Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


«SOYUQ MÜHARİBƏ» DÖVRÜNDƏ BEYNƏLXALQ



Yüklə 2,21 Mb.
səhifə28/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   186
AFR XDİ – XSİ blokunun hakimiyyəti dövründə. «İqtisadi möcüzə» (1949-1969-cu illər). AFR yarandıqdan sonra ilk növbədə ölkənin iqtisadi inkişafına diqqət artırıldı. Müharibədən sonrakı ilk illərdə zəhmətkeşlərin vəziyyəti ağır idi. Zəhmətkeşlərin real əmək haqqı 1948-ci ildə 1938-ci ildəkinin cəmi 67%-ni təşkil edirdi. İşsizlərin sayı 1949-cu ildə 1,6 miylon nəfər idi ki, bu da fəhlələrin 11%-i demək idi. İşsizlik tətillərin də artmasına gətirib çıxartdı.

Honnover, Köln, Rur tətilçilərinin tələblərini hökumət ödəməyə məcbur oldu. 1949-cu il noyabrın 12-də Bizoniyada 9 milyondan çox fəhlə və qulluqçu tətil etdi. Həmin tətillərin nəticəsi olaraq bir sıra torpaqların (Hessen, Vürtemberq-Baden, Şimali-Reyn-Vestfaliya) konstitusiya­larına antiinhisar mad­də­lər daxil edildi.

1946-1947-ci illərdə ölkədə keçirilməyə başlayan aqrar islahat AFR-təşkil edildikdən sonra təxirə salındı. İri torpaq sahibləri ölkə əhalisinin 0,7%-ni təşkil etsə də, bütün torpaqların 29,7%-i onlara mənsub idi. AFR-də «iqtisadi möcüzə»nin atası hesab edilən Lüdviq Erxardın başçılığı altında «sosialist bazar iqtisadiyyatı» siyasəti yeridilməyə başlandı. Bu xətt XX əsrin 30-cu illərində görkəmli iqtisadçı Oyken tərəfindən irəli sürülmüşdü. Bunu neoliberal iq­ti­sadçı­lar qrupu müdafiə edirdi. Onlar dövlət aparatında əsas iqtisadi postlarda əyləşmişdi. Bu siyasətdən məqsəd alman markasının rəqabət qabiliyyətinin artırılması, onun sabitliyinin təmin edilməsi, beynəlxalq bazarda rəqabətə tab gətirən məh­sul istehsal etmək və valyuta ehtiyatı yaratmaq idi. Bütün bun­ların nəticəsi idi ki, 1950-64-cü illərdə Almaniyada «iq­tisadi mö­cüzə» baş verdi. 1951-1952-ci illərdə iqtisadi artım 9-10%, 1953-1956-cı 10-15% oldu. Alman markası Avropada ən güc­lü valyuta oldu.

1950-ci ildə Almaniya iqtisadi inkişaf cəhətdən müharibələrdən əvvəlki səviyyəyə çatdı. Sonrakı illərdə yüksək sürət müşahidə edilməyə başladı. Belə ki, ölkədə iqtisadiyyatın illik inkişaf sürəti 9,6% oldu. İşsizlik ləğv edildi. 1964-cü ilə qədər Almaniyada sənaye məhsullarının istehsalı və əhalinin real gəliri müharibədən əvvəlkindən 3 dəfə çox artdı. Təkcə AFR müharibədən əvvəlki bütün Almaniyanın istehsal etdiyi qədər məhsul istehsal edirdi. Almaniya sənaye məhsulu istehsalına və qızıl ehtiyatlarına görə kapitalist dövlətləri içərisində ikinci yerə çıxdı. Plastik kütlə, sintetik lif, elektron cihazları sənayesi də sürətlə inkişaf edirdi. Almaniya qüdrətli sənaye dövlətinə çevrildi. İnteqrasiya prosesinə qoşuldu. 1957-ci ildə Avropa İqtisadi Birliyini (AİB) təşkil edən əsas dövlətlərdən biri oldu. AFR-də dövlət-inhisarçı kapitalizmi sürətlə inkişaf etməyə başladı. İstehsal gücünün 20%-i dövlət inhisarçı bölməyə mənsub idi.

Ölkənin təsərrüfatı, demək olar ki, 100 ailənin əlində cəmlənmişdi. Onların təsiri altında biznesmenləri və maliyyəçiləri birləşdirən təşkilatlar yarandı. Alman Sənaye Federasiyası İttifaqı onların içərisində başlıca rol oynayırdı. Bundan başqa Alman iş adamları ittifaqının federal birliyi, Alman Sənaye sahibləri və ticarətçilərinin konqresi təşkilatları da yaradıldı. Adenauer böyük biznesin maraqlarını nəzərə alaraq siyasət yeridirdi. Bu siyasətin əsas məqsədi iri maliyyəçiləri qorumaq idi. 1953-1954-cü illərdə gəlir vergisi azadıldı. İxrac artırıldı, xarici dövlətlərlə iqtisadi əməkdaşlıq edən firmalara kredit verilməyə başlandı. Sosial təminat və işsizlər üçün sığorta fondundan iqtisadi inkişaf üçün istifadə edilməyə başlandı. Almaniyada o dövrdə 2600 korporasiya var idi və bu korporasiyaların 17-si Almaniyanın bütün səhmlərinin 83,3%-nə sahib idi. Almaniyada istehsal edilən poladın 86,6%-ni 9 (doqquz) iri kompaniya verirdi. Almaniyada buraxılan avtomobilin 80%-ni 4 (dörd) iri firma verirdi. Almaniyanın bütün maliyyə əməliyyatlarına 3 iri bank – Alman, Drezden, Komersiya bankı nəzarət edirdi. Məşhur kimya tresti olan «İq Farbenindustri» dünyanın üçüncü kimya firması idi. 1957-ci ildə Kruppun zavodları özünə qaytarıldı. Bu zavodlar AFR-də istehsal edilən poladın 14%-ni (13,5 milyon ton) verirdi. Mannesmanın konserni bütün boruların 1/3-ni verirdi.

Almaniyada «İqtisadi möcüzə»nin baş verməsində aşağıdakı amillər – sənayenin yeni avadanlıqla təchiz edilməsində ABŞ, İngiltərə və Fransanın köməyi, Qərb zonasının təbii sərvətlərlə zəngin olması, onun sənaye potensialına müttəfiqlərin toxunmaması, bu zonanın ixtisaslı kardlarla zənginliyi, burada ucuz işçi qüvvəsinin çoxluğu, elmi nailiyyətlərin dərhal istehsala tətbiq edilməsi, çoxişlənən zəruri tələbat mallarına həm daxildə, həm də xaricdə böyük tələbatın olması, Marşall planı əsasında Almaniyaya 3,6 milyard dollar vəsait verilməsi (Bu vəsait Marşall planı əsasında Böyük Britaniya və Fransanın birlikdə almış olduğu vəsaitə bərabər idi, İtaliyanın Marşall planı əsasında aldığı puldan isə, demək olar ki, 3,5 dəfə çox idi) 50-ci illərin ortalarına qədər ölkədə hərbi xərclərin olmaması, dövlətin iqtisadiyyata rəhbərliyi və kompaniyalara xüsusi kredit buraxması, Almaniyanın «Ümumi bazar»da iştirakı və s. mühüm rol oynamışdır. Bu daxili amillərlə bərabər İkinci dünya müharibəsindən sonra dünyada baş verən proseslərin də iqtisadi inkişafa təsiri böyük idi. Belə ki, Yaxın və Orta Şərqin neftinin Avropaya axını da bu məsələdə nəzərə çarpacaq əhəmiyyətə malik idi. Həmçinin İkinci dünya müharibəsindən sonra xarici iqtisadi əlaqələrin genişlənməsi də Qərbi Avropa dövlətlərinin o cümlədən, Almaniyanın inkişafına mühüm təkan verdi.

1960-cı illərin ortalarında AFR xarici ticarət və əhalinin həyat səviyyəsinə görə ABŞ-la rəqabətə girə bildi. Ümumi məhsul istehsalına və əmək məhsuldarlığına görə ABŞ və Yaponiyadan sonra üçüncü yeri tutdu.

XX əsrin 60-cı illərində AFR-də iqtisadi yüksəliş sürəti aşağı düşməyə başladı. Əgər 1951-1955-ci illərdə bu yüksəliş sürəti 12,3% təşkil edirdisə, 1961-1965-ci illərdə isə 5,4% təşkil edirdi. Bu ilk növbədə Qərbi Almaniya iqtisadiyyatının bərpasının başa çatması ilə əlaqədar idi. Kapitalizm dünya­sında onun payı 1961-ci ildəki 9,9%-dən 1970-ci ildə 12,5%-ə qalxdı. Həmçinin bu dövrdə AFR iqtisadiyyatı üçün xarakterik olan cəhətlərdən biri iqtisadiyyatın ayrı-ayrı sahələrinin qeyri-bərabər inkişafı idi. Kapitalın mərkəzləşməsi və təmərküz­ləşməsi prosesi nəticəsində səhmdar cəmiyyətləri ölkənin səhm kapitalının 1/3-ni öz əlində cəmləşdirmişdi. İstehsal vasitələrinin 70%-i əhalinin 1,7%-nin əlində idi. Bu dövrdə kənd təsərrüfatında da mərkəzləşmə gücləndi. AFR-in xarici ölkələrə kapital qoyuluşu 1970-ci ildə 21 milyard marka idi. Öz növbəsində təkcə ABŞ-ın AFR-ə kapital qoyuluşu bu dövrdə 21,6 milyard dollar təşkil edirdi.

XX əsrin 60-cı illərinin ortalarında ölkədə iqtisadi enmə başlandı. 1966-1967-ci illərdə sənaye indeksi 3% aşağı düşdü. Lakin xarici iqtisadi əlaqələr sənaye indeksinin daha çox aşağı düşməsinin qarşısını aldı. İşsiz fəhlələrin sayı bir milyonu ötüb köçdü. O cümlədən, 300 mindən çox xarici vətəndaş da işsiz idi. Əmək haqqı xeyli aşağı düşdü. Böhran hökuməti neoliberalizm siyasətindən əl çəkməyə məcbur etdi. Keyns konsepsiyasından istifadə edilməyə başladı. İqtisadiyyat naziri Şiller (1966-1969-cu illərdə) «böyük koalisiya» siyasətini irəli sürdü. Bu siyasətdə «qlobal nizamasalma» əsas yer tuturdu.

Bu dövrdə siyasi sabitlik də pozuldu. Əhali içərisində narazılıq artdı. 60-cı illərdə tətillər gücləndi. 60-cı illərin ortalarında gənclər, tələbələr, qadınlar, ziyalılar da fəallıqlarını artırdılar. Ölkədə neofaşizm gücləndi. 1964-cü ildə antikom­munist və antisosialist əhvali-ruhiyyədə olan Milli Demokrat partiyası (MDP) yaradıldı. Bu partiya ərazi iddiaları irəli sürdü. Tezliklə onun üzvlərinin sayı 40 min nəfərə çatdı. 1967-ci ildən ona keçmiş Hitler ordusunun zabiti Adolf Tadden başçılıq etməyə başladı. Bu partiya özünə çoxlu tərəfdarlar tapdı. Landtaqlara seçkilər zamanı 10 torpaqdan 7-də seçilən deputat­ların çoxu MDP-dən idi. 1960-cı ilin sonunda bundestaqın qəbul etdiyi qanuna görə hökumət ölkədə fövqəlada vəziyyət elan edə, hətta hərbi diktatura da qura bilərdi.

1961-ci ilin sentyabrında bundestaqa keçirilən seçkilərdə XDİ-XSİ bloku 45,4% səs aldı və yenidən K.Adenauerin başçılığı altında hökumət təşkil edildi. 1963-cü ilin payızında Adenauer istefaya getdi. Kansler vəzifəsini Adenauerin ardıcıllarından olan XDİ-nin başqa bir xadimi, Almaniyada «iqtisadi möcüzə»nin atası hesab edilən Lüdviq Erxard tutdu. Erxard demokratik adam olsa da, belə hesab edirdi ki, Adenauerin avtoritar idarəetmə metodundan əl çəkmək lazım deyil. Erxard elan etdi ki, onun hökumətinin məqsədi sosial sülh və əməkdaşlığı təmin etmək və «mərkəzləşmə və qar­şılıqlı anlaşma» siyasəti yeritməkdir. O, qarşıdurmadan qaç­maq, maraqları tarazlaqdırmaq axtarışı və ümummilli maraqları real­laş­dırmaq naminə bütün siyasi qüvvələri konsilidasiyaya, yəni qarşılıqlı siyasi əməkdaşlığa çağırdı.

Erxardan kanslerliyi dövründə kənd təsərrüfatına xüsusi diqqət verildi. Bu məqsədlə 1964-cü ildə «Yaşıl plan» qəbul edildi. Təkcə 1964-cü ildə kənd təsərrüfatına 2,5 milyard marka vəsait xərcləndi. Erxard öz partiyasının proqramını modernləşdirmək sahəsində də fəallıq göstərdi. O, 1965-ci ilin martında «formalaşmış cəmiyyət» konsepsiyasını irəli sürdü. O belə hesab edirdi ki, XX əsr-in əvvəlləri «sinifli cəmiyyət», Birinci dünya müharibəsindən sonrakı dövr «siyasi fikir müxtəlifliyi cəmiyyəti», İkinci dünya müharibəsindən sonrakı dövr isə «kamil cəmiyyət»dir ki, belə cəmiyyət kooperativ xarakteri daşıyır, bütün qrup və maraqların əməkdaşlığına əsaslanır. Bu isə «ümumi rifah dövləti»nin bir modeli hesab edilə bilər. Lüdviq Erxard metod və stildə bir sıra dəyişikliklər etsə də, mahiyyət etibarı ilə Adenauerin yeritdiyi siyasəti davam etdirdi. Bu dövrdə müxalifətə qarşı təzyiqlər gücləndi. Yeni kansler vəziyyəti yaxşılaşdıra, XDİ-yə nüfuz qazandıra bilmədi. 1966-cı ilin noyabrında Lüdviq Erxard istefaya getdi. 1966-ci ilin dekabrın 1-də AFR-də XDİ-nin liderlərindən olan K.Kizingerin başçılığı altında tərkibinə XDİ-XSİ blokunun, sosial-demokratların nümayəndələrinin daxil olduğu «Böyük koalisiya» hökuməti təşkil edildi. Kizin­ger yaxşı analitik, məharətli rəhbər, xüsusi işgüzarlığı və bacarığı ilə fərqlənən bir insan idi. Onun gördüyü tədbirlər nə­ticəsində 1968 və 1969-cu illərdə sənayenin əvvəlki artım sürəti bərpa olundu (11,8 və 12,9%). Lakin yenə də ölkədə iqtisadi və siyasi böhran davam etməkdə idi. İlk növbədə iqtisadi böhranı aradan qaldırmaq üçün dövlət iqtisadiyyatını nizama salmağın yeni metodlarına keçdi. Cari və prespektiv məq­­səd­lər üçün iqtisadiyyatın proqramlaşdırılması başlandı. 1967-ci ildə verilmiş «Sabitləşmə haqqında» qanuna əsasən konyu­ktura fondu təşkil edildi. Hökumət korporasiyalar üçün ver­giləri 10% artırmaq hüququ aldı. Əmək haqqı məsələləri də nizama salındı. Mənzil, nəqliyyat, elektrik enerjisi və qazın qiyməti artırıldı. Pensiya, tibbi xidmət, təhsilə ayrılan xərclər azadıldı, Dolayı vergilər artırıldı. Bununla da yeni keynsçilik kon­­sepsiyası həyata keçirilmiş oldu. 1968-ci ilin mayın 30-da bun­destaq «Fövqəladə qanun» qəbul etdi ki, bununla da de­mokratik azadlıqlar xeyli məhdudlaşdırıldı. Bununla belə 1968-ci ilin əvvəllərində Kommunist partiyası yenidən açıq fə­aliy­yətə keçdi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin