Atdd tüm Hakları Saklıdır


Akademik Tarih ve Düşünce Dergisi



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#44457
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Fiqh elminin metodologiyas v h dis nasl qla olan laq si ( i m zh bi kontekstind )[#632377]-829678

Akademik Tarih ve Düşünce Dergisi 

Cilt:6 / Sayı:3  

Quliyev / ss 1786-1801 

Eylül  2019 

 

1795 



 

Ağıl üsulilərə görə dördüncü əsli dəlildir. Lüğəvi olaraq “varlıqları dərk etmək”, 

“mənaların  həqiqətinə  varmaq”  və  s.  kimi  mənaları  bildirir.  Ağıl  insanın  hər  cür 

fəaliyyətlərində  doğrunu  səhvdən,  yaxşını  pisdən,  gözəlliyi  çirkinlikdən  ayıran  bir 

qüvvə  olaraq  əxlaqi-gözəllik,  siyasi-ictimai  dəyərləri  müəyyən  edən  ən  mühüm 

amillərdəndir.  İstilahi  olaraq  isə  “şəri  hökm  haqqında  dəqiq  bilgiyə  çatdıran  əqli  bir 

hökm”, kimi tərif edilir.

16

  



Qurani-Kərimə  görə  insana  insani  keyfiyyətlər qazandıran, onu  digər canlılardan 

fərqləndirən  və  ona  dini  mükəlləfiyyət  verən  ağıldır.  Qurani-Kərimin  bir  neçə  yerində 

buna  işarə  edilmişdir.  Məsələn,  “Yalnız  bilənlər  düşünərlər  (əql  edərlər)”,

17

  “Ey  ağıl 



sahibləri,  ibrət  alın”

18

  və  “Onlar  kar,  lal,  kordurlar,  buna  görə  də  ağılları  ilə  bir  şeyi 



görməzlər”,

19

 şəklindəki ayələr bu xüsusa işarə etməkdədir. 



Hədis  mənbələrində  də  ağıla  üstünlük  verən  bir  çox  hədislər  nəql  olunmuşdur. 

Məsələn, “Kimin ağılı varsa, onun dini də vardır, kimin də dini varsa cənnətə girər”,

20

 

“Allah insanları qiyamət günü hesab vaxtı dünyada verdiyi ağıl səviyyəsinə görə sorğu-



sual edər”

21

 və “Allah insanlar arasında ağıldan dəyərli bir şey bölməmişdir. Allah nəbi 



və 

rəsullarını 

ağıl 

baxımından 



tam 

kamilləşdirməyincə 

şəriətlə 

vəzifələndirməmişdir...”,

22

 “Hər kəsin dostu onun ağılı, düşməni isə cəhalətidir”



23

 və s. 


kimi hədislər dinin ağıla verdiyi əhəmiyyəti göstərməkdədir. 

Şeyx  Müfid  “əl-Əql  fi  üsulid-din”  kitabında  ağılı  insanı  dini  baxımdan  məsul 

edən,  onu  digər  canlılardan  fərqləndirən,  düşünmə  və  anlamağa  vəsilə  olan, 

peyğəmbərlərin  göndərilməsinin  də  ağıl  vasitəsilə  təsbit  ediləcəyini  qeyd  etmişdir. 

Heyvanların, ağılsızların və uşaqların dini baxımdan mükəlləf sayılmamaları, ağılın dini 

baxımdan nə qədər əhəmiyyət kəsb etdiyini göstərir.

24

 

Şeyx Tusi kitabının giriş bölümündə ağılı “bəzi yaxşı və pis şeyləri və şəri dəlilin 



dəlil olduğunu idrak edən”, şəklində tərif etmişdir.. 

İlk  olaraq  üsuli  qaydaları  ortaya  qoyanlardan  biri  Şeyx  Müfid  olduğu  üçün  ağıl 

mövzusuna  da  ilk  bəhs  edənlərdən  biri  odur.  Şeyx  Müfid  dövründə  ağıl  müstəqil  bir 

dəlil  olaraq  istifadə  edilməmişdir.  Şeyx  Müfid  ağlı  şəri  hökm  çıxarmada  müstəqil  bir 

                                                        

16

Süleyman Hayri Bolay. “Akıl”, Diyanet İslam Ansiklopedisi,  II c. İstanbul: TDV Yayınları,  1989,  238. 



17

 Ənkəbut surəsi, ayə 43. 

18

 əl-Həşr surəsi, ayə 2. 



19

 Bəqərə surəsi, ayə 171. 

20

 əl-Küleyni, Üsulul-kafi. 8 cilddə. I c. Tehran: Darul-kütubil-islamiyyə, Tarixsiz, No: 6. 



21

 Həmin mənbə, Hədis № 7. 

22

 Həmin mənbə,  Hədis № 11. 



23

 Həmin mənbə, Hədis № 4. 

24

 Karaman, Şiada şeri deliller, 339. 





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin