Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

Aktiv  immunizasiya.  Diri  qızılca  vaksini  ilə  vaksinasiya 

qızılca nın  aktiv  profilaktikasının  ən  perspetiv  metodu  sayılır. 

Həssas uşaqlara bu vaksinin yeridilməsi cavab immunoloji reak-

siya  ilə  müşayiət  olunur  ki,  bu  da  95-98%  peyvənd  olunmuş-

larda qızılcaya qarşı spesifik əkscisimlərin yaranması ilə təzahür 

edir.  Əkscisimlərin  toplanması  vaksin  yeridildikdən  7-15  gün 

sonra  başlanır.  Əkscisim lərin  ən  yüksək  səviyyəsi  1-2  aydan 

sonra müşahidə olunur. 4-6 aydan sonra əkscisimlərin titri azal-

mağa başlayır, ancaq əkscisimlərin qoruyucu titri 8-10 il və daha 

çox  qalır.  Lakin  aktiv  immunizasiya  nəticəsində  yaranmış 

immunitetin  müddəti  tam  müəyyən  olunmamışdır.  Diri  qızılca 

vaksinin  yeridilməsinə  cavab  olaraq  6-cı  gündən  18-ci  günə 

qədər vaksinal prosesin klinik əlamətləri baş verə bilər ki, bu da 

temperaturun  artması,  konyunktivit,  kataral  əlamətlərin,  bəzən 

isə  səpginin  əmələ  gəlməsi  şəklində  özünü  göstərir.  Vaksinal 

reaksiya, adətən, 2-3 gündən artıq çəkmir. Vaksinal reaksiyaları 

olan  uşaqlar  ətrafdakılar  üçün  epidemioloji  təhlükə  təşkil 

etmirlər.  Qızılcaya  qarşı  diri  vaksinlə  peyvəndlər  12  aylığında 

aparılır. Vaksin bir dəfə 0,5 ml dozada dəri altına yeridilir.

Diri  vaksin  ilə  peyvənd  qızılca  ilə  xəstələnmiş  15-dən  18 

aylığa qədər uşaqlara epidemik parotit və məxmərəyə qarşı pey-

vənd lə  bir  vaxtda  aparılır.  Qızılcaya  qarşı  vaksinasiya  nəticə-

sində  uzunmüddətli  (5  ildən  az  olmayaraq)  immunitet  y ara nır, 

komplementi  birləşdirən  və  virusu  neytrallaşdıran  əks cisimlər 

peyvənddən 12-17 gün sonra görünür, 1-2 aydan sonra ən yük-

sək  səviyyəyə  çatır.  Həssas  uşaqların  90%-ni  peyvənd  et dikdə 

epidemik prosesin inkişafı tamamilə dayandırılır. Yüksək epide-

mioloji  effekt  immun  uşaqların  (xəstəliyi  keçirmiş  və  peyvənd 

olunmuş) xüsusi çəkisi 90-95%-ə çatdıqda mümkündür. Qızılca 

xəs təsi  ilə  təmas  qızılca  vaksininin  yeridilməsinə  əksgöstəriş 

deyildir.

Qızılcaya  qarşı  aktiv  immunizasiyasının  hər  yerdə  (kütləvi) 

aparılması bu infeksiya ilə xəstələnmənin əhali arasında, xüsu-

silə  də  məktəbəqədər  və  məktəb  yaşlı  uşaqlar  arasında  kəskin 

azal masına səbəb olmuşdur.


282

Virusun ətraf mühitdə davamsızlığını nəzərə alıb qızılca oca-

ğında dezinfeksiya aparılmır, ancaq xəstə yaşayan otağın havası 

dəyişdirilir.



Qrip

Qrip (Influenza) – kəskin virus xəstəliyi olub, yüksək intoksi-

kasiya, yuxarı tənəffüs yollarının zədələnməsi simptomları və ikin-

cili bakterial flora ilə şərtlənən ağırlaşamalara meyilliliyi ilə səciy-

yələnir.


Qrip insanın virus etiologiyalı kəskin yoluxucu xəstəliyidir. 

Hava-damcı  yolu  ilə  yayılaraq  tez-tez  epidemik  və  bəzən  də 

pan  demik şəkildə yayılır. Kliniki gedişi ümumi daxili intoksika-

siya və yuxarı tənəffüs yollarının zədələnməsi ilə təzahür edir.

Qrip  xəstəliyinin  törədicisi RNT  tərkibli  virus,  Orthmyxo-

viride ailəsindən, İnfluenzavirus cinsindən olan virusdur. O, ilk 

dəfə 1933-cü ildə aşkar edilmişdir. Belə ki, 1933-cü ildə Smit, 

Leydou, Endrüs qrip virusunu insandan ayırd etmişlər. Sonralar 

bu virus A tipinə aid olunmuşdur. 1940-cı ildə Frensis, Medcil 

qrip virusunun B tipini, 1949-cu ildə isə Teylor qrip virusunun C 

tipini aşkar etmişdir. Etioloji nöqteyi-nəzərdən A və B qrip v i-

rus ları daha geniş yayılmışdır və onların yeni antigen variantları 

müəyyən edilmişdir.

Qeyd edildiyi kimi, virusun 3 tipi ayırd olunur: A, B və C. 

Onlar öz aralarında bir-birinə oxşayırlar, lakin antigen tərkibinə 

görə fərqlənirlər. Virusun 3 tipindən A tipi daha dəyişkəndir, o, 

fasiləsiz, bəzən isə çox kəskin olaraq öz antigen tərkibini dəyişir. 

Qrip  virusunun  dəyişkənliyi  səthi  antigenlərin  –  hemaqqlütinin 

(H)  və  neyraminidazanın  (N)  əvəz  olunması  ilə  təzahür  edir. 

Hemaqqlütinin və neyraminidaza bir-birindən asılı olmayaraq d ə-

yi  şir lər, daha çox isə hemaqqlütinin dəyişir. 

ÜST-nin  (1980-ci  il)  təsnifatına  görə  insan  və  heyvanların A 

tip li virusları hemaqqlütininə görə 13 antigen (H1-H13) yarım tip-

lərə, neyraminidazaya görə 10 (N1-N10) yarımqruplara bölünür.

Hər iki antigenin eynianlı dəyişilməsi zamanı A tipinin yeni 

yarımtipi yaranır ki, o da pandemiya törədir. B və C tipi virusla-



283

rının  ştamlarının  antigen  tərkibində  də  bəzi  dəyişikliklər  gedir, 

lakin bu, yarımtiplərin əmələ gəlməsi üçün kifayət deyildir. Epi-

demioloji baxımdan A qripi virusunun təkcə insandan deyil, həm 

də atlardan, donuzlardan, bir çox vəhşi və ev quşlarından ifraz edil-

məsi vacibdir. B və C qrip virusları yalnız insandan ifraz o lu nur. 

A  qripinin  iri  epidemiyaları  2-3  il  intervalla,  pandemiyalar 

isə təqribən 10-15 il intervalla baş verir. B qripinin epidemiya-

ları isə 3-4 il intervalla baş verir. C tipi virusu ilə törədilən qrip 

sporadik və ya qapalı kollektivlərdə kiçik alovlanmalar şəklində 

təzahür edir.

XX əsrdə qripin 6 pandemiyası qeyd olunmuşdur: 1918–1 928  

illər – A (H1 N1) – ispanka, 1929-1946 illər – A (H1N1), 1947–

1956 illər – A (H1N1), 1957–1967 illər – A (H2N2) Sinqapur, 

1968–1977  illər  –  A  (H3  N2)  Qonkonq,  1977-ci  ildən  indiyə 

qədər A (H1N1). 

Qrip zamanı infeksiyamənbəyi – xəstə, xüsusilə yüngül, s i-

lin miş və simptomsuz formalarda olan şəxslərdir, belə ki, xəs tə-

lər  kollektivdən  təcrid  edilmirlər.  Xəstə  xəstəliyin  şid dət lən mə 

dövründə  xüsusilə  yoluxdurucudur,  yoluxdurucu  dövr  4-7  gün 

təşkil edir. 

İnfeksiya hava-damcıyolu ilə ötürülür. Qripə qarşı həssaslıq 

yüksəkdir.  insanlar  istənilən  yaşda  xəstələnirlər.  Uşaqlar  həya-

tının ilk aylarında qriplə bir qədər az xəstələnirlər, çünki onların 

bir qismi anadan transplasentar yolla alınmış immunitetin sayə-

sində qeyri-həssas olurlar. 6 ayından başlayaraq, passiv immuni-

tet praktik olaraq hamıda itir və bu yaşdan etibarən uşaqlar qripə 

qarşı xüsusilə həssas olurlar. Beləliklə, qripə qarşı ümumi həs-

sas lıq  davamsızdır,  immunitet  tipospesifikdir,  qısa  inkubasiya 

döv rünə malikdir (1-2 gün), hava-damcı yoluxma yolu bu kəskin 

virus xəstəliyinin kütləvi yayılması üçün əlverişli şərait yaradır. 

Qrip virusu epitelotrop və toksikdir. O, nəfəsalma zamanı hava 

ilə orqanizmə düşərək tənəffüs yollarının selikli qişasının epitel 

h ü cey rələrində  reproduksiya  edir.  Zədələnmiş  hüceyrələr  dege-

nera siyaya məruz qalır və dəf olunur; silindrik eptelinin me  tap -

lzasiyası baş verir ki, nəticədə onun müdafiə funksiyası z əifl əyir. 

Prosesə  həmçinin  selikaltı  toxumalar  və  damar  şəbə kə si  də 


284

qoşulur.  Qrip  virusunun  epiteliotrop  təsiri  klinik  olaraq  yuxarı 

tənəffüs yollarının katarı şəklində təzahür edir. Qripin pato ge ne-

zində toksemiya böyük rol oynayır. 

Qrip virusunun toksik təsiri sinir və damar sisteminə yönəl-

dilmişdir. Damarların toksik zədələnməsi ilə şərtlənən sirkulyator 

pozğunluqlar mərkəzi və vegetativ sinir sisteminin funksiyasının 

pozulmasında,  həmçinin  ağciyər  pozğunluqlarının  i n ki şa  fın da 

mühüm rol oynayır. Damar sisteminin keçiriciliyinin pozulması 

və  sirkulyator  pozğunluqlar,  hansı  ki  doluqanlılıq,  damar  staz-

ları,  xırda  qansızmalarla  müşayiət  olunur,  beynin  ödemi,  onun 

doluqanlılığının səbəbinə çevrilir ki, bu da klinik olaraq menin-

qoensefalitik sindromla təzahür edir. 

Ağciyərlərdə  qan  dövranının  pozulması  seqmentar  ödemlə 

müşayiət olunur. Ağır hallarda ödem hemorragik xarakter alır ki, 

bu da kəskin sirkulyator pozğunluqların və kapillyarların toksik 

zədələnməsinin nəticəsindədir. Qrip virusunun toksik təsiri hipo-

fizar-böyrəküstü tənzimlənmənin pozğunluqlarına gətirib çıxarır. 

Qripin patogenezində virusemiyanın rolu sübut olunmuş dur. 

Qrip virusunun alveollara birbaşa təsiri deskvamativ pnev mo ni-

yaya səbəb olur.

İnkubasiyadövrü bir neçə saatdan 1-2 sutkaya qədərdir. D i-

gər  KRVİ  ilə  müqayisədə  qrip  kəskin  intoksikasiya  ilə  səciy-

yələnir; yuxarı tənəffüs yolları tərəfindən kataral əlamətlər cüzi-

dir və bir vaxtda əmələ gəlmir. 

Qripin  klinik əlamətləri  silinmiş  formadan  hipertoksik  for-

maya  qədər  dəyişə  bilər.  Xəstəlik  kəskin  başlayır,  temperatur 

38-39°C və yuxarı qalxır. Titrətmə, qusma ola bilər. İntoksika si-

ya nın  dərəcəsi,  həmçinin  temperaturun  həddi  xəstəliyin  ağırlı-

ğından asılıdır. 

Böyük yaşlı uşaqlar baş ağrısı, göz almalarında, qarında ağrı-

lar,  yuxunun  pozulmasından  şikayətlənirlər,  bəzilərində  kataral 

konyunktivit və sklera damarlarının inyeksiyası müşahidə edilir. 

Erkən yaşlı uşaqlarda (1 yaşdan 3 yaşa qədər) kəskin meninqo-

ensefalitik sindrom (təkrar qusma, huşun itməsi, qıcolmalar, m e-

nin gial simptomlar və s.) meydana çıxır. 


285

Qrip virusunun vegetativ sinir və damar sisteminə toksik t ə-

si ri klinik olaraq uşağın rənginin kəskin solğun, dəri örtük lərinin 

mərmər rənginə çalması ilə təzahür edir. Burun-dodaq üçbucağı-

nın  sianozu,  akrosianoz,  hemorragik  sindrom  (burun dan  q a-

nax ma,  dəridə  və  selikli  qişalarda  nöqtəvari  hemorra giyalar) 

m ü şahidə edilir, çox ağır hallarda kollaps baş verə bilər.

Kataral əlamətlər əvvəlcə burunun tutulması, sonra az miq-

darda ifrazatın gəlməsi ilə səciyyələnir. Burun-udlaqda yayılmış 

hiperemiya,  badamcıqların  cüzi  şişkinliyi,  yumşaq  və  bərk  d a-

mağın selikli qişasında nöqtəvari qansızmlar müşahidə olunur. 

Ağırlıq dərəcəsinə görə qripin yüngül, orta və ağır (toksik), 

hipertoksik və silinmiş formaları ayırd edilir. 

Tənəffüs  orqanları  tərəfindən  iltihabi  dəyişikliklər  –  irinli-

nekrotik və ya fibrinoz larinqotraxeit, bronxit, pnevmoniya (seq-

mentar və ya ocaqlı), plevrit, angina mikrofloranın aktivasiyası 

ilə bağlıdır və virus-bakterial etiologiyalıdır. Qrip zamanı, xüsu-

silə  erkən  yaşlı  uşaqlarda  daha  tez-tez  baş  verən  ağırlaşmalar 

bun lardır. 

Qısa  tarixi  məlumat  və  yayılması.  Kütləvi  xəstəlik  kimi 

qrip hələ qədim vaxtlardan təsvir edilmişdir. Bizim eranın VI–X 

yüzilliyində o, “İtaliya qızdırması” adı ilə məşhur idi. XIV əsrdə 

italiyalı  Daminiko  Buoni  Senyan  3  böyük  epidemiyanı  (1323, 

1328,  1387)  “İnfluen  zadifreddo”  adı  altında  təsvir  etmişdir. 

Ancaq hesab edilir ki, ilk dəfə qripi Fransız alimi Etyen Paske 

1403-cü  ildə  Avropada  baş  vermiş  epidemiya  zamanı  dəqiq 

təsvir  etmişdir.  Birinci  pandemiya  1580-ci  ildə  baş  vermişdir: 

XVIII yüzillikdə qripin 4, XX yüzillikdə 2-4 il fasilə ilə bir neçə 

epidemiyaları və məlum 2 pandemiyası olmuşdur.

 Birinci pandemiya 1918-1920-ci illərdə alovlandı, 4 dalğalı 

oldu və tarixdə “İspanka” kimi qaldı (xəstəlik haqqında ilk məlu-

mat 1918-ci ildə İspaniya mətbuatında çap edildiyinə görə). Bu 

pande miya  zamanı  dünyada  500  mln  insan  xəstələndi  və  20 

mln-a qədər şəxs məhv oldu.

  İkinci  pandemiya  1957–1958-ci  illərdə  başlandı  və  “Asiya 

qripi” adını aldı. Tam olmayan məlumata görə bu pandemiyada 2 

mlrd. insan xəstələnmişdi. Pandemiyaların hər ikisi cənub-Şərqi 



286

Asiyada başlandı, sonra Avropaya, Amerikaya, Afrikaya və A vst -

rali yaya  yayıldı.  Ən  çox  xəstələnmə  bu  pandemiyalarda  2-ci 

dalğa  zamanı  (birincidən  təxminən  7-10  dəfə  çox)  baş  verdi. 

Hesab edilir ki, XVI əsrdən başlayaraq bu günə qədər dünyada 

20  pandemiya  və  ondan  daha  çox  epidemiya  baş  vermişdir. 

Xəstəlik hazırkı adını 1743-cü ildə almışdır. O zaman Souvaqe 

Broussais onu adlandırmaq üçün “La qrippe” (fransız dili “qrip-

per” felindən və ya “aqripper” – “tutmaq” və ya “əhatə etmək”) 

terminindən istifadə etmişlər. Qrip indi də qlobal problem olaraq 

qalır. Qeyd etdiyimiz kimi, qrip tez-tez Asiya ölkələrində başla-

yır  və  sonra  bütün  dünyaya  yayılır.  XX  əsrin  əvvəlində  qripin 

törədicisi bir neçə il ərzində dəniz, dəmiryol nəqliyyatı vasitəsilə 

bütün yer kürəsinə yayıldı. “İspanka” virusu isə 3 il ərzində bü -

tün  dünya  ölkələrini  əhatə  etdi.  İkinci  Dünya  müharibə sin dən 

sonrakı  ilk  illərdə  qrip  pandemiyası  cəmi  1  ildə  dünya  öl kə lə-

rinin çoxunda yayıldı. Hazırkı dövrdə törədici bütün qitələrə çox 

sürətlə - bir neçə ay ərzində yayılır.

 Etiologiyası. Qripin törədicisini ilk dəfə 1931-ci ildə ingilis 

baytar həkimi Shope donuz influenziyası olan xəstələrdən almış-

dır, indi ona Myxovirus influenzae adı verilmişdir. 1933-cü ildə 

Smith, Andrews, Zaidlaw ağ safsarı qripli xəstələrin burun-udlaq 

yuyuntusu ilə burundaxili yoluxduraraq yuxarıdakı faktı təsdiq-

lə dilər, əldə etdikləri virusu qripin törədicisi kimi təsvir etdilər. 

1936-cı ildə bu virusu Sankt- Peterburqda A.A.Smorodinsev və 

Mos k vada L.A.Zilber əldə etdilər.



  Müasir  təsnifata  görə  qrip  virusu  Ortomyxoviridae  ailəsinə 

daxildir,  çünki  o,  yoluxmuş  hüceyrənin  mukoproteidlərinə  bən-

zəyir,  oradan  da  virusun  bütün  dəstəsinin  adı  miksoviruslar  (l a-

tıncadan “Myxomatosis” – selikli) adlandırıldı. 1940-cı ildə F  ran  -

sis  və  ondan  asılı  olmayaraq  Maqill  yuxarıda  qeyd  edilən  qrip 

viruslarından  antigen  və  bioloji  xüsusiyyətlərinə  görə  fərqli 

virus aldılar. İlk əldə edilən qrip virusu A, sonradan alınan virus 

isə B qrip virusu adlandırıldı. 1947-ci ildə Teylor A və B virusla-

rından fərqlənən yeni virus əldə etdi və onu C qrip virusu adlan-

dırdı (latın əlifbasının növbəti hərfinə görə).

Qrip  virusunun  genetik  əsası  birzəncirli  RNT-dir,  virusun 

genomu RNT-nin 8 hissəsindən (fraqmentdən) ibarətdir. Hər fraq-



287

ment gendir, müəyyən zülalların – hemaqlütinin, neyraminidaza, 

ribonukleoproteid,  membran  zülalı  və  s.  sintezini  kodlaşdırır. 

Qrip  virusunun  genomunun  fraqmentlərdən  ibarət  olması  onun 

yük sək  səviyyədə  dəyişkənliyinə  kömək  edir.  Virusun  xarici 

örtüyünə hemaqlütinin (toyuq, hind donuzu və 20-yə yaxın hey-

vanların  eritrositlərini  aqqlütinasiya  edən  zülal)  və  neyramini-

daza (sahibin hüceyrələrinə virusun daxil olmasına kömək edən 

zülal fermenti) daxildir. RHT ilə zülal birləşərək S antigen adla-

nır (“Soluble” – həll olunan), o, sabitdir və virusun 3 serovarını 

– A, B, C müəyyən edir. Əksinə, hemaqlütinin (H) və neyrami-

nidaza  (N)  bir  serovar  daxilində  dəyişmir,  eləcə  də  asanlıqla 

eyniadlı antigenlə – donuz (SW), quş (av) və at (ed) rekombina-

siya  edir  və  insanın  qrip  virusunun  müxtəlif  variantlarını  təyin 

edir. Ən çox antigen dəyişkənliyi A qripi virusunda baş verir, az 

miqyasda  3  serovarda  qeyd  edilir,  C  serovarı  isə  sabitdir.  H e-

maqlütinin və neyraminidaza eyni deyil. İnsan qripi virusunun 4 

hemaqlütinin yarımnövləri – HO, H1, H2, H3 və neyraminidaza-

nın  2  yarımnövləri  –  N1  və  N2  məlumdur.  İmmuni te tin  əmələ 

gəlməsi  bu  zülallarla  bağlıdır.  Müxtəlif  epidemiyalar  zamanı 

əldə edilən eyni serovarlı qrip virusları hemaqlütinin və ney ra-

mi ni dazaya görə fərqlənirlər. Onları qısa təsvir edirlər. Məsələn, 

1918-1920-ci  illərdə  baş  verən  pandemiya A  virusu  tərəfindən 

yuxarıda adları çəkilən zülallarla birlikdə törədilib, onun formu-

lası:  1929–1947-ci  illərdə  HON1,  1947-1957-ci  illərdə  H1N1, 

1957–1968-ci illərdə H2N2, 1968–1976-cı illərdə H3N2, 1976–

1981-ci illərdə H1N1 və s. Bununla yanaşı, virusların ştamlarını 

təsvir  etmək  də  məqsədəuyğundur: A  (Swine)  30, A  (Sinqapur) 

57, A (Honhonq) 68, A (Nyu-Cersi) 76, A (SSRİ) 76, A (Texas) 

77, A (Braziliya) 78, A (Banqkok) 79, A (İngiltərə) 80 və s. 1967-

ci  ildə  ABŞ-da  xəstəliyin  az  hissəsi  A(Hsw1N1),  1977-ci  ildə 

A

1



(H1N1) virusları tərəfindən törədilmişdir. Anti gen lərin tez-tez 

dəyişməsi  və  qrip  viruslarının  yeni  variantlarının  (ştamlarının) 

əmələ gəlməsi genlərin hibridizasiyası ilə izah edilir. İnsanın A 

qrip virusunun 2 müxtəlif növü ilə yoluxması z a ma nı RNT-nin 

ayrı-ayrı seqmentləri başqa virusun genomuna daxil olaraq viru-

sun yeni variantını yaradır – yeni nəslin əvvəlki nəslə çox oxşar 



288

olmasına  baxmayaraq,  ondan  fərqlənir.  Güman  edirlər  ki,  qrip 

virusu  indiyə  kimi  məlum  olmayan  heyvanların  orqanizminə 

daxil olaraq oradan insanlara ötürülür.

A  virusu,  bir  qayda  olaraq,  qripin  pandemiyasını  törədir.  B 

qrip virusu ikinci dalğa kimi A qripinin törətdiyi xəstəliyin aşağı 

e n diyi dövrdə ona qoşularaq xəstələnməni artırır. 1980–1981-ci 

illərdə  qışda  baş  verən  qrip  epidemiyası  bu  cəhətdən  istisnalıq 

təşkil edir və etioloji cəhətdən B virusu ilə bağlıdır, sonradan ona 

A

2



 qrip virusu qoşulmuşdu.

C qrip virusu əsasən sporadik xəstələnmə və kiçik epidemi-

yalar törədir.

A virusu insan embrionunun və meymunların böyrək hücey-

rələrində inkişaf edərək sitopatik təsir göstərir. Bununla yanaşı, 

toyuq embrionunun fibroblast hüceyrələrində də inkişaf edir.

Müəyyən  edilmişdir  ki,  qrip  virusları  bir  çox  heyvan  növ-

lərini yoluxdurur. İribuynuzlu heyvanların danalarında və donuz 

balaların da qrip xəstəliyi ağır keçir, nisbətən tez-tez ölümlə n ə ti-

cə lənir. Bir çox quşlarda qrip virusu inapparant bağırsaq xəs tə li-

yi ni törədir və virus bağırsaq möhtəviyyatı vasitəsilə xaric edilir. 

Qrip virusuna ağ siçanlar və safsarlar da həssasdır (burun yolla-

rına yeridəndə).

Qrip virusları obliqat hüceyrədaxili parazitlərdir. Onlar əsa sən 

hüceyrənin  sitoplazmasında  inkişaf  edir,  bəzən  nüvədə  artırlar. 

Xarici şəraitə dözümsüzdürlər və bir neçə saat ərzində otaq tem -

peraturunda parçalanırlar, 56-60

0

C temperaturda bir ne çə dəqiqə 



ərzində  yoluxuculuğunu  itirirlər.  Dezinfeksiyaedici  m ad  dələrin 

(formalin, süleymani, spirt, turşu, qələvi) təsirindən o də qiqə məhv 

olurlar. Hemaqqlütinasiya etmək xassəsinə ma lik dir (1941-ci ildə 

Hirst  təyin  edib),  ondan  virusun  artmasını  təyin  etmək  və  anti-

geni aşkar etmək üçün (hemaqqlütinasiya) istifadə olu nur. Virus-

lar toksiki xassələrə malikdir. 



Laborator diaqnostikası. Qrip virusunu əsnək və burun s  eli-

yində, həmçinin xəstəliyin ilk günlərində qanda aşkar etmək olar. 

Lakin onların aşkarlanma faizi yüksək deyildir. 

Seroloji reaksiyalardan – neytrallaşdırma reaksiyası və KBR 

istifadə edilir. Qan seroloji reaksiyalar üçün 2 dəfə götürülür – 


289

xəstəliyin əvvəlində və rekonvalessensiya dövründə (2-ci həf tə-

nin sonunda). Əkscisimlərin titrinin 4 dəfə və daha çox artması 

diaq  nostik  sayılır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  1  yaşında 

olan uşaqlarda əkscisimlərin titri aşağıdır və onlar daha gec m üd-

dətdə artırlar. 

Qripin və digər KRVİ-nin diaqnostikasının ekspress-metodu 

immunoflüoressensiya metodu sayılır.



Profilaktikası.  Ümumi  sanitar-profilaktik  tədbirlər  (uşaq 

müəs sisələrinin sanitar-gigiyenik vəziyyətdə saxlanması, düzgün 

rejim, otaqların civə-kvars lampaları ilə şüalandırılması) həyata 

k e çirilir.  Uşaqların  bədənlərinin  möhkəmləndirilməsi  təd bir lə-

ri nə böyük diqqət verilir.

Epidemik ocaqda uşaqların hamısına hər burun yoluna 2 dam -

cı  olmaqla  gündə  4  dəfə  bütün  alovlanma  dövründə  inter fe ron 

d amızdırılması məsləhət görülür. Südəmər uşaqlara, xüsu si  lə zəif-

ləmiş və yanaşı xəstəliklərdən əziyyət çəkənlərə profilak ti ka m əq-

sədilə qripəleyhinə immunoqlobulin (0,15 ml/kq) təyin edir lər. 

Qripin spesifik profilaktikası üçün bir sıra diri və öldürü müş 

vaksinlər təklif olunmuşdur. A.A.Smorodensev tərəfindən hazır-

lanmış  ilk  vaksin  –  diri  vaksin  intranazal  təyin  olunur.  Prakti-

kada həmçinin müxtəlif öldürülmüş vaksinlər işlədilir. Bununla 

yanaşı, qeyri-spesifik profilaktika tədbirlərinə üstünlük verilir. 


290

Qripin qeyri-spesifik profilaktikası üçün tövsiyə olunan 

preparatların siyahısı

Preparatın adı

Yerinə yetirilmə sxemi

“Algirem”

“Remantadin”in  polimer  forması.  Şəkər li  şər-

bət 1 yaşdan böyük uşaqlar üçün.

“Amiksin”

Yalnız  böyüklər  üçün:  həftədə  1  həb  olmaqla 

4-6  həftə  müddətində  təyin  olunur. Virus əley-

hinə təsir.

“Aflubin”

 “Homeopatik” preparat. 1-12 yaşlı uşaqlar üçün 

gündə  2  dəfə  3-5  damcı  olmaqla  bir  xörək 

qaşığı  su  və  ya  südlə  qəbul  olunur.  12  yaşdan 

yuxarı uşaqlar və böyüklərə təmiz şəkildə və ya 

su ilə 5-10 damcı təyin olunur. Müalicə kursu – 

20 gündür.

Vitaminlər (kompleks

ş əkil də)

Yaş  dozalarında  gündə  2-3  dəfə,  həmçinin 

itburnu, qarağat, moruq dəmləməsi (və ya şər-

bəti). 


Qripferon (buruna 

damcı şəklində)

1  yaşdan  yuxarı  uşaqlar  və  böyüklər  üçün. 

Əks-göstərişlər və əlavə effektləri yoxdur.

Dibazol

Kurs təyin olunur: sentyabr, noyabr, yanvarda 



hər ayın 10 günü ərzində 1 dəfə: 6 yaşa qədər 

uşaqlara  0,004;  7-14  yaşlı  uşaqlara  0,01;  15 

yaşlı  uşaqlara  və  böyüklərə  0,02  q  təyin  olu-

nur.


Leykositar insan 

interferonu

Uşaqlara  və  böyüklərə  20-25  gün  ərzin də  hər 

burun dəliyinə 0,25 ml təyin olun ur. 

 “Oksolin” məlhəmi

Uşaqlara  0,25%  məlhəmdən  gündə  2  dəfə 

15-25 gün, böyüklərə gündə 2 dəfə 15-25 gün.

“Remantadin”

Böyüklərə 1 həb olmaqla 5 gün (ocaqlı profilak-

tika), 1 həb olmaqla 15-20 gün (planlı profilak-

tika). 


291

“Ribomunil”

 Xroniki xəstəliyi olan uşaqlar üçün KRVİ ilə 

tez-tez  və  uzun  müddət  xəs tələnən  uşaqlar 

üçün  preparat  birdəfəlik  dozada  (3  həb  və  ya 

1  paket)  sutkada  1  dəfə  oktyabrdan  marta 

qədər aşağıdakı sxem üzrə təyin edilir: oktyabr 

– 3 həftə ərzində hər həftənin ilk günü, sonrakı 

5  ay (noyabr-mart) hər ayın ilk 4 günü.

“Sandra”


  Homeopatik  həb  şəklində  dilaltına  qoyulan 

preparat. 1-6 yaşlı uşaqlar üçün hər dəfə 1 həb 

(0,25)  olmaqla  gündə  4  dəfə.  Müalicə  kursu 

5-6 gündür. 

Fitopreparatlar: “Ele-

ukterokokk”

cövhər  uşağın  hər  yaşına  1-2  damcı  olmaqla 

gün də 2 dəfə, böyüklərə isə 25-40 damcı gün-

də 2 dəfə 14 gün müddətində təyin edilir. 

“Exinaseya”

cövhər  hər  dəfə  10-20  damcı  olmaqla  gün də 

2  dəfə 14 gün müddətində təyin edilir. 



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin