Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə15/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   11   12   13   14   15   16   17   18   ...   122
2.3. Dolayı ayrı-seçkilik 

Həm İnsan hüquqları haqqında Avropa Konvensiyasında (AİHK), həm də

Avropa İttifaqı (Aİ) hüququnda təsdiq edilir ki, ayrı-seçkilik təkcə oxşar

vəziyyətdə olan insanlara qarşı fərqli rəftarın deyil, həm də fərqli vəziyyətdə

olan insanlara qarşı eyni rəftarın nəticəsi

ola bilər. Sonuncunu "dolayı" ayrı-seçkilik

adlandırırlar, çünki bu halda rəftarın özü

deyil, onun nəticələri fərqli olur, belə ki, o,

fərqli xüsusiyyətlərə malik insanlar üçün

fərqli nəticələrə səbəb olur. İrqi bərabərlik

haqqında Direktivin 2-ci maddəsinin 2(b)

bəndində deyilir ki, "dolayı ayrı-seçkilik o

halda  baş  verir  ki,  neytral  kimi  görünən

qayda, meyar və ya praktika müəyyən irqi

və ya etnik mənşəli insanları digər şəxs

32

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



Dolayı ayrı-seçkiliyin

elementləri bunlardır: 

• oxşar vəziyyətdə olan digər

şəxslərlə müqayisədə 

• "müdafiənin şamil olunduğu

əsasların" tətbiq dairəsinə

düşən hər hansı qrupa

əhəmiyyətli dərəcədə mənfi

təsir göstərən 

• neytral qayda, meyar və ya

praktika.

____________________________

29. AƏM, P. v. S. and Cornwall County Council, iş № C-13/94 [1996] ECR I-2143, 30 aprel 1996-cı il.



lərlə  müqayisədə  xüsusilə  əlverişsiz  vəziyyətə  salır"

30

.    Avropa  İnsan



Hüquqları Məhkəməsi (AİHM) özünün son dövrlərə aid bəzi qərarlarında

diqqəti dolayı ayrı-seçkiliyin bu anlayışına cəlb edərək bildirib ki, "fərqli

rəftar neytral tərzdə ifadə edilmiş, amma bununla belə hər hansı qrup üçün

qeyri-mütənasib dərəcədə zərərli nəticələr doğuran ümumi siyasət və ya

tədbir formasını ala bilər".

31


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin