Atdd tüm Hakları Saklıdır


Academic Journal of History and Idea



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#44457
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Fiqh elminin metodologiyas v h dis nasl qla olan laq si ( i m zh bi kontekstind )[#632377]-829678

Academic Journal of History and Idea       

Vol.6 /Num.3  

Quliyev / pp 1786-1801 

Sept.   2019 

 

1794 



 

ehtiyacı  var.  Qurani-Kərimdə  dəstəmaz,  namaz,  oruc  və  s.  hökmlər  mücməl  şəkildə 

ifadə  olunmuş,  bunların  təfsilatı  həzrət  Peyğəmbərə  (s)  həvalə  edilmişdir.  Yəni  sünnə 

yeni şəri hökmlər ortaya qoymaqla yanaşı, eyni zamanda Kitabı (Quranı) izah edir. Uca 

Allah həzrət Peyğəmbərin (s) bu vəzifəsini Qurani-Kərimdə belə bəyan edir: “Biz zikri 

(Quranı)  sənə  endirdik  ki,  sən  (onu)  insanlara  açıqlayasan  və  bəlkə  də  onlar  bunu 

təfəkkür edələr”.

11

 Bu və bunun kimi ayələrə əsaslanaraq bütün ümmət sünnənin əsaslı 



bir  dəlil  olduğunu  qəbul  etmişdir.

12

İcma  müctəhidlər  arasında  məsum  İmamın  (ə) 



olması və bununla da onun görüşünü ehtiva etməsi şərti ilə dəlildir (höccətdir). İcmada 

İmamın (ə) sözünün olub-olmadığını bilmək üçün ortaya qoyulan bir çox üsul (metod) 

vardır.  Məlumdur ki, həzrət Peyğəmbər (s) dövründə şəri hökm çıxarılmasının yeganə 

mənbəyi Kitab (Qurani-Kərim) və  həzrət Rəsulun (s) sözləri  idi. Həzrət Peyğəmbər (s) 

yaşadığı  müddət  ərzində  müsəlmanlar  vacib  əməlləri  öyrənmək  istədiklərini  və  digər 

işləri ilə əlaqəli dəlilləri ondan soruşurdular. Peyğəmbər (s) kənd və çöllüklərdən İslama 

daxil  olan  insanlara  ehkamı  öyrətmək  üçün  müəllimlər  göndərirdi.  Bəzən  də  bir  neçə 

hökm yazdırıb məktub şəklində bölgə sakinlərinə göndərirdi, necə ki, Yəmən, Həmədan 

və  Hicr  bölgəsinə  namaz,  zəkat  və  nikah  ilə  əlaqəli  bəzi  hökmləri  yazdırıb 

göndərmişdi.

13

Ancaq həzrət Peyğəmbərin (s) vəfatından sonra onun dövründə olmayan 



hadisələr meydana gəldi. Cihadlar nəticəsində İslam bölgələri genişləndi və fəth olunan 

yerlər  müsəlman  ərazilərinə  birləşdi.  Bu zaman da  fiqhə, şəriətə ehtiyac daha da artdı. 

Belə  olduğu  halda  da  məsələlərlə  bağlı  bütün  hökmləri  birbaşa  Quran  və  Sünnədən 

çıxartmaq  mümkün  olmadı.  Üsul  sahəsindəki  digər  dəlillər  isə  həmin  qaynaqlara 

əsaslandırılaraq həzrət Peyğəmbərin (s) vəfatından sonra meydana gəlmişdir.

14

 



Şiə  alimlərinin  icmanı  qəbul  etmə  səbəblərinin  bir  çox  dəlilləri  vardır.

15

 



Məhəmməd  əs-Sədr  (1945-1979)  də  icmaya  müstəqil  dəlil  olaraq  yox,  sadəcə  bilgiyə 

çatdıran  bir  vasitə  olaraq  baxır.  Beləliklə  qədim  alimlərdən  tutmuş  müasir 

dövrümüzədək  olan  bütün  fəqihlərə  görə,  icmanın  hüccət  (dəlil)  ola  bilməsi  üçün 

İmamın (ə) da o icmada olması zəruridir. Məsumun (ə) olmadığı icmanın heç bir dəlil 

dəyəri yoxdur. Bu, bütün fəqihlərin ittifaq etdiyi məsələdir. 

                                                        

11

  Nəhl surəsi, ayə 44. 



12

  Şeyx  Amir  əl-Ğüreyri.  əl-İmam  Cəfər  əs-Sadiq  və  ərahul-fiqhiyyə,    Beyrut:    Darul-Kutubul-İlmiyyə, 

2005, 54-55. 

12

 Maidə surəsi, ayə 92. 



13

 əl-Ğüreyri, əl-İmam Cəfər əs-Sadiq və ərahul-fiqhiyyə,  Beyrut: Darul-Kutubul-İlmiyyə, 2005, 55. 

14

 əl-Həsəni, Tarixul-fiqhil-Cəfəriyyə, 38. 



15

 əl-Həsəni. Tarixül-fiqhil-Cəfəriyyə,  47. 





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin