AMİnoviT şərbət aminovit tərkibi



Yüklə 42.39 Kb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü42.39 Kb.

İstifadəsi üzrə təlimat 

 

 



AMİNOVİT   şərbət 

AMINOVIT 

 

 

Tərkibi 



Hər 15 ml şərbətin tərkibində: 

L-Leysin 18.3 mq 

L-İzoleysin 5.9 mq 

L-Lizin hidroxlorid 25 mq 

L-Fenilalanin 5 mq 

L-Treonin 4.2 mq 

L-Metionin 9.2 mq 

L-Triptofan 5 mq 

L-Valin 6.7 mq 

Tiamin hidroxlorid (Vitamin B ) 5 mq 

1

Riboflavin (Vitamin B ) (Riboflavin natrium fosfat şəklində) 3 mq 



2

Piridoksin hidroxlorid (Vitamin B ) 1.5 mq 

6

L-Arginin hidroxlorid 13.28 mq 



L-Histidin hidroxlorid 3.71 mq 

Nikotinamid (Vitamin B , Vitamin PP) 25 mq 

3

Kalsium pantotenat (Vitamin B ) 5 mq 



5

Fol turşusu (Vitamin B ) 0.75 mq 

9

Sianokobalamin (Vitamin B ) 2.5 mkq 



12

Askorbin turşusu (Vitamin C) 40 mq 

Vitamin A konsentratı (yağlı forma) 2500 BV 

Xolekalsiferol (Vitamin D ) 200 BV 

3

Tokoferol asetat (Vitamin E) 7.5 BV 



Aromatizəolunmuş şərbət əsası k.q. 

Rəng: Karamel 

Vitaminlərin müvafiq artıqları saxlanma zamanı itkilərin kompensasiyası üçün əlavə olunmuşdur. 

Kompleks preparat olub, təsiri tərkibinə daxil olan maddələrin xüsusiyyətləri ilə əlaqədardır. 

 

Farmakoterapevtik qrupu 

Bioloji aktiv əlavə 

 

Farmakoloji xassələri 

Amin turşular - orqanizmdə zülal strukturlarının formalaşması üçün olan tikinti materiallarıdır. Canlı 

orqanizmə inkişaf, toxumaların regenerasiyası, müxtəlif hormonların və fermentlərin ishehsalı üçün amin 

turşular vacibdir. 

Amin turşular - qidalanmanın qiymətli elementləridir, onlar neyromediator rolunu oynayır və orqanizmi enerji 

ilə təmin edir. 

Kimyəvi strukturuna görə amin turşular 2 formada – D (sağ) və L (sol) olur. Bütün L sırası amin turşular 

bioloji aktivdirlər. 

Amin turşuların üç tipi vardır - əvəzolunan, şərti əvəzolunan və əvəzolunmayan. 



Əvəzolunan amin turşular insan qaraciyərində yaranır və ümumi miqdarın 80%-ni təşkil edir. Zəruri zülalların 

yaranması zamanı əvəzolunan amin  turşular biri digərinə çevrilə bilir. 



Şərti  əvəzolunan amin turşular - arginin, histidin - orqanizmdə maddələr mübadiləsindən asılıdır. Onlar 

digər amin turşulardan sintez oluna bilir və həmçinin digər amin turşuların sintezində iştirak edir. 



Arginin  əzələlərin metabolizmi üçün vacibdir. İnsulin ifraz edən mədəaltı  vəzin işini stimulə edir. Azotun 

mənbəyidir və sidik cövhərinin  əmələ  gəlməsində vacib hissədir.  Əqli sistemi stimulə edir. Yorğunluğun 

qarşısını alır.  Şişlərin inkişafını  ləngidir. Orqanizmdə yağların səviyyəsini aşağı salır. Ammonyakın xaric 

olunmasına kömək edir. Ornitin və kreatinin əmələ gəlməsində iştirak edir. 



Histidin qan dövranını stimulə edir, fol və nuklein turşularının sintezini tənzimləyir. Qırmızı  və  ağ qan 

hüceyrələrinin əmələ gəlməsində iştirak edir. Anemiyaların ağırlığını aşağı salır. Eşitmə sinirini dəstəkləyir. 

Zülal sintezində iştirak edir. 

Əvəzolunmayan amin turşular insan orqanizmində sintez oluna bilmir və insan onu yalnız qida ilə ala bilər. 

Orqanizmdə əvəzolunmayan amin turşuların çatışmamazlığı maddələr mübadiləsinin pozulmasına, inkişafın 

dayanmasına, bədən kütləsinin azalmasına səbəb olur. 

Səkkiz əvəzolunmayan amin turşu vardır - leysin, izoleysin, lizin, fenilalanin, treonin, metionin, triptofan 

və valin. Orqanizmin zülallarının sintezi göstərilən amin turşuların kifayət qədər olmasından asılıdır. Əgər bu 


amin turşulardan hər hansı biri olmasa zülallar sintez olunmayacaq, qəbul olunan qida isə enerji kimi istifadə 

olunacaq və piy toxumalarında toplanacaq. 



Leysin enerji mənbəyi olub, əzələ və sümüklərin bərpa qabiliyyətinə təsir göstərir. Həmçinin diabet zamanı 

qanda şəkərin yüksəlmiş səviyyəsini aşağı salır. 



İzoleysin qanda şəkərin səviyyəsini tənzimləyir. Hemoqlobin sintezində  iştirak edir. Orqanizmin 

dözümlülüyünü artırır. Əzələ metabolizmində iştirak edir. Xolesterini parçalayır. 



Lizin sümük toxumalarının inkişafı, qadın cinsi funksiyalarının dəstəklənməsi üçün vacibdir. Orqanizmdə 

azot mübadiləsini dəstəkləyir. Virus əleyhinə təsir göstərir. Əqli fəaliyyəti stimulə edir. 



Fenilalanin MSS-ni stimulə edir. Antidepressantdır. Yaddaşı  və diqqəti yaxşılaşdırır.  İş qabiliyyətini artırır. 

İştahanı normaya salır. 



Treonin immun sistemini aktivləşdirir. Detoksikatordur. Toxumaların inkişafını  təmin edir. Qida zülallarının 

mənimsənilməsinə kömək edir. 



Metionin həzmi yaxşılaşdırır. Xolesterini parçalayır. Saçların tökülməsinin qarşısını alır. Antioksidantdır. 

Triptofan immun və mərkəzi sinir sisteminin funksiyalarını tənzimləyir. Yuxunun yaxşılaşmasına kömək edir. 

Dərinin və saçların inkişafını stimulə edir. Həzmi yaxşılaşdırır. 



Valin azot mübadiləsinin lazımi səviyyədə saxlanması üçün vacibdir. Bu amin turşu  əzələ toxumasına 

metabolizə olunur, əqli fəaliyyəti stimulə edir. 



Vitaminlər - orqanizmdə biokimyəvi və fizioloji proseslərin normal gedişini təmin edən, müxtəlif kimyəvi 

təbiətli üzvi birləşmələr qrupudur. 

Vitaminlər - qidanın vacib elementidir, çünki onlar insan orqanizmində sintez olunmur ya da onların bəziləri 

kifayət miqdarda sintez olunmur. 



Tiamin hidroxlorid (Vitamin B ) 

1

Orqanizmdə fosforlaşma prosesi nəticəsində bir sıra fermentativ proseslərin koenzimi olan kokarboksilazaya 

çevrilir. Karbohidrat, zülal və yağ mübadiləsində, həmçinin sinapslarda sinir oyanmalarının ötürülməsi 

proseslərində vacib rol oynayır. Hüceyrə membranlarını peroksid oksidləşmə məhsullarının toksiki təsirindən 

qoruyur. 

Riboflavin (Vitamin B ) 

2

Metabolik təsir göstərir, ATF-lə əlaqəyə girərək flavinproteinlərin koenzimlərini – flavinadeninmononukleotid 

və flavinadenindinukleotid əmələ gətirir ki, bunlar da suksinatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, 

aminturşu oksidaza və s. kimi fermentlərin tərkib hissəsidir. Oksidləşmə-reduksiya reaksiyalarını 

tənzimləyərək H

ionlarının daşınmasında, toxuma tənəffüsündə, karbohidrat, zülal, yağ mübadiləsində, 



gözün normal görmə qabiliyyətinin dəstəklənməsində, Hb və eritropoetin sintezində  iştirak edir. Triptofanın 

niasinə çevrilməsini, eritrositlərin tamlığının qorunmasını təmin edir. 



Piridoksin hidroxlorid (Vitamin B ) 

6

Mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Orqanizmdə triptofan, metionin, sistein, 

qlütamin və başqa amin turşularının mübadiləsində  iştirak edir, eritrositlərin sintezini stimulə edir, bir sıra 

neyromediatorların (dopamin, noradrenalin, adrenalin, histamin, serotonin) biosintezində  iştirak edir. 

Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi aradan qaldırır və regenerasiyanı sürətləndirir. 

Lipid mübadiləsini normallaşdırır.



Nikotinamid (Vitamin B

3

, Vitamin PP) 

Quruluşuna görə nikotin turşusuna yaxındır. Hüceyrədə oksidləşmə-reduksiya proseslərində  iştirak edən I 

(NAD) və II (NADF) kodehidrogenazanın  əsas komponentidir. Yağların, zülalların, amin turşularının, 

purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə iştirak edir. Pellaqra əleyhinə təsirə malikdir. 



Kalsium pantotenat (Vitamin B

5

) 

Əsas xüsusiyyəti onun böyrəküstü vəz hormonu – qlükokortikoidlərin sintezini stimulə etmə qabiliyyətidir, 

hansı ki, onu artrit, kolit, allergiya və ürək xəstəlikləri kimi xəstəliklərin müalicəsində vacib vasitə edir. O 

anticisimlərin formalaşmasında vacib rol oynayır, digər vitaminlərin sorulmasına səbəb olur, həmçinin 

neyrotransmitterlərin sintezində  iştirak edir. Yağ turşularının metabolizmində  iştirak edir. Lipid mübadiləsini 

normallaşdırır və orqanizmdə oksidləşmə-reduksiya proseslərini aktivləşdirir. 



Fol turşusu (Vitamin B

9

Qanyaranma orqanlarının funksiyalarının tənzimlənməsi prosesində  fəal iştirak edir, makrositar anemiya 

zamanı antianemik təsir göstərir. Folat koenzimləri purin və pirimidin əsaslarının, nuklein turşularının və amin 

turşularının biosintezində iştirak edir, həmçinin orqanizm tərəfindən qlütamin turşusu və tirozinin istifadəsini 

artırır. Həmçinin bağırsaq və qaraciyər funksiyalarına müsbət təsir göstərir, qaraciyərdə xolinin miqdarını 

yüksəldir və onun piy infiltrasiyasına mane olur. İmmun sistemi dəstəkləyir, ağ qan hüceyrələrinin normal 

əmələ gəlməsinə və fəaliyyət göstərməsinə səbəb olur. 

Sianokobalamin (Vitamin B

12

Metabolik, homopoetik təsirə malikdir. Orqanizmdə  (əsasən qaraciyərdə) koenzim formaya - 

adenozilkobalamin və ya kobamamidə çevirilir ki, bu da B

12

 vitaminin aktiv forması olaraq çox saylı 



fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibinə daxildir. Yüksək 

bioloji aktivliyə malikdir. Normal qanyaranma üçün vacibdir - eritrositlərin yetkinləşməsinə  səbəb olur. 

Eritrositlərdə tərkibində sulfhidril qrupu olan birləşmələrin toplanmasına səbəb olur, bu da onların hemolizə 


qarşı dözümlülüyünü yüksəldir. Qanda xolesterinin konsentrasiyasını azaldır. Qaraciyərin və sinir sisteminin 

funksiyasına müsbət təsir göstərir. Toxumaların regenerasiya qabiliyyətini artırır. 



Askorbin turşusu (Vitamin C) 

Güclü antioksidantdır. O oksidləşmə-reduksiya proseslərində vacib rol oynayır, kollagen və prokollagen 

sintezində, fol turşusu və  dəmirin mübadiləsində, həmçinin steroid hormonların və katexolaminlərin 

sintezində iştirak edir. Askorbin turşusu həmçinin qanın laxtalanmasını tənzimləyir, kapilyarların keçiriciliyini 

normallaşdırır, qan yaranma üçün vacibdir, iltihab əleyhinə və allergiya əleyhinə təsir göstərir. 

Vitamin A 

Oksidləşmə-reduksiya proseslərində, zülalların sintezinin tənzimlənməsində  iştirak edir, normal maddələr 

mübadiləsinə  səbəb olur, sümüklərin və dişlərin, həmçinin piy toxumasının formalaşmasında vacib rol 

oynayır, yeni hüceyrələrin böyüməsi üçün vacibdir, qocalma prosesini ləngidir. 



Xolekalsiferol (Vitamin D

3

Sümüklərin normal böyüməsini və inkişafını  təmin edir, raxit və osteoporozun qarşısını alır. Mineral 

mübadiləni tənzimləyir və kalsiumun sümük toxumasında və dentində toplanmasına səbəb olur, bununla da 

sümüklərin osteomalyasiyasının (yumşalmasının) qarşısını alır. 



Tokoferol asetat (Vitamin E) 

Antioksidant kimi sərbəst radikallı reaksiyaların inkişafını  ləngidir, hüceyrə  və subhüceyrə membranlarını 

zədələyən peroksidlərin  əmələ  gəlməsinin qarşısını alır, bu da orqanizmin inkişafında, sinir və  əzələ 

sisteminin normal fəaliyyətində vacib əhəmiyyət kəsb edir. Selen ilə birlikdə doymamış yağ turşularının 

oksidləşməsini ləngidir (elektronların ötürülməsində mikrosomal sistemin komponenti), eritrositlərin 

hemolizinin qarşısını alır. Bəzi fermentativ sistemlərin kofermentidir. 

 

İstifadəsinə göstərişlər 

- hipovitaminoz və avitaminoz; 

- iştahanın azalması; 

- zülalla yetərsiz qidalanma; 

- əzələ kütləsinin defisiti (asteniya); 

- zəifləmiş immun sistemi; 

- yüksəlmiş fiziki və psixoemosional yüklənmələr; 

- stress; 

- xroniki xəstəliklər; 

- ağır infeksiyalar

- degenerativ xəstəliklər; 

- endokrin disfunksiyalar; 

- travmalar; 

- cərrahi müdaxilələrdən əvvəl və sonra; 

- sağalma dövrü; 

- yaşlanma proseslərinin sürətlənməsi. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı hiperhəssaslıq; 

- hipervitaminoz. 

 

İstifadə qaydası və dozası 

Daxilə qəbul olunur. 

2 yaşdan 12 yaşa qədər uşaqlar: 5 ml (1 çay qaşığı) gündə 3 dəfə yeməkdən sonra. 

12 yaşdan böyük uşaqlar və böyüklər: 15 ml (1 xörək qaşığı) gündə 2 dəfə yeməkdən sonra. 

Qəbul olunmanın müddəti fərdi olaraq təyin olunur. 

Qablaşdırmada ölçü qapağı vardır. 

İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır. 

 

Xüsusi göstərişlər 

Hamiləlik və laktasiya zamanı 

Hamilə qadınlara və döşlə qidalandıran analara təyini zamanı xoşagəlməz təsirlər qeydə alınmamışdır. 

Hamilə qadınlara və döşlə qidalandıran analara təyin etməmişdən əvvəl risk/fayda nisbətini qiymətləndirmək 

lazımdır. 



Pediatriyada 

Aminovit 2 yaşa qədər uşaqlarda istifadə üçün məsləhət deyil. 

 

Əlavə təsirləri 

Preparatın komponentlərindən hər hansı birinə qarşı allergik reaksiyalar mümkündür. 

 


Doza həddinin aşılması 

Suda həll olan vitaminlər nadir hallarda normal böyrək funksiyası olan xəstələrdə toksikliyə səbəb olur. 

Yağda həll olan vitaminlər isə çox olduqda toplanır - hipervitaminoz baş verir. 

A vitaminin hipervitaminozu baş ağrısı, ürəkbulanma, qusma, yuxululuq, fotofobiya ilə xarakterizə olunur. 

D vitaminin doza həddinin aşılması sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər, böyrəklərdə daşların 

yaranmasına və sümük toxumasının dağılmasına gətirib çıxara bilər. 

E vitaminin hipervitaminozu MBT pozğunluğu, ürək-damar sisteminin qeyri-stabil işi, immun sistemdə 

dəyişikliklər və nəticədə yorğunluq, zəiflik, başgicəllənmə ilə büruzə verir. 

Amin turşularının doza həddinin aşılması zamanı ürəkbulanma, qusma, ishal ola bilər. 

Doza həddinin aşılması simptomları meydana çıxan zaman preparatın qəbulunu dayandırmaq lazımdır. 

 

Buraxılış forması 

200 ml şərbət şüşə flakonda. Bir flakon, ölçü qapağı və içlik vərəqi ilə birgə karton qutuda. 

 

Saxlanma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Dondurmamaq. 

 

Yararlılıq müddəti 

2 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

 

                              «SKant Healthcare LTD.» -  

firması tərəfindən istehsal olunur. 

Vapi - 396195, Qucarat, Hindistan 

Kod №: GUJ/DRUGS/G-986 

 

                              Azərbaycanda rəsmi distribyutor  



«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; 

Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

                              Faks: (+994 12) 430-80-51 

                              Е-mail: info@tetrada-az.com 



                              www.tetrada-az.com 

 

Document Outline

  • Farmakoloji xassələri 
  • Xüsusi göstərişlər 
  • Hamiləlik və laktasiya zamanı 
  • Əlavə təsirləri 
  • Buraxılış forması 
    • Saxlanma şəraiti 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə