Antenatal qulluq


Əlavə № 2  Arterial təzyiqin ölçülməsi texnikası



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2701
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Əlavə № 2 

Arterial təzyiqin ölçülməsi texnikası 

Arterial təzyiq – qan-damar sisteminin fəaliyyətini səciyyələndirən 

ən vacib parametrlərdən biridir. Qan təzyiqi zaman vahidi ərzində 

ürəyin vurduğu qanın həcmi və damarların müqaviməti ilə müəyyən 

olunur. 

U

Avadanlıq: 



 

tonometr (müxtəlif ölçülü manjetlərlə) 



 

fonendoskop 



 

saniyəölçən 



Arterial təzyiqi ölçərkən hamilə qadının psixoemosional 

vəziyyəti nəzərə alınmalıdır. 

U

Aşağıdakı vəziyyətlərdə aparıla bilər: 



 

oturaq vəziyyətdə 



 

kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meylli 



yarıuzanmış vəziyyətdə 

U

Arterial təzyiqi ölçərkən: 



 

qolda manjet ürək səviyyəsində yerləşməlidir 



 

hər iş gününün əvvəlində arterial təzyiqi ölçən cihazın 



düzgün işləməsi yoxlanmalıdır 

 



arterial təzyiqi ölçməzdən öncə tibb işçisi hamilə qadına 

prosedurun məqsədini başa salır, onu sakitləşdirir və lazımi 

vəziyyəti almağı təklif edir 

 



arterial təzyiqi ölçmək üçün dəqiq işləyən cihazlardan istifadə 

edilir 


 

uyğun ölçüdə olan manjetdən istifadə edilir (manjetin 



minimum 80% qolun ətrafında olmalıdır). Beləliklə, 

ölçmənin yanlış nəticələrinin minimallaşmasına nail olunur 

 

sfiqmomonometr yastı səthi ilə qadının ürək səviyyəsində  



yerləşdirilir (sfiqmomonometrin səthi arterial təzyiqi ölçən 

şəxsin baxış oxuna perpendikulyar olmalıdır) 

 

fonendoskop düzgün istifadə olunmalıdır: qulaqcıqların səs 



ötürücüsünün 


 

15



 

oxu eşitmə kanalının oxu ilə eyni səviyyədə olmalıdır 

 

fonendoskopun membranı dirsək büküşünün daxili səthində 



yaxşı hiss edilən pulsasiya sahəsinə qoyulur 

 



manjetə hava 2-3 mm/san sürətlə doldurulur (hava 20-30 

saniyə ərzində vurulmalıdır) 

 

ölçülmənin nəticələri 2 mm Hg süt.-na qədər dəqiqliklə qeyd 



olunur 

 



diastolik təzyiqin ölçülməsi üçün Korotkovun 5-ci tonu 

nəzərə alınır (ürək tonlarının itməsi), belə ki, bu tonun 

qeydiyyatı 4-cü tona (ürək tonlarının karlaşması) nisbətən 

daha asandır. Hamilələrin 15%-də diastolik təzyiq ürək  

tonlarının itməsi qeyd olunandan öncə 0 səviyyəsinə qədər 

enir. Bu halda 4-cü və 5-ci tonlarda qeyd edilmiş təzyiq 

göstəricilərini hesaba almaq lazımdır (məsələn, 148/84/0) 

 



təkrar ölçülmələr aparılarkən aşağı göstəriciləri deyil, orta 

göstəriciləri qeyd etmək lazımdır 

 

yekun nəticə olaraq bir neçə ölçülmənin nəticəsi nəzərə alınır 



(minimum 30 dəqiqə, maksimum 4 saat müddətində). 

 

Ölçmənin nəticələri barədə mütləq hamilə qadına məlumat verilir 



və onun vəziyyəti qiymətləndirilir. 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin