AntiTSİKLİk siyasəTİn həyata keçİRİLMƏSİ TƏCRÜBƏSİNİn təHLİLİ XÜlasə


Mənbə: Beynəlxalq valyuta fondu [1]



Yüklə 46,37 Kb.
səhifə2/3
tarix14.04.2022
ölçüsü46,37 Kb.
#55388
növüXülasə
1   2   3
Antitsiklik siyasətin həyata keçirilməsi təcrübəsinin təhlili

Mənbə: Beynəlxalq valyuta fondu [1]

Beynəlxalq Valyuta Fondunun 2013-cü ildə apardığı araşdırmada o, intensiv kapital axını nəticəsində bazar iqtisadiyyatlarının risk amillərində təxminən 410 baz bəndində azalmanın böyük bir hissəsinin xarici amillərdən qaynaqlandığını ortaya qoyur. Birinci amil ABŞ S&P fond indeksinin volatilliyini göstərən VIX indeksinin azalmasıdır. Digəri isə ABŞ mərkəzi bankının həyata keçirdiyi pul siyasətidir. Bellas, Papaioannou və Petrova (2010) inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında qısamüddətli dövr ərzində maliyyə bazarlarında volatillik (maliyyə bazarlarında dəyişkənliyin göstəricisi) VIX risk mükafatlarının ən mühüm təyinedicisi kimi istifadə olunur.

Pul-kredit dövlət siyasətinin icrası üçün bir neçə istiqamətlər mövcuddur. Bu istiqamətlərin təsviri aşağıda göstərilmişdir.

Pul-kredit siyasətinin istiqamətləri



Metodun seçilməsi

Dövlət tərəfindən müəyyən zaman çərçivəsində uyğun olan üsul tətbiqi seçilərək iqtisadi sabitlik əldə edilir.

Strategiya təyini

Dövlət tərəfindən cari və gələcək dövrə aid uyğun strategiyanın müəyyənləşməsinin təzahürüdür.

Təsdiqlənmə icrası

Müəyyən dövlət orqanları tərəfindən uyğun pul-kredit siyasət tədbirləri və müddəti seçilərək təsdiq olunur.

2019-cu ildən başlayaraq dünyayı ələ alan Covid-19 virusu bütün ölkələrdə müəyyən dərəcə qeyri-sabitlik yaratmışdır. Bu məqsədlə bir çox dövlətlər sabitliyi yenidən ələ almaq üçün müəyyən tənzimlənmələri analiz edərək tətbiqini icra etməkdədirlər. Dövlətlər, ölkədə böhranın baş verməməsi üçün, büdcə-vergi siyasətində müəyyən imkanları təqdim edirlər. Nümunə olaraq bu virusun ortaya çıxması ilə əsas böhranı yaşayan sahə kimi turizmin ayaqda qalması üçün vergi və ödəmə sistemlərində dövlət tərəfindən güzəştlər olunmaqdadır. Pul-kredit siyasətində isə müəyyən nominal faiz dərəcələrində dəyişiklər aparmaqla tənzimlənmə siyasətini icra etmişdir.

NƏTİCƏ

Bu elmi məqalənin hazırlanması zamanı aparılan təhlillər mövzu ilə bağlı bəzi nəticələri ortaya çıxarmışdır. Beləki, makroiqtisadiyyatda sabitliyin stabilliyi antitsiklik tənzimləmələrin ölkənin bazar sistemində milli reallıq əsasında formalaşmasından müəyyən qədər asılıdır. Belə ki, Antitsiklik tənzimlənməsində əsas meyar, məcmu tələblərinə deyil, təkliflərinin stimullaşdırılmasıdır.

Təhlillər göstərir ki, qeyri-sabitlik dövründə inkişaf etməkdə olan dövlətlərin apardığı antitsiklik tənzimlənmənin müasir forması pul-kredit siyasəti milli maraqlar əsasında inkişaf etmiş dövlətlərin metodlarına istinad edərək aparılmalıdır.

Antitsiklik tənzimlənməsi zamanı fiskal siyasət yəni büdcə-vergi siyasəti, böhran, ya da inflyasiyaya görə artması və azalması şəklində dövlətin tətbiq elədiyi formanın bir qolu olaraq makro sabitliyi stabilləşdirən uğurlu addım olaraq görülür.



Dünya iqtisadi bazarında risk amilinin yüksək olduğu və kapital axınının yaşandığı iqtisadiyyatda, sabitlik dövrlərində tsiklik pul siyasətini izləyən mərkəzi bank qısamüddətli nominal faiz dərəcələrini aşağı salmalıdır.


Yüklə 46,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin