Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Vətəndaşlıq və milli mənşə



Yüklə 1,45 Mb.
səhifə112/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   108   109   110   111   112   113   114   115   ...   122
4.7. Vətəndaşlıq və milli mənşə 

(Məlumat kitabının 121-ci səhifəsi)

AIHM, Fawsi Yunanıstana qarşı və Saidoun Yunanıstana qarşı

No. 40080/07 və No. 40083/07), 28 oktyabr 2010

(ECtHR, Fawsie v. Greece and Saidoun v. Greece

(No. 40080/07 and No. 40083/07), 28 October 2010)

Ərizəçilər, Suriya və Livan vətəndaşları, 1990-cı ildən Yunanıstanda siyasi

qaçqın kimi rəsmən tanınmış və hüquqi sakinlər idilər. Səlahiyyətli orqan

onların böyük ailələrin analarına ödənən imtiyazı almaq üçün tələblərini,

onların Yunanıstan və ya Avropa İttifaqı ölkələrindən birinin vətəndaşı və

eləcə də, yunan mənşəli qaçqınlar olmaması səbəbi ilə rədd etdi. AİHM

yunan qanunvericiliyin demoqrafik problemə istinad etmək istəyini sual

olaraq qaldırmadı. Halbuki, AİHM yalnız çox güclü mülahizələrin müstəsna

olaraq  vətəndaşlığa  əsaslanan  fərqli  davranışın  əsaslandıra  bilməsini

təkrarən  vurğulayaraq,  əsasən  yunan  vətəndaşlığı  və  ya  mənşəyinə

əsaslanaraq  müəyyənləşdirilmiş  meyarla  razılaşmadı  və    bildirdi  ki,

xüsusilə  belə  qanunvericilik  və  yurisprudensiyanın  dominantlıq  etdiyi

dövrdə bu meyar birmənalı tətbiq olunmurdu. Bundan başqa, Yunanıstanın

da  üzv  olduğu  Qaçqınların  statusuna  dair  Cenevrə  Konvensiyasına

əsasən, dövlətlər ərazilərində qanuni yerləşmiş qaçqınlara münasibətdə

dövlət  yardımı  və  köməyi  ilə  bağlı,  öz  vətəndaşları  ilə  davrandığı  kimi

davranmalıdır. Buna görə də, səlahiyyətli orqanların ərizəçilərə böyük ailə

imtiyazı verməkdən imtina etməsi ağlabatan şəkildə əsaslandırılmış dey-

ildi. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin