Antenatal qulluq


Məsləhətvermənin aparılması (C)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2701
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Məsləhətvermənin aparılması (C) 

 



Məsləhətvermə təlim keçmiş tibb işçisi tərəfindən aparılır. 

 



Birinci gəlişdən başlayaraq qadına heç olmazsa, bir dəfə 

partnyoru və ya ailə üzvü ilə birlikdə məsləhətə gəlməyin 

məqsədəuyğun olduğunu başa salmaq lazımdır (A).   

 



Tibb işçisi  

 

ayağa qalxır, hamilə qadını və onu müşayiət edən   şəxsləri 



qarşılayaraq onları salamlayır; 

 

özünü təqdim edir: S.A.A., vəzifəsi;  



 

hamilə qadına onun məsləhət alması üçün rahat yer təşkil edir

 

hamilə qadına məlumatı onun anlaya biləcəyi şəkildə çatdırır; 



 

söhbəti qadının üzünə baxaraq aparır, eyni zamanda qadının ümumi 

vəziyyətini qiymətləndirir; 

 

baxış intim şəraitdə aparılmalı və konfidensiallığa riayət olunmalıdır; 



 

aparılacaq müayinələrlə bağlı qadının məlumatlı seçimini nəzərə 

alır, əvvəlcədən bu müayinə metodlarının məqsədi, müayinə 

aparılarkən qadının keçirə biləcəyi hissiyyat və proqnostik nəticələr 

barədə məlumat verir; 



 

11

 



söhbət əsnasında dəyərləndirici sözlərdən istifadə etmir və qəti fikir 

söyləmir. 



 

U

İlk məsləhətvermə 30-40 dəqiqə müddətində aparılır. 



 

Məsləhətvermə zamanı: 

 

Anamnez toplanır 



 

həyat anamnezi. Keçirilmiş xəstəliklərə xüsusi diqqət yetirilir  

(hipertenziya, psixi xəstəliklər, onkoloji xəstəliklər, şəkərli diabet, 

autoimmun xəstəliklər, irsi xəstəliklər, cərrahi müdaxilələr). Ailə 

anamnezi; 

 

ginekoloji anamnez. Menarxe, axırıncı aybaşı vaxtı, əvvəlki 



hamiləliklərin, doğuşların sayı, gedişi (preeklampsiya, 3 və ya daha 

artıq özbaşına düşük, gec düşük), mamalıq əməliyyatları, doğuş 

zamanı və doğuşdan sonrakı dövrdə qanaxma, uşaqlıq yolunun III 

dərəcəli cırığı, qıcolma, ölüdoğulma və ya yenidoğulmuşun 

doğulduqdan sonra I sutkada ölümü, əvvəlki hamiləliklər, doğuş və 

doğuşdan sonrakı dövrdə psixoz, uşaqda anadangəlmə inkişaf 

qüsurları, bətndaxili inkişafın ləngiməsi; 

 

zərərli vərdişlərin mövcudluğu və  qadının əmək fəaliyyətinin növü 



barədə məlumat. Sosial-iqtisadi amillər; 

 

Rubella, HİV, hepatit B,  sifilis aşkar etmək məqsədilə 



müayinələrin aparılması barədə məlumat 

 



Birinci gəliş zamanı qadına hamiləliyin fizioloji gedişi və 

hamiləlik dövründə orqanizmdə gedən dəyişikliklər barədə 

məlumat verilir. Hamilənin ev kartası və onun doldurulma 

qaydaları ilə hamiləni tanış etmək lazımdır. 

 

Axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtı təyin 



olunur. Əgər sonuncu aybaşının tarixi məlum deyilsə, hamilə 

qadından dölün ilk tərpənməsini nə vaxt hiss etdiyini soruşmaq 

və uşaqlıq dibinin hündürlüyünü ölçmək lazımdır (hamiləliyin 

16-18-ci həftəsinə qədər USM hestasiya müddətini dəqiqləşdirə 

bilər). Hamilə qadına doğuşun güman edilən vaxtının təxmini 

olduğu barədə məlumat vermək lazımdır. 

 

Növbəti gəlişin vaxtı və hansı hallarda təxirə salmadan tibb 



müəssisəsinə müraciət etməyin vacib olduğu barədə məlumat 

vermək. 


 


 

12

Aşağıdakı hallarda təxirə salmadan tibb müəssisəsinə müraciət 



etmək lazımdır: 

 

uşaqlıq yolundan qanaxma 



 

qıcolma tutması 

 

görmənin pozğunluğu ilə müşayiət olunan güclü baş ağrıları (D) 



 

yüksək hərarət və ya üşütmə 

 

qarın nahiyəsində intensiv ağrı 



 

epiqastral və ya sağ qabırğaaltı nahiyədə ağrı 

 

təngnəfəslik və  ya çətinləşmiş tənəffüs 



 

sidik ifrazının azalması (sutka ərzində 400 ml-dən az) 

 

dölün hərəkət aktivliyinin kəskin dəyişməsi 



 

qəflətən meydana çıxan ödemlər, xüsusilə üz və oma nahiyəsində (D) 

 

Risk qrupuna daxil olan hamilələrə fərdi protokol üzrə əlavə 



qulluq tələb olunur. Risk qrupuna daxildir: 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin