Avtomobil təKƏRİNİn kinematikasi


Diyirlәnmә müqavimәt qüvvәsi



Yüklə 74,34 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü74,34 Kb.
#39355
1   2   3   4   5   6
AVTOMOBIL TƏKƏRİNİN KİNEMATİKASI

Diyirlәnmә müqavimәt qüvvәsi ( Ff). Şәrti olaraq diyirlәnmә müqavimәt momentini әvәz etmәk üçün istifadә edilir.

Bәrk örtüklü yollarda hәrәkәt edәn tәkәrin diyirlәnmә müqavimәti şinin radial, tangensial vә yan deformasiyaları zamanı histerezis enerji itkilәri, dayaq sәthi üzrә kontakt zonasında sürüşmә sürәtinin vә havanın müqavimәti hesabına yaranır. Ümumi halda asfaltbeton yolda diyirlәnәn tәkәrin itkilәrinin 90...95%-ni histerezis itkilәri, 3...5%-ni sürtünmә, 3...5%-ni isә aerodinamik itkilәr tәşkil edir.

Diyirlәnmә müqavimәti bir çox konstruktiv vә istismar faktorlarından asılıdır: şinin konstruksiyasından, onun daxili tәzyiqindәn, temperaturundan, şinә düşәn yük vә onun ötürdüyü momentdәn, avtomobilin hәrәkәt sürәtindәn, yol sәthinin vәziyyәtindәn. Avtomobilin tәkәrlәri müxtәlif şәraitlәrdә işlәyir. Hәr tәkәrin iş xüsusiyyәtini nәzәrә almaq mümkün olmadığı üçün diyirlәnmә müqavimәt әmsalının orta qiymәtindәn istifadә edilir. Avtomobilin ümumi diyirlәnmә müqavimәt qüvvәsi aşağıdakı kimi ifadә edilir:

n

n

n




Ff Ffi (R zi fi ) f R zi ,

(5)

i1

i1

i1




15

burada f  diyirlәnmә müqavimәt әmsalının orta qiymәti; n  avtomobil tәkәrlәrinin sayıdır.

Diyirlәnmә müqavimәt әmsalı verilmiş yol şәraiti vә şin üçün әsasәn tәcrübi yolla tәyin edilir. f  әmsalına şinin konstruktiv parametrlәrindәn әn çox tәsir göstәrәnlәri: tәbәqәlәrin sayı, kordun iplәrinin yerlәşmәsi vә protektorun qalınlığıdır. Kordun tәbәqәlәrinin sayı vә qalınlığının azaldılması, kiçik histerezis itkili sintetik materiallardan istifadә edilmәsi, şinin diametrinin artırılması diyirlәnmә müqavimәtini azaltmağa imkan verir. Şinin daxili tәzyiqinin, temperaturunun vә yeyilmәsinin artması ilә diyirlәnmә müqavimәt әmsalı azalır. Diyirlәnmә müqavimәtinin әn kiçik qiymәti nominal yükә yaxın sahәdә alınır.

Yumşaq vә ya palçıqlı dayaq sәthindә hәrәkәt edәn tәkәr, torpaq vә qruntun deformasiyası vә ya palçıq vә nәmliyin kontakt sәthindәn qovulması üçün әlavә enerji sәrf edir, bu isә öz növbәsindә diyirlәnmә müqavimәt әmsalını artırır.

Avtomobil hərəkət edən zaman şinin deformasiyası, təkərin yolla müqaviməti və yol profilinin qeyri-hamarlığı səbəbindən təkərlərdə diyirlənməyə müqavimət qüvvəsi əmələ gəlir. Avtomobilin qabaq və arxa təkərlərində diyirlənməyə müqavimət qüvvəsinin cəmi:

Diyirlənmə müqavimətinə sərf olan güc:




Yüklə 74,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin