bağlandı,  Rusiya  Gürcüstanın  müs təqilliyini  tanıd ı.  Azərbaycan 

Respublikası  ilə  Gü rcüstan  Respublikası  arasında  fəa l  silahlı  münaqiĢələr 

dayandırıldı və sülh bağlanması haqqında danıĢıqlara baĢlandı

5



Sülh  danıĢıqları  1920-ci  il  iyunun  12-də  Ağstafa  stansiyasında, 



Azərbaycan  Ġnqilab  Ko mitəsi  sədrinin  müav ini,  Azərbaycan  Respublikasın ın  

xalq  xarici  iĢlər  ko missarı  M.D.Hüseynov  ilə  Gü rcüstan  Respublikasının  hərbi 

naziri  Q.S.Lord kipanid ze  arasında  baĢ landı.  DanıĢıqla rda  Gürcüstan  Müəssislər 

Məclisi sədrin in müavini S.Q.Mdivani də iĢtirak edird i. Sülh və dostluq haqqında 

18  bölmədən  ibarət  müqavilə  imzalandı.  VI  bölmədə  göstərilird i  ki,  "Zaqatala 

dairəsi  haqqında  məsələnin  həlli  1920-ci  il  may ın  12-də  RSFSR  ilə  Gü rcüstan 

Demokratik  Respublikası  arasında  bağlanmıĢ  əlavə  saziĢdə  nəzərdə  tutulan 

arbitraj ko missiyasına verilir". 

Bu  məsələ arbitraj ko missiyasında həll edilənə qədər, 1920-ci  il  12  may  

tarixli  əlavə  Moskva  saziĢinin  II  bəndinə  uyğun  olaraq,  ―razılığa  gələn 

tərəflərdən heç birinin Zaqatala dairəsinə yeni qoĢun hissələri yerit məyə  ixtiyarı 

yoxdur"  qənaəti  qəbul  edilsə  də,  əslində  mübahis ənin  mahiyyəti  barədə  saziĢ 

əldə olun madı. 

Müqaviləyə  əsasən,  hər  iki  respublika  bir-birinin  müstəqilliyini  və 

suverenliyin i qarĢılıq lı surətdə tanıdı

6



1920-c i  il  iyulun  da AK(b)  P  MK-da  RSFSR  hökuməti  nümayəndəsinin 

ġərqdə,    o  cümlədən  Qafqazda  siyasət  haqqında  məruzəsi  dillənildi

7

.  1920-ci  il 



iyulun  12-də  MK  Gürcüstan  və  Ermənistanla  münasibətlər  haqqında  məsələni 

mü zakirə  edərək,  onlarla  danıĢıqları  davam  etdirməyi,  lakin  Gürcüstana  neft 

vermə məyi,    Ermənistanla  danıĢıqlarda  is ə    RSFSR  və  Azərbaycan  SSR  

missiyalarını  birləĢdirməyi  qərara  aldı

8

.  Elə  həmin  vaxt  Türkiyə  qoĢunlarının  hələ 



də  qaldığı  Naxçıvan  haqqında  məsələ  müzakirə  olundu.  Hər  cür  münaqiĢənin 

qarĢısını  almaq  üçün  və  Türkiyə  qoĢunlarının  qalması  haqqında  məsələni 

nizamlamaq  məqsədilə Türkiyə ilə danıĢıqlar aparmaq üçün nümayəndə heyətinin 

tərkibi təsdiq edild i. 

RSFSR  hökuməti  Azərbaycan  və  Ermənistan  arasındakı  münaqiĢələrin 

həllində,  habelə  Türkiyəyə  münasibətdə  ikili  siyasət  yeridirdi.  XI  Qızıl  ordu 



32 

 

komandanlığının  1920-ci  ilin  iyulunda  Bakıdan  Türkiyə  Böyük  Millət  Məclisi 



hökumətinin  Ģərq  cəbhəsi  komandanına  göndərdiyi  məktubda  deyilirdi:  "Sovet 

hökuməti  dəst  ölkələrə:  sovet  respublikasına  -  Azərbaycan  Sovet  Sosialist 

Respublikasına  və  inqilabi  Türkiyənin  Böyük  Millət  Məclisi  hökumətinə 

münasibətdə  Ermənistan  tərəfindən  hər  hansı  düĢmənçilik  hərəkətlərinin 

dayandırılmasını  Ermənistanda  mövcud  olan  hökumətin  RSFSR  tərəfındən 

tanınmasının    və  Ermənistanla  sülh  müqaviləsi  bağlanmasının  labüd  Ģərti  kimi 

irəli sürür"

9



Lakin  XI  Qızıl  ordu  komandanının  əmrində  (1920-ci  il  iyul-avqust)  isə 

deyilirdi:  "Qızıl  Orduya  erməni  ordusuna  hücum  etmək  vəzifəsi  tapĢırılmayıb.  O, 

yalnız  gcneral  Dro və ya  erməni  ordusunun digər  hissələri  tərəfindən  düĢmənçilik 

hərəkətləri  o lduğu  halda  banditləri  və  quldurları  məhv  edəcək.  Qızıl  ordu  qəti 

hərəkətə baĢlayacaq və hər bir zərbəyə on qat güclü zərbə ilə cavab verəcək"

10



DaĢnak hökumətinin göstəriĢi ilə erməni qoĢun hissələrinin Azərbaycanın 

Emənistanla  bütün  sərhəd  rayonlarında  təcavüzkar  hərəkətləri  isə  1920-ci  ilin  

noyabrınadək  davam  edirdi.  Onların  azğın  təcavüzü  Qarabağ,  Zəngəzur 

ərazilərində  daha Ģiddətli  idi.  Həmin  ərazilərdə  artıq  XI  Qızıl  ordunun  hissələri 

yerləĢirdi və onun tərkibində çoxlu erməni var idi. Hətta XI Qızıl ordunun ehtiyat 

polkunun  tərkibində  erməni  batalyonu  mövcud  idi

11

.  1920-ci  ilin  iyul-avqustunda 



general  Dronun  400  süvari,  400  piyadadan  ibarət  4  topu  və  30  pulemyotu  olan 

qoĢunu Qarabağa hücum edərək Bazarkəndi tutdu. Onlar Njdenin quldur dəstəsi ilə 

birləĢməyə  və  Naxçıvan-ġuĢa  yolunu  ələ  keçinnəyə  çalıĢırdılar.  Ġyulun  axırında 

general Məlik Muratovun daĢnak hissələri Pays kəndini tutdular. "Ümu mi taktikaya 

əməl edən ermənilər müsəlman kəndlərini ələ keçirərkən taxılı yandırırd ılar"

12



Erməni  daĢnakları  Naxçıvanda,  Zəngəzurda,  Qarabağda,  Azərbaycanın 

baĢqa  rayonlarında  dinc  əhaliyə  qarĢı  təcavüzkarlıq  edir,  vahimə  salır,  qarətçilik, 

zorakılıqla  məĢğul  olur,  bütöv  kəndləri  yandırır,  cinayətkar  təbliğat  aparır,  yerli 

ermənilər  və  azərbaycanlılar  arasında qanlı  toqquĢmalar  törədirdilər.  Onların  əsas 

məqsədi  Azərbaycanın  əzəli  ərazilərini,  ilk  növbədə  Qarabağı,  Naxçıvanı, 

Zəngəzuru  ələ  keçirmə k  idi.  Q.  K.  Orconikidze  1920-ci  il  iyunun  11  -də  XI 

ordunun  komandanı  Levandovskiyə  göndərdiyi  teleqramda  yazırdı  ki,  "daĢnaklar 

Godəbəy rayonunda müsəlmanları və erməniləri qırırlar. Əksinqilabçı erməni kəndi 

Çardaxlı var. Onu tərksilah etmək lazımd ır"

12a


Ermənistan Kommunist Partiyasının nümayəndəsi 1920-ci  il  iyunun 19-

da  Kominternin  II  konqresində  çıxıĢ  edərkən  demiĢdi:  "Müstəqil  və  birləĢmiĢ 

Ermənistan"  indi  Ermənistan  hökuməti  əraziləri  müsəlmanlardan  təmizləməklə, 

müsəlman  kəndlərini  oda  qalamaq  və  qılıncdan  keçirməklə  bu  müqəddəs  arzunu 

praktiki olaraq həyata keçirir"

12b



33 

 

Erməni  qoĢunları  1920-ci  ilin  iyulunadək  Türkiyənin  Ģərq  vilayətlərini 



zəbt  edərək,  Dərələyəz  və  Zəngilan  bölgələrinin  müsəlman  kəndlərini  viranəyə 

çevirərək,  Naxçıvan  diyarını  ələ  keçirməyə  və  naxçıvanlıların  A zərbaycanla 

əlaqəsini  birdəfəlik  kəs məyə  çalıĢırdılar.  1920-ci  il  iyulun  11-də  səhər saat  5-də 

onlar  Vedibasar tərəfındən Naxçıvan  diyarına hücuma baĢladılar. Hələ 1920-ci  ilin  

mayında buraya göndərilmiĢ Türkiyə qoĢun hissələri erməni təcavüzkarlarına qarĢı 

mübarizədə  naxçıvanlılara  imkan  daxilində  kömək  edirdi.  Kazım  Qarabəkir  paĢa 

hələ Ərzrum konqresində (1919-cu il) bəyan etmiĢdi: "Azərbaycana açılan pəncərə 

yalnız Naxç ıvandır, onun bağlanmas ını istəmirə m"

13



Genera l  Veysəl bəyin rəhbərlik etdiyi Türkiyə qoĢunu Azərbaycanın əsas 



ərazisindən Naxçıvan diyarına çəkilmiĢ süvari polku, piyada  batalyonu və  bir  dağ 

batareyası  ilə  birlikdə  ermən ilərin  üstün qüvvələrinə qarĢı ağır döyüĢlər aparırdı. 

Türkiyə  nümayəndələri  ətrafındakı  siyasi  intriqalar  (varlı  naxçıvanlılar  onları 

ruslarla  əməkdaĢlıqda  təqs irləndirir  və  "ermənilərlə  birlikdə  bolĢeviklərə  qarĢı 

çıxmağa"  tərəfdar  idilər)  düĢmənin  xeyrinə  idi.  Diviziya  komandiri  Cavad  paĢa 

Naxçıvan Milli ġurasına teleqrammında yazırdı: "Naxçıvanlılar bu son ayda intriqalara 

uymuĢlar,  onların  türklərin  əleyhinə  dedikləri  sözlər  və  gördükləri  iĢlər  bizim 

qəlbimizi incitmiĢdir"

14



Belə  mürəkkəb  Ģəraitdə  Naxçıvanın  nümayəndə  heyəti  Ġrəvana yollandı. 



Ermənilər aĢağıdakı barıĢıq Ģərtini irəli sürdülər: "Naxçıvan diyarının bütün ərazisi 

Ermənistan  dövlətinə  birləĢdirilir,  kim  Ermənistan  vətəndaĢlığını  istəmirsə,  arzu 

etdiyi  yerə  çıxıb  getməlidir".  Bundan  əlavə,  onlar  silahı,  atları,  taxılı,  200  baĢ 

qaramalı  təhvil  verməyi  tələb  edird ilər.  Nü mayəndə  heyəti  bu  tələblərlə  iyulun 

19-da Na xç ıvana qayıtdı. 

Ertəsi  gün  Ermənistanın  tələbləri  Milli  ġurada  müzakirə  olundu  və 

ermənilərə  cavab  hazırlandı.  Cavabda  deyilirdi  ki,  əgər  Dəhnə  dərəsindən 

Ordubada  qədər  ərazidə  müsəlmanlara  müstəqillik  verilirsə,  müsəlman  əhalisi 

tələbləri  qəbul  edər  və  bu  məsələni  həll  etmək  üçün  Naxç ıvan  və  ġərur 

müsəlmanlarının  iĢtirakı  ilə  Ġrəvanda  ikitərəfli  danıĢıqlar  aparmaq  lazımdır.  Bunun 

cavabında ermənilər  iyulun  24-də  2  min  piyada,  200  atlı  və  8  topla yeni  hücuma 

baĢladılar. Ertəsi gün ġahtaxtıyadək gəlib çıxdılar. 

Əhali  vahiməyə  düĢmüĢdü,  hərbi  hissələr  erməni  təcavüzünə  qarĢı 

dayana biləcəklərinə əmin deyildilər. 1920-ci  il iyulun 28-də qızıl ordunun süvari 

polku Naxçıvana girdi. Naxçıvanda sovet hakimiyyəti quruldu. Yenidən danıĢıqlar 

aparmaq  üçün  Ġrəvana  getmiĢ  Naxçıvan  Ġnqilab  Komitəsinin  nümayəndə  heyəti 

1920-ci  il  iyulun  29-da  yeni  Ģərtlərlə  qayıtdı:  "Na xçıvan  qəzasının  Ermən istan 

hökumətinə  tabe olması,  qəzanın  əhalisinin  Ermən istan hökumətinə  Ģərtsiz  itaət 

etməsi, 7 min ədəd tüfəng və hər bir tüfəng üçün 80 patron, bütün pulemyotların, 

topların,  300  min  pud  buğda,  yəhərli  300  at,  200  baĢ  qoĢqu  heyvanı  və  s. 



34 

 

verilməsi.  Ermənistan  hökuməti  bəyan  etdi  ki,  "sovet  qoĢunları  əvvəllər 



göstərilən  müddətdən  əvvəl  Naxçıvana  gəldiyi  təqdirdə  erməni  komandanlığına 

bolĢevikləri Naxçıvandan vurub çıxarmaq barədə əmr veriləcək"

15



Lakin  avqustun  1  -də  Naxçıvan  Ġnqilab  Komitəsi,  Qızıl  ordu  və  Türkiyə 



qoĢunları  komandanlığı  nümayəndələrinin  iĢtirakı  ilə  Naxçıvanda  beynəlmiləl  və 

türk marĢlarının sədaları altında təntənələr keçirdi. General Veysəl bəy öz qeydlərində 

yazmıĢdır:  "Bizim  Naxçıvanda  olmağımızın  əsas  məqsədi  ermənilərin  təcavüzünə 

mane  olmaq  idi"

16

.  Ermənistanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Rusiyanın 



hakim  dairələri  Türkiyə  nümayəndələrini  sıxıĢdırmaq  və  Naxçıvandan  çıxarmaq 

siyasətinə baĢladı. Onlarla əlaqə saxlayan yerli adamları təqib edirdilər. Bu regionda 

Rusiyanın  ikili  mövqeyi  onun  əbədi  imperiya  maraqlarından  irəli  gəlird i. 

B.ġahtaxtınski Qars konfransında (1921) demiĢdi: "Azərbaycan Türkiyə ilə Rusiya 

arasında  bir  əlaqə  vəsiləsidir.  ġərqin  oyanması  üçün  gələcək  bəĢər  məqsədinin 

körpüsüdür.  Ġki  tərəfdən  dartılan  sallaq  vəsilədir.  Rus ların  at oynatmaq  istədikləri 

körpüdür".  Eyni  zamanda  xristian  Ermənistana  meyil  etmək  Rusiya  diplomatiyası 

üçün  həmiĢə  üstün  istiqamət  olmuĢdur.  Təsadüfi  deyil  ki,  G.V.Çiçerin  1920-ci  il 

iyulun  19-da  Ermənistanın  xarici  iĢlər  nazirinə  göndərdiyi  teleqramda  Rusiya 

qoĢun hissələrinin Azərbaycan torpaqlarını tutmasını onunla izah edirdi ki, guya bu 

ərazilər  "qonĢu  xalqlar  arasında  mübarizə  prosesində  Ermənistan  ilə  Azərbaycan 

arasında  mübahisəli  xarakter  almıĢdır  və  indi  məqsəd  qanlı  toqquĢmalara  yol 

verməməkdir". Daha sonra o, erməni naziri  Ohancanyanı əmin edirdi: " Ermənilər 

onun  dəyiĢməz  dostluq  münasibətinə  və  erməni  xalq ını  ona  qorxu  törədən  yeni 

qanlı  fəlakətlərdən  uzaq  etmək  üçün  öz  imkanı  daxilində  onun  köməyinə  ümid 

bəsləyə  bilərlər"

17

.  Rusların  ermənipərəst  əhvali-ruhiyyəsi  ermənilərin  ərazi 



iddiaları  ətrafında  Azərbaycan  ilə  Ermənistan  arasında  münaqiĢələrin  həllindəki 

konkret  hərəkətlərində,  o  cümlədən  1920-1921-ci  illərdə  Naxçıvan  diyarına 

münasibətdə özünü xüsusilə aydın göstərirdi. Bu baxımdan Naxçıvanda baĢ vermiĢ 

hadisələrin  bilavasitə  iĢtirakçısı,  həmin  illərdə  bolĢeviklərin  yeritdiyi  siyasətin 

Ģahidi, türk generalı Veysəl Nüvarın məlu matı ço x böyük maraq doğurur

18



ġərq cəbhəsi komandanlığının əmri ilə general Veysəl Naxçıvan  diyarının  

müdafiəsinə  kö məyi  təĢkil  etmək  üçün  1920-ci  ilin  mayından  etibarən  təqribən 

səkkiz  ay  orada  olmuĢdu.  O,  qeyd  edirdi  ki,  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan sonra ruslar ikiüzlü siyasət yeridird ilər.  Ermən ilərə  xoĢ olsun deyə 

ruslar  imkan  da xilində  bütün  vasitələrdən  istifadə  edirdilər

19

.  General  yazır  ki, 



Ģüurlu  xalq  bolĢeviklərin  Ģüarları  ilə  əməlləri  arasındakı  fərqi  tezliklə  dərk 

etməyə  baĢlamıĢdı.  "Bo lĢeviklərin  faktiki  iĢləri  və  davranıĢı  onların  ilkin 

təbliğatının  yaratdığı  mühiti  büsbütün  korladı,  əsil  ko mmun istlər  a lçaldılmıĢ 

vəziyyətə  düĢdülər.  Ölkənin  zorakılıqla  ələ  keçirilməsində  ko mmun ist 



35 

 

planlarının Ġkinci səhifəsi baĢladı...  Dörd ay ərzində bolĢevik "incə" ustalıqlarını 



dərk etdilər... xalq müqavimətə baĢladı... "

20



Bəzi  rus  əsgərləri  tərəfmindən  edilən  özbaĢınalıq  və  pozğunluq  (qadın 

hamamına  soxulmuĢ  iki  rus  əsgərinin  döyülməsi  ilə  bağlı  münaqiĢə)  əhali 

arasında narazılıq doğururdu. Naxçıvanda üsyan ab-havası hiss edilird i.  1921-ci 

ilin yanvarında Naxçıvan milisin in batalyonu bolĢevik idarəçiliyinə qarĢı çıxaraq  

müstəqillik  tələb  etdi.  General  Veysəl  mitinqdə  çıxıĢ  edərək  "qan  tökülməsinə 

yol  verməməyə,  diyarın  müstəqillik  məsələsinin  Moskva  konfransı  tərəfindən 

həlli ü midi ilə gözləməyə" çağırd ı

21



1921-c i ilin fevra lında Na xçıvana XI  Qızıl ordunun yeni hissələri gəldi. 

DaĢnak  Ermən istanı  ilə  Azərbaycan  Respublikası  arasında  xüsusilə  Qarabağ 

məsələsində  münasibətlərin  kəskin ləĢməsində  ingilis  imperialistlərin in  agentləri 

səylə  fitnəkar  rol  oynayır,  menĢevik  Gü rcüstanının  və  Qotsinskinin 

nümayəndələri onlarla əlbir iĢləy irdilər

213


Salyan  qəza  inqilab  ko mitəsi  1920-ci  ilin  mayından  baĢlayaraq  quldur 

dəstələrin in  fitnəkar  fəaliyyətinin  gücləndiyin i  və  onları  "Antantanın  Ġrandakı 

agentlərinin patron və tüfənglərlə təchiz etdiyini" xəbər verird i

22



Azərbaycan  SSR  höku məti  daĢnak  Ermən istanı  və  menĢevik 



Gü rcüstanına  münasibətdə  sülh  siyasəti  yeridird i.  Onun  təĢəbbüsü  ilə  Sovet 

Azərbaycanının  diplo matik  nümayəndələrinin  ermən i  və  gürcü  nümayəndələri 

ilə  tərəfləri  maraq landıran  məsələlərə  dair  görüĢləri  keçirilmiĢdi.  DanıĢıq lara 

məhəl  qoymayan  daĢnaklar  Azərbaycana  qarĢı  fitnəkar  fəaliyyətlərini 

dayandırmırd ılar.  Onlar  Ģayiə  yayırdılar  ki,  guya  "müsəlman lar  keçmiĢ 

denikinçilərlə birlikdə  Ermənistana hərəkət edirlər"

23

 və "Azərbaycanda inqilab 



panislamist  xara kter daĢıyır"

24

. Belə bəyanatlarla pərdələnərək, ermən i dəstələri 



Azərbaycanın  Ermənistanla  bütün sərhəd  rayonları  boyunca sərhədi  keçir,  dinc 

müsəlman  əhalisinə  basqın  edird ilər.  DaĢnak  agentləri  Gəncə  qəzasında 

erməniləri  və  müsəlmanları  qanlı  qırğına  təhrik  et məyə  çalıĢırdılar

25

.  ġuĢadan 



xəbər  verird ilər  ki,  daĢnak  quldur  dəstələri  yeni  h akimiyyətə  tərəfdar  olan 

Qarabağ kəndlilərini vahimədə saxlayırlar

26



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin