Article · January 020 citation reads 105 author



Yüklə 60,67 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix24.12.2023
ölçüsü60,67 Kb.
#191119
  1   2   3   4
Zulfiyya Valiyeva



See discussions, stats, and author profiles for this publication at: 
https://www.researchgate.net/publication/338480242
The quality of training and pedagogical technologies
Article
· January 2020
CITATION
1
READS
105
1 author:
Imcra Journals Library Imcra
Kuban State University
636
PUBLICATIONS
75
CITATIONS
SEE PROFILE
All content following this page was uploaded by 
Imcra Journals Library Imcra
 on 09 January 2020.
The user has requested enhancement of the downloaded file.


63
Təlimin keyfiyyətinin artırılması
müasir dövrün əsas tələblərindən biridir.
Çünki keyfiyyət cəmiyyətdə təhsil prosesi-
nin konkret göstəricisidir. 
Təlimin keyfiyyətinə təsir edən
amillərdən biri pedaqoji texnologiyalardır.
Kurikuluma dair sənədlərdə təlim prose-
sində innovasiyalardan geniş istifadə
edilməsi, yeni təlim texnologiyalarının tət-
biqi xüsusi qeyd edilmişdir. Bu istiqamət
təhsilin məzmununun səmərəli mənimsənil-
məsini təmin edən, yeni pedaqoji texnologi-
yalardan fəal istifadə edən səriştəli təhsil-
verənin formalaşdırılmasına xidmət edir.
Burada təhsilverənlərin peşəkarlığının
yüksəldilməsi, təhsilalanların nailiyyətləri-
nin qiymətləndirilməsi üzrə yeni sistemlərin
qurulması, təhsilalanların istedadının aşkar
olunması və inkişafı ilə bağlı aparılan işlər,
habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün
inklüziv təlim metodologiyasından istifadə
xüsusi diqqətə alınır. “Azərbaycan Respub-
likasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda ölkəmizdə qabaqcıl texno-
logiyalara əsaslanan infrastruktura malik
təhsil sisteminin yaradılması nəzərdə tutul-
muşdur. Ona görə də innovativ təlim metod-
larından müasir pedaqoji texnologiyalardan
səmərəli istifadə sürətlənməkdədir. 
Təlim prosesi zamanı yüksək
keyfiyyətlərə malik şagirdlərin yetişdiril-
məsi mexaniki hafizəyə deyil, tənqidi
təfəkkürə istinad etməyi və idraki fəallığın
yüksəldilməsini tələb edir. Yeni pedaqoji
texnologiyaların tədris prosesinə tətbiq
edilməsində əsas məqsəd ondan ibarətdir ki,
şagirdlər çox qısa yolla heç bir səhvə yol
vermədən nəticəyə yaxınlaşa bilsinlər. 
Araşdırmalarda göstərilir ki, tədrisdə
texnoloji yanaşma tədris prosesini dəqiq
idarə etməyə imkan verməklə bərabər, təhsil
məqsədlərinin əvvəlcədən yüksək səviyyədə
yerinə yetirilməsinə zəmin yaratmalıdır.
Müəllim pedaqoji texnologiyaların tədris
prosesinə tətbiqi üçün öz işini elə qurmalıdır
ki, interaktiv təlim metodlarının imkanların-
dan ən optimal yollarla istifadə etməyə nail
olsun. Təlim üçün metod və texnologiyalar
qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı
olaraq seçilməlidir. Əsas odur ki, təlim
uşaqları inkişaf etdirsin, onlara düşünmək,
müstəqil fikir söyləmək, biliklərini tətbiq
edə bilmək bacarıqları aşılasın; onlarda ün-
siyyət, anlaşma mədəniyyəti, öz problem-
lərini həll edə bilmək qabiliyyəti formalaş-
dırsın. 

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin