Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


AİHM, P.V. İspaniyaya qarşı



Yüklə 1,45 Mb.
səhifə110/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   106   107   108   109   110   111   112   113   ...   122
AİHM, P.V. İspaniyaya qarşı

(No. 35159/09),  30 noyabr 2010

(ECtHR, P.V. v. Spain

(No. 35159/09), 30  November 2010)

Ərizəçi, cinsini kişidən qadına dəyişdirmiş transseksual şəxs idi.O, daha

əvvəl evli olmuş və bir oğlu var idi. Boşanma prosedurları zamanı uşağın

qəyyumluğu anaya, valideyn öhdəlikləri hər iki valideynə birgə və ataya

xüsusi qrafik şəklində görüş icazələri verildi. İki il sonra, ərizəçinin keçmiş

arvadı o, cins dəyişdirmə müalicəsi aldığı üçün, ata olaraq, ondan valideyn-

lik  öhdəliyinin  alınmasını  və  görüş  icazələrinin  dayandırılmasını  istədi.

AİHM  bildirdi  ki,  daxili  məhkəmələr  qərarlarında  psixoloji  ekspertin

hesabatına  əsaslanaraq  ərizəçinin  emosional  qeyri-sabitliyini,  bunun

məhkəmə prosesləri başladığında altı yaşında olan uşağa təsir etmə və

onun psixoloji tarazlığının pozula bilmə riskini nəzərə almışdılar. Onlar,

ərizəçini  ananın  o  zamankı  tələbinə  baxmayaraq,  nə  valideynlik

hüquqlarından, nə də uşağı ilə görüşmədən məhrum etmişdilər, əvəzində

ekspertin hesabatında göstərilən tövsiyələrə uyğun şəkildə mərhələli və

nəzərdən keçirilə bilən əsasda xüsusi görüş qrafiki hazırlamışdılar.  Onların

əsaslandırması ondan ibarət idi ki, ərizəçinin transseksual olması əvvəlki

görüş  icazələrini  dəyişdirmək  qərarı  üçün  həlledici  amil  deyildi,  amma

uşağın maraqları üstünlük təşkil edirdi və buna görə də məhkəmələr uşağa

atasının  cins  dəyişdirməsinə  mərhələli  olaraq  alışmasına  imkan  verən

məhdud görüş qrafiki seçmişdilər. Beləliklə, AİHM qərara aldı ki, AİHK-nın

pozuntusu baş verməyib. 

192


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin