Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Avropa İttifaqının Avropa İnsan Hüquqları



Yüklə 1,45 Mb.
səhifə8/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   4   5   6   7   8   9   10   11   ...   122
1.2.3. Avropa İttifaqının Avropa İnsan Hüquqları

Konvensiyasına qoşulması

Hazırda Aİ hüququ və AİHK-sı bir-birilə sıx bağlıdır. Aİ-na Üzv Dövlətlərin

hər biri AİHK-na qoşulub. Yuxarıda da qeyd olunduğu kimi, AƏM Aİ hüququ

altında insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə baxarkən AİHK-

na örnək kimi istinad edir. Fundamental Hüquqlar haqqında Xartiya da

özündə  AİHK-da  əks  olunmuş  hüquqları  ehtiva  edir  (lakin  onlarla

məhdudlaşmır). Müvafiq olaraq, Aİ-ın AİHK-nı imzalamamasına baxma-

yaraq, İttifaq Konvensiya ilə əhəmiyyətli şəkildə uzlaşır. Lakin əgər şəxslər

Aİ-dan  və  onun  insan  hüquqlarını  təmin  etməməyindən  şikayət  etmək

istəsələr, onların Aİ-na qarşı AİHM-nə şikayətlə müraciət etmək haqları

yoxdur. Əvəzində onlar: yerli məhkəmələrə müraciət edə bilərlər və yerli



məhkəmələr də ilkin istinad prosesinə əsasən işi AƏM-nə yönəldə bilərlər;

və ya Üzv Dövlətdən AİHM-nə şikayət edərək bilavasitə Aİ-dan şikayət

etmiş ola bilərlər.

Lissabon Sazişində Ai-na öz tərəfindən müstəqil şəkildə AİHK-na qoşulmaq

imkanı verən norma nəzərdə tutulur və AİHK-ın 14-cü Protokolu Konven-

siyaya dəyişiklik edərək İttifaqa bu imkanı həyata keçirmək üçün icazə

verir. Aİ-nın Konvensiyaya qoşulma prosesi ilə bağlı müzakirələrin hələ bir

neçə il davam edəcəyi nəzərə alınarsa, bu qoşulmanın təcrübədə necə

təsirə  malik  olacağı  və  xüsusilə  AƏM  ilə  AİHM  arasında  gələcək

münasibətlərin hansı istiqamətdə mövcud olacağı hələlik aydın deyil. Lakin,

bunu demək mümkündür ki, vətəndaşların, AİHK-nın pozuntusu baş verdiyi

təqdirdə AİHM qarşısında Aİ-na qarşı müraciət etmək imkanları olacaq.



Əsas məsələlər

•  Avropada ayrı-seçkilikdən müdafiə həm Aİ hüququnda, həm də

AİHK-da nəzərdə tutulur. Əsasən bu iki sistem arasında uyğunluq

və qarşılıqlı bir-birini gücləndirən xüsusiyyətlər olmasına baxma-

yaraq, bu sistemləri təcrübədə tətbiq edənlər bir sıra fərqli cəhətlərin

mövcudluğunu da bilməlidirlər. 

•  AİHK öz yurisdiksiyasında olan 47 Dövlət daxilindəki bütün şəxsləri

müdafiə etdiyi halda, Aİ-nın ayrı-seçkilik əleyhinə direktivləri sadəcə

27 Üzv Dövlətin vətəndaşlarına müdafiə tədbirləri təklif edir.  

•  AİHK-nın 14-cü maddəsinə əsasən, ayrı-seçkiliyin Konvensiyada

nəzərdə tutulan digər hüquqlardan istifadə ilə əlaqədar baş verməsi

qadağan olunur. 12-ci Protokolda ayrı-seçkiliyin qadağan olunması

ayrıca norma kimi nəzərdə tutulur.

•    Aİ  ayrı-seçkilik  əleyhinə  hüququnda  ayrı-seçkiliyin  qadağan

olunması ayrıca norma kimi nəzərdə tutulur, lakin xüsusi kontekstlə,

məsələn işəgötürmə ilə, məhdudlaşır.    

• Aİ qurumları ayrı-seçkiliklə bağlı norma da daxil olmaqla, Funda-

mental Hüquqlar haqqında Xartiyaya əməl etmək öhdəliyi daşıyırlar.

Aİ-na Üzv Dövlətlər həmçinin Aİ hüququnu icra edərkən Xartiyaya

əməl etməlidirlər.    

18

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı




• Avropa İttifaqı həm UNCRPD, həm də AİHK-na qoşulacaq. Bu hal

Aİ-nı xarici müşahidə qurumlarına tabe edəcək və nəticədə şəxslər

birbaşa AİHM qarşısında AİHK-nın Aİ tərəfindən pozulması ilə bağlı

şikayət etmək imkanı qazanacaqlar.  




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin