Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə3/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   2   3   4   5   6   7   8   9   ...   141
 I 
nəsil kompüterlərin istehsal olunması.  Bu mərhələ 
ENIAC  kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci 
illəri  əhatə edir. Birinci nəsil kompüterlərin element bazası 
çoxsaylı elektron lampalar idi. Onlar elmi-texniki məsələlərin 
həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan 
                                                 
1
 Electronic Numerical Integrator and Computer 


   
11
əsasən hərbi-sənaye kompleksində  və dövlət təşkilatlarında 
istifadə olunurdu. Bu kompüterlər böyük həcmə  və kütləyə 
malik idi. Elektron lampalar böyuk həcmli elektrik enerjisi sərf 
edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən 
istifadə olunurdu. Məsələn,  ENIAC kompüterində 178468 
elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri 
istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat 
metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi sərf edirdi
1
.  
Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min 
əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və 
triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən 
artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir 
əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. 
Elektron lampaların istismar müddəti qısa olduğundan 
kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin 
operativ yaddaşı  zəif olub, 512-2048 bayt
2
 təşkil edirdi. 
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş 
kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə 
olunmuşdur.  
Birinci nəsil kompüterlər üçün proqramlar konkret 
kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu 
proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün 
proqramlaşdırıcıdan kompüterin arxitekturasını  dəqiq bilməyi 
tələb edirdi. Proqramın daxil olunması  və yerinə yetirilməsi 
idarəetmə blokunun açarları vasitəsilə  həyata keçirilirdi. Bu 
proses mürəkkəb olduğundan və proqramda meydana çıxan 
səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi 
və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı  tərəfindən 
yerinə yetirilməsini tələb edirdi.  
Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o 
dövr üçün elmi-texniki tərəqqinin  ən böyük nailiyyəti hesab 
olunur və mürəkkəb,  əvvəllər həlli mümkünsüz hesab edilən 
                                                 
1
 ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir. 
2
 Bayt informasiyanın ölçü vahididir. 


 
12
elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra 
elm və  sənaye sahələrində fundamental nəticələr  əldə olundu. 
Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya 
və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı.   
Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o 
cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin 
50-ci illərinin  əvvəllərindən başlayaraq istifadə edilmişdir.  
Sovet sənayesi  MESM
1
, BESM, Strela, M-1, M-2, M-3, 
Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər 
istehsal etmişdir.
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin