Avropa İttifaqı



Yüklə 145,94 Kb.
səhifə12/18
tarix25.12.2016
ölçüsü145,94 Kb.
#3290
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
Regional Siyasət - AB dünyanın ən zəngin bölgələrindən biri olmasına baxmayaraq regionlararası gəlir paylaşılması və fürsət qeyri-bərabərliyi mövcuddur. Gəlirləri AB ortalamasından aşağı olan və 2004-cü ilin Mayında üzv olan ölkələr bu fərqliliyi daha da dərinləşdirəcək. Regional siyasətlər vasitəsilə mənbələr varlı regionlardan kasıb regionlara yönləndirilirlər. Beləliklə həm maliyyə həmrəyliyi, həm də güclü iqtisadi inteqrasiya təmin olunmuş olur.

  • Büdcə - Berlinin Charlottenburg səmtindəki kiçik bir çörəkbişirmə zavodu ilə Sloveniyanın Jozef Stefan İnstitutundakı dil müəllimləri və Krakow Texnoloji Universitetindəki araşdırma mühəndisləri ilə Lissabonun qatar stansiyasının ortaq hansı nöqtəsi ola bilər ki? Bunların hamısı AB büdcəsində fond təşkil ediblər. AB-nin illik büdcəsinin böyük bir qismi Avropa cəmiyyətinin xeyrinə istifadə edilir. AB büdcəsi ətraf-mühitin təmizliyi, ərzaq təhlükəsizliyi və xərçəng araşdırmaları kimi sahələrə tətbiq edilir.

  • Ətraf-mühit - Ətraf-mühitin qorunması bugünümüz və gələcək nəsillərin həyat səviyyəsi üçün əsas şərtdir. Ancaq çətin olan bunu iqtisadi inkişaf ilə paralel olaraq uzun müddətdə davam etdirə bilməkdir. AB ətraf-mühit siyasəti yenilik və iş fürsətlərini təşviq edən yüksək ətraf-mühit standartları üzərində qurulmuşdur.

  • Xarici əlaqələr - AB-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları onu bir dünya gücü vəziyyətinə gətirir. AB qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar silsiləsinə sahibdir. Dünyanın ən böyük ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan AB beş qitədəki yardım layihələrinə də ayda bir milyard Euro xəcləyir. Avropa Birliyinin xarici siyasətdə söz sahibi olan bir vəziyyətə gəlməsi Birliyə vacib qlobal öhdəlik qazandırır.

  • Xarici ticarət - AB dünyanın birinci ticari gücüdür və dünya idxalat və ixracat həcminin 20%-ini həyata keçirir. Varlı və kasıb ölkələrin qarşılıqlı maraqları çərçivəsində AB üzv ölkələr arasındakı sərbəst ticarəti 50 ilə yaxın bir müddətdir ki, uğurla öz üzərinə götürmüşdür.
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin