Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q



Yüklə 101,84 Kb.
tarix30.11.2016
ölçüsü101,84 Kb.
#525
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri

(2010-2016)
Kazımov Q. Seçilmiş əsərləri X cild \ tərt.C.Kazımov; red.: N.Məmmədli; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Nurlan, 2010.- 546 s.

Cildin birinci kitabına 2009-cu ildə və 2010-cu ilin yanvarında yazılmış bir sıra məqalələr və həmin dövrə aid dissertasiyalara rəylər daxil edilmişdir.


Kazımov İ. Müasir türk dillərinin müqayisəli leksikası. II cild \ elmi red.:M.Mahmudov; rəy.R.Rüstəmov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Təknur MMC, 2010.- 400 s.

Kitabda müasir türk dillərində leksik, terminoloji, frazeoloji, onomastik, semantik və s. xüsusiyyətləri qarşılaşdırılır, müqayisə edilir, qohum dilləri birləşdirən və ayıran cəhətlər müəyyənləşdirilir.


Sadıqova S. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi \ elmi red.: A.A.Axundov; rəy.M.Ə.Mahmudov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2010.- 244 s.

Monoqrafiyada Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi terminlərin yaranma yolları, üsulları, mənbələri nəzəri aspektdə araşdırılmışdır. Moniqrafiyadan elmi işçilər, tələbələr tədqiqatçılar və müəllimlər faydalana bilər.


Xasıyev Z. Tovuzun toponimlər dünyası (təkmilləşdirilmiş ikinci nəşri) \ elmi red.: A.Axundov; rəy.Q.Məşədiyev. AMEA İ.Nəsimi adına Dilçilik İns-tu.- Bakı: Nurlan, 2010.- 230 s.

Monoqrafiyada Oğuz yurdu Tovuzdan toplanmış toponimlər cəlb olunmuşdur. Xalqımızın soykökü təşəkkülü və inkişaf mərhələləri ilə bağlı el-oba adlarında daşlaşaraq qalmiş türk etnoslarının mənşəyi və semantikası dəqiqləşdirilmişdir. Monoqrafiyada ilk dəfə olaraq bilavasitə Tovuz toponimləri ilə bağlı bəzi vacib tarixi hadisələr, əfsanələr, eləcə də şəxsiyyətlər haqqında məlumatlarda verilmişdir.



2011- ci ildə:
Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri. Respublika elmi konfransının materialları \ red.: S.Sadıqova, S.Əliyeva; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsi, 2011.-232 s.

Kitabda nitq mədəniyyətinin nəzəri-paraktik məsələləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monoqrafiyaların, kollektiv məqalələrin nəşrində müəyyən problemlərin həlli öz əksini tapmışdır.Bu monoqrafiyalar nitq mədəniyyətinin problemlərinin həlli üçün geniş imkanlar vermişdir.



Əsgərov M.B. Linqvopsixologiya və ya dilin psixologiyası \ elmi red.:M.Mirzəliyeva; rəy. K.Vəliyeva, İ.Tahirov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 308 s.

Bu tədqiqatda dil, nitq və söz formalarının dərketmə prosesi ilə bağlılığı, yeni dil struktur vahidinin yaranması, dilin istənilən istiqamətdə inkişafının hərəkətverici qüvvəsi olan okkazional nitq ehtiyacı kimi dilçilik məsələləri funksional-semantik, linqvistik və psixoloji baxımından nəzərdən keçirilmişdir.


Kazımov İ. Müasir Türk dillərinin müqayisəli fonetikası I cild \ elmi red.: M.Mahmudov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 196 s.

Kitabda müasir türk dillərinin fonetik, orfoqrafik və orfoepik quruluşu qarşılaşdırılır, müqayisə edilir, fonoloji, fono-morfoloji xüsusiyyətlər, fonem dəyişmələrinin səbəbləri və qanunauygunluqları aydınlaşdırılır.


Eyvazova R. Hadı Mirzəzadə xələflərindən Xəyyam Mirzəzadə \ AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 64 səh.

Mənim yaddaşımda əziz müəllimim prof. Hadi Mirzəzadənin çox gözəl xatirələr qalıb. Onun oğlu, yaradıcılığına hörmətlə yanaşdığım dünyamiqyaslı musiqişünas, bəstəkar Xəyyam Mirzəzadənin II cildlik kitabını oxuyarkən, ata-oğulun həyat və yaradıcılıq yollarının ana xəttinin İçəri şəhərdən başlayıb dünayay çıxmasının şahidi oluruq.


Sadıqova S.A. Dilçiliyin nəzəri problemləri II cild \ elmi red.:A.A.Axundov; rəy. Q.S.Kazımov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2011.- 320 s.

Monoqrafiyada Azərbaycan dilinin problemləri – dil tarixi məsələləri, mətbuatda gedən ədəbi dil prosesləri və terminologiya problemləri araşdırılmışdır. Monoqrafiyadan elmi işçilər, tədqiqatçılar, tələbə və müəllimlər faydalana bilər.


Sadıqova S.A. Azərbaycan dilinin terminologiyası \ elmi red.:A.A.Axundov; rəy. M.Mahmudov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2011.- 380 s.

Əsərdə terminologiyanın spesifik xüsusiyyətləri, ümumi ədəbi dilin leksikasındakı yeri, termin yaradıcılığı prosesi, terminoloji sistemlərin formalaşmasının məntiqi-linqvistik əsasları müəyyənləşdirilmiş və terminlərin unifikasiyası, standartlaşması yolları araşdırılmışdır.


Həbibova K. Nitqdə manipulyasiya (müxtəlifsistemli dillərin materialları əsasında psixolinqvistik araşdırma) \ elmi red.: İ.Tahirov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 60 s.

Əsərdə istifadə edilən bədii şifahi xalq yaradıcılığı nümunəsi olan nağıllarla məhdudlaşdırılır. Faktik materiallar kimi Azərbaycan ingilis və rus nağılları seçilmişdir. Manipulyasiya probleminin ilkin olaraq linqvistik səviyyədə araşdırılması Azərbaycan dilçiliyində yeni təşəbbüs hesab edilə bilər.


Abdullayev R. Türk dillərində konversiya və ya keçid prosesi \ elmi red.: M.Mirzəliyeva; rəy.İ.Kazımov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 200 s.

Kitabda oğuz qurupu türk dillərinin materialları əsasında konversiya hadisəsinin mahiyyəti, bu hadisənin dilin derivasiya sisteminde yeri, müntəzəm və qeyri-müntəzəmliyi keçid prosesinin müxtəlif növləri istiqamətləri və s. məsələləri müqayisəli aspektdə göstərilmişdir. Monoqrafiyadan türkoloq-dilçilər filologiya fakültələrinin bakalavr magistr və doktorantlar faydalana bilərlər.


Səməd Vurğunun bədii dilinin izahlı lüğəti \ red.: İ.Məmmədli; rəy.M.Mahmudov, F.Ləman. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2011.- 672 s.

Lüğət Səməd Vurğunun əsərlərin in dilinin lüğət tərkibini əks etdirən ilk izahlı lüğətdir. Burada S.Vurğunun bədii əsərlərində işlənmiş bütün lüğəvi vahidlər əhatə olunmuşdur.


Избранные вопросы современной науки (монография) \ под общей ред.: С.П.Акутиной.- М.: Издательство «Перо», 2011.- 228 с.

Работы, поступающие в редакцию, рецензируются. За достоверность сведений, изложенных в работах, ответственность несут авторы публикаций. Мнение редакционной коллегия может не совпадать с мнением авторов.



2012- ci ildə:
Azərbaycan dilinin tarixinə dair tədqiqlər. III cild \ red.: M.Mirzəliyeva, K.Vəliyeva; rəy. A.Ələkbərova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2012.- 187 s.

Görkəmli Azərbaycan dilçi-alimi, tanınmış şərqşünas-türkoloq, poliqlot-tərcüməçi filologiya elmləri doktoru, professor Vaqif İmaməli oğlu Aslanovun dilimizin tarixinə işıq salan tədqiqatlarının toplandığı çoxcildlik “Azərbaycan dilinin tarixinə dair tədqiqlər”in üçüncü cildi elmi ictimaiyyətə təqdim olunur.



İsmayılov P.X. Kəlbəcırin yer-yurd adları. (ensiklopedik lüğət) \ elmi red.: X.Buludxan; rəy. C.Cəfərov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, 2012.- 203 s.

Kiatbda Kəlbəcər rayonun toponimlərinin həm makro, həm də mikrosistem vahidləri haqqında məlumatlar toplanmışdır. Rayon ərazisində yerləşən kənd adlarının, demək olar ki, hamısının, eləcə də dağ, göl, çay, qaya, bulaq adlarının bir qisminin linqvistik, etimoloji izahları verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Cəfərov A. Nəbi Xəzrinin poetik dili \ elmi red.:R.Məhərrəmova; rəy.N.Cəfərov, İ.Vəliyev. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2012.- 144 s.

Azərbaycan filologiyasında bədii əsərlərin dil və üslub xüsusiyyətlərinin tədqiqinə hər zaman böyük maraq göstərilir. Oxuculara təqdim olunan bu dərs vəsaiti ilk dəfə olaraq ayrıca, sistemli şəkildə tədqiq edilən Nəbi Xəzrinin bədii əsərlərinin dil və üslub xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.


Babaşoğlu İ. Yazıçı: müasir həyat və gerçəkliklər (Tahir Kazımovun yaradıcılığı əsasında) \ elmi red.: İ.Məmmədli; rəy. R.Eyvazova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2012.- 136 s.

Kitab Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmət” mükafatı laureatı tanınmış yazıçı Tahir Kazımovun bədii əsərlərinin ideya-bədii və dil-üslub xüsusiyyətlərinə həsr edilmişdir.



Nizami Gəncəvi-870 (məqalələr toplusu) \ red.: R.Eyvazova; rəy.S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı:“Elm və təhsil” 2012.- 304 c.

“Nizami Gəncəvi-870” məqalələr toplusunda şairin həyat və yaradıcılığı ilə bağlı bir sıra səciyyəvi xüsusiyyətlər öz əksini tapmışdır.


Seyidəliyev N.F. Müasir Azərbaycan dilində üslubi sinonimlər \ red.:İ.O.Məmmədli; rəy. R.H. Eyvazova, İ.T.Məmmədov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2012.- 120 s.

Monoqrafiya müasir Azərbaycan dilinin üslubi sinonimlərinə həsr edilmişdir. Burada, əsasən neytral, bədii, poetik, danışıq və s. üslublarda işlədilən sinonim sözlərdən geniş bəhs edilir.


Azərbaycan dilinin sinonimlər lüğəti \ red.:İ.Məmmədov AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Şərq-Qərb, 2012.- 424 s.

Lüğətdə 11 minə qədər eyni və yaxın mənaları əks etdirən sinonim söz və ifadə verilmişdir ki, bunlardan 4 mini dominant sözdür. Sinonimlər lüğətinin tərtibində ədəbi dilimizin öz lüğət fondundan, başqa dillərdən alınmalardan, danışıqda işlənən sözlərdən o cümlədən məhəlli və dialekt sözlərindən və bəzi terminlərdən istifadə edilmişdir.


Qəmbərova Q.G. Sintaksisdən praktikum. Dərs vəsaiti \ elmi red.:Q.Kazımov; rəy.Z.Nəbiyeva, G.Əmirova AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2013.- 188 s.

Praktikum ali məktəblərin filologiya fakültələrində tədris edilən “Müasir Azərbaycan dili” proqramı əsasında yazılmışdır. Burada kursun əsas bölmələrindən biri olan sintaksis bəhsi əhatə olunmuşdur. Vəsait ali məktəblərin bakalavr və magistrləri üçün hazırlanmışdır.


Kazımov Q.Ş. Qədim yurd yerim – sultan Soltanlı son 300 ildə \ AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2012.- 200 s.

Kitaba filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımovun doğulduğu Soltanlı kəndinə və onun keçmişinə dair araşdırmaları daxil edilmişdir. Müəllifin bir vaxtlar (60-cı illərdə) kəndin yaşlı adamlarından öyrəndikləri, XIX əsrdə - 1842, 1849, 1863, 1873 və 1886-cı illərdə rus höküməti tərəfindən tərtib olunmuş kameral siyahılar Soltanlının simasında Azərbaycan kəndlərinin son bir neçə yüzildə keçdiyi həyat yolu barədə təəssüf yaradır.


Mehdiyeva S. Ədəbi dil məsələləri \ elmi red.: İ.Məmmədov; rəy. İ.Kazımov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı “Elm və təhsil”, 2012.- 345 s.

Filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva bu kitabına Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin dili və nitqi ilə əlaqədar məqalələri, ədəbi dil tarixindən seçmələri – klassik Azərbaycan şairlərinin dili-üslubu, habelə çağdaş elm xadimlərinin həyat yolu ilə əlaqədar müxtəlif illərdə yazdığı məqalələri daxil etmişdir.


Kazımov İ.B. Axısqa türkləri: dil, tarix və folklor \ elmi red.:Ağamusa Axundov; rəy. R.Eyvazova, R.Rüstəmov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm və təhsil”, 2012.- 492 s.

Kitabda qədim tarixə malik Axısqa türklərinin dili, mədəniyyəti, siyasi və etnik tarixi, eləcə də folklore qaynaqları öyrənilir. Axisqalıların etnik mənşəyi, bu toplumun dilinin bütün səviyyələri nəzərdən keçirilir. Axısqalıların zəngin folklorundan nümunələr verilir.


Məhərrəmli B. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. (müqayisəli-tarixi istiqamətdə) ingilis azerb dilində \ elmi red.: Q.Kazımov; rəy. R.Rüstəmov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm və təhsil”, 2012.- 400 s.

Monoqrafiyada türk dillərindəki isim kökləri müqayisəli şəkildə tədqiq olunur. Əsərdə zəngin faktlar əsasında türk dillərində işlənən isimlərdə baş verən məna diferensiallaşması prosesi şərh edilir. Kitabda Azərbaycan dlçiliyində ilk dəfə olaraq yüzə yaxın dilin materialından, analoji faktlarından istifadə olunmuş, isim köklərinin ətraflı müqayisəli – etimoloji analizi verilmişdir.



Azərbaycan dilçiliyi: sələflər və xələflər. Akademik Ağamusa Axundovun 80 illik yubileyinə həsr olunmuş konfransın materialları \ red.: M.Mirzəliyeva; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, “Nurlan” 2012.

Kitabda Azərbaycan dilçiliyinin zirvəsində duran Akademik Ağamusa Axundovun əsas fəaliyyəti istiqamətlərindən biri də dilçilikdə sələflər-xələflər münasibətlərinin formalaşdırılması və inkişafına xidmət etməkdən bəhs edilir


Dilçilik İnstitutunun əsərləri \\ baş red.:F.Y.Veysəlli. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı.: Elm, №1, 2012.- 192 s.
Dilçilik İnstitutunun əsərləri \\ baş red.: F.Y.Veysəlli. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, №3, 2012.-215 s.
Azərbaycan dilçiliyi: Sələflər və xələflər \ red.: M.Mirzəliyeva. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2012.- 95 s.
Terminologiya məsələləri \\ red.: S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, №2, 2012.- 175 s.

2013-cü ildə:
Azərbaycan dilinin orfoqrafiya lüğəti (genişləndirilmiş və yenidən işlənmiş 6 –cı nəşr) \ red.: İ.Məmmədli. AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2013.- 839.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na uyğun surətdə latın qrafikalı əlifba ilə hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğıti”nin düzəlişləri, əlavələr edilərək təkmilləşdirilmiş 2-ci ümumiyyətlə, 6-cı nəşridir. Lüğətə 110 563 söz daxil edilmişdir.



Azərbaycan dilçiliyi müntəxəbatı. 3 cilddə. I cild Azərbaycan dilçiliyi tarixi: \ red.: E.S.İnanc; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Abis Alarko” Çap evi, 2013.- 309 s.

Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya morfologiya və morfonologoiya sahələrində müəyyən tədqiqatlarımız kitabda oz eksin tapmışdır.


Azərbaycan dilçiliyi müntəxəbatı. 3 cilddə. II cild Azərbaycan dilçiliyi tarixi: \ red.: E.S.İnanc; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Abis Alarko” Çap evi, 2013.- 437 s.

Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya morfologiya və morfonologoiya sahələrində müəyyən tədqiqatlarımız kitabda oz eksin tapmışdır.


Azərbaycan dilçiliyi müntəxəbatı. 3 cilddə. III cild Azərbaycan dilçiliyi tarixi \ red.: E.S.İnanc; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Abis Alarko” Çap evi, 2013.- 521 s.

Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya morfologiya və morfonologoiya sahələrində müəyyən tədqiqatlarımız kitabda oz eksin tapmışdır.



Kazımov İ., Xəlilov X. Yazıçı karyerası: Dilin və sənətin işığında \ elmi red.: F.Veysəlli; rəy. Ə.Əlizadə. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Bakı Qızlar Universiteti” nəşriyyatı, 2013.- 360 s.

Kitabda tanınmış yazıçı, alim-pedaqoq Ağarəhim Rəhimovun bədii nəsr və dramaturgiyasının başlıca ideya-məzmun, dil və üslub xüsusiyyətləri, habelə sənətkarın bədii novatorluq keyfiyyətləri müəyyənləşdirilmişdir.


Mahmudov M. Kompüter dilçiliyi \ red.: Ağamusa Axundov; rəy. İ.Tahirov, T.Əliyev. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2013.- 356 s.

Monoqrafiya kompüter dilçiliyinin nəzəri və təcrübi məsələlərinə həsr olunmuşdur. Ilk dəfə olaraq kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti, istiqamətləri və sahələri haqqında məlumat verilir.


Paşayev A. “Xəmsə”də işlənən xüsusi adların izahlı lüğəti (Poetik onomastikon) \ elmi red.: Q.Məşədiyev; rəy.İ.Məmmədov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2013.- 422 s.

Oxuculara təqdim olunan bu onomastikonda (xüsusi adlar lüğətində) Azərbaycan intibahının ən qüdrətli və ensiklopedik biliyə malik olan görkəmli şairi Nizami Gəncəvinin poemalarında istifadə olunan bütün xüsusi adlar qeyd olunmuşdur.


Heydərov R.A. Dillərin inkişafında dil əlaqələrinin rolu \ red.: R.H.Eyvazova; rəy. M.Ə.Mahmudov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2013.- 216 s.

Monoqrafiya dillərarası əlaqələrin dilin inkişafındakı roluna həsr olunmuşdur. Əsərdə Azərbaycan dilçiliyində ilk dəfə olaraq, müxtəlif sistemli dillərin materialları əsasında dillərarası əlaqələrin yaranma səbəbləri, dil əlaqələri zamanı dilin müxtəlif səviyyələrində yaranan normadan kənaraçıxmalar və interferensiya hadisəsi, tədqiq olunmuşdur.


Hüseynova G. Tat dilinin leksikası (Azərbaycan tatlarının dilinin materialları əsasında) \ elmi red.: R.Eyvazova; rəy. İ.Tahirov, Ə.Məmmədova; AMEA Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2013.- 252 s.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatlarının dilinin leksik sistemi kompleks şəkildə tədqiqata cəlb olunmuş, qohum və qohum olmayan dillərlə müqayisəli və əlaqəli formada araşdırılmışdır.


Hüseynova G. Tat dili leksik fondunun genealoji təhlili (Azərbaycan tatlarının dilinin materialları əsasında) \ elmi red.: R.Eyvazova: rəy. V.Adilov, G.Vəliyeva. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2013.- 160 s.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatlarının dilinin leksik tərkibi sistemli şəkildə tədqiqata cəlb olunur, İran dilləri ilə ümumi olan və bilavasitə tat dilinə məxsus leksik layları, başqa dillərdən alınmalar araşdırılır. Əsərdən dilçilər və dilçiliklə maraqlanan digər şəxslər faydalana bilərlər.


Məşədiyev Q. Bakı küçələri: adlar və talelər I kitab \ elmi red.:R.Eyvazova; rəy. Q.Kazımov, İ.Məmmədov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm və təhsil”, 2013.- 324 s.

Nərimanov, Nəsimi və Səbail rayonlarının urbanonimlər sistemində baş verən dəyişikliklər haqqında söhbət açılmış, bəzi küçələrin keçmiş və yeni adları, bu adların aid olduğu şəxsiyyətlər haqqında ətraflı məlumat verilmişdir.


Abbasov İ. “Din təhlükəlidir, yoxsa cəmiyyət təhlükədədir?” \ elmi red.:A.Qafarov, N.Məmmədli; rəy. S.Süleymanov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Zərdabi LTD” MMC, 2013.- 744 s.

Kitabda texnogen sivilizasiya üçün səciyyəvi olan mənəvi-əxlaqi deqradasiyaya qarşı çoxəsrlik dini ideallar mövqeyindən çıxış edən müəllif zəngin dini-elmi-fəlsəfi mənbələrə istinadan dini inancın mahiyyəti, ayrı-ayrı dinlərin tarixi, dinlərin təsnifatı, çoxsaylı məzhəb və təriqətlər haqqında zəngin məlumat verilir.


Veysəlli F.Y. Dilçiliyin əsasları. Studia Philologica. VI \ elmi red.: K.M.Abdullayev; rəy. A.Y.Məmmədov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Mütərcim, 2013.- 420 s.

Kitab iki hissədən ibarətdir. Birinci hissə dilin və dilçiliyin aktual məsələlərinə, ünsiyyət modelinin özəlliklərinə, dilin mahiyyəti və funksiyalarına, dilçiliyin tədqiqat metodlarına və şöbələrinə, habelə dilçiliyin fəlsəfə ilə əlaqəsinə həsr olunur.



Tədqiqlər \\ baş red.: M.Mirzəliyeva. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- №1, Bakı, 2013.- 189 s.
Terminologiya məsələləri \\ red.:S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, №1, 2013.- 172 s.
2014-cü ildə:
Alim ömrü, ziyalılıq təcəssümü \ məs.: M.Mirzəliyeva; tərt.: Ə.İbrahimoğlu. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2014.- 320 s.

Kitabda tanınmış dilçi alim, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Qara İbrahim oğlu Məşədiyevin keçdiyi ömür yolu, elmi yaradıcılığının əsas istiqamətləri və yetirmələri haqqında məlumat verilir.


Con Layons. Linqvistik semantika: Giriş \ red.:İ.M.Tahirov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2014.- 389 s.

“Linqvistik semantika: Giriş” Con Layonsun 1981-ci ildə nəşr edilmiş “Dil Məna və Kontekst” kitabının davamıdır. Müəllif ümumi strukturu saxlamaqla bir sıra mövzuları təqdim etmək üçün əsərin həcmini xeyli dərəcədə genişləndirilmiş və son onillikdə linqvistik semantika sahəsində yeni istiqamətləri nəzərə almışdır.


Axundova G. “Binəqədi rayonunun toponimiyası: problemlər və perspek tivlər \ elmi red.: Q.İ.Məşədiyev; rəy. E.Ş.Abışov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Avropa” nəşriyyatı, 2014.- 76 s.

Oxuculara təqdim olunan kitab Bakının Binəqədi rayonunun toponomiyasının hər tərəfli tədqiqinə həsr olunmuşdur. Müəllif Binəqədi rayonunun küçə adlarının son dövrdə dinamikliyini, dəyiçkənliyini nəzərə alaraq bu sahədə olan problemləri müəyyən edir və praktik tövsiyyələr verir.


Eyvazova R.H. Bir daha ana dilimizin adı haqqında \ AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, “Elm və təhsil”, 2014.- 32 səh.

“Azərbaycan dili” termini formalaşana qədər dilimiz, xalqımız müxtəlif terminlərlə adlanmışdır. Bunlardan ən əsas “türk” terminidir. Bu terminin işlənməsi təkcə Azərbaycanla bağlı olmamış, bütün türk xalqları və dilləri qrupuma aid olmuşdur.


Həsənova G.S. “Feil zamanlarının müqayisəli tipologiyası” (Azərbaycan və rus dillərinin materialları əsasında) \ red.:A. Axundov; rəy.S.Abdullayeva, G.Axundova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm və təhsil”, 2014.- 192 s.

Monoqrafiya ilk dəfə olaraq Azərbaycan və rus dillərinin materialları əsasında feil zamanlarının tipologiyası tədqiqata cəlb olunur. Azərbaycan və rus dillərinin müqayisəli-tipoloji və kontensiv-tipoloji qrammatikasına həsr olunmuş əsərlərin hazırlanmasında və xüsusi kursların təşkilində istifadə oluna bilər.


Hüseynova G.İ. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili \ elmi red.: R.Eyvazova; rəy. G.Vəliyeva, R.Heydərov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm və təhsil”, 2014.- 100 s.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatalarının dilinin lüğət tərkibinin leksik-semantik söz qurupları araşdırılmış tat dilinin Ərüsküş-Dağ Quşçu ləhcəsinin leksik xüsusiyyətləri tədqiq olunmuşdur.


Kazımov İ. “Mahmud Kaşğari “Divanı” və çağdaş türk dilləri” \ elmi red.: B.Məhərrəmli; rəy. C.İsmayıloğlu, E.Məmmədov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı.: “Elm və təhsil”, 2014.- 224 s.

Kitabda böyük türkoloq Mahmud Kaşğarinin “Divan”ındakı sözün fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri nəzərdən keçirilmişdir. Burada “Divan”ın türkoloji dilçiliyin formalaşması və inkişafındakı rolu, çağdaş türk dillərinə,dialektlərinə təsiri də öyrənilmişdir.


Ümumi dilçilik üzrə əsərləri \ red.:F.Y.Veysəlli; rəy.A.Ə.Həsənov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2014.- 335 s.

Dilçilik elminin klassiklərindən sayılan İ.A.Boduen de Kurtenenin “Ümumi dilçilik üzrə əsərləri” kitabında müəllifin dil, onun genezisi, ontologiyası haqqında fikirləri öz əksini tapıb. Müəllif ayrı-ayrı illərdə qələmə aldığı məqalə və əsərlərində dilə yanaşmada sələflərindən tam fərqli mövqe nümayiş etdirmişdir.


Potter S. Dilimiz \ elmi red.: A.Y.Məmmədov, E.Əbdülrəhimov; red.: F.Y.Veysəli; rəy. İ.Kazımov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2014.- 168 s.

Kitab tanınmış ingilis dilçisi S.Potterin ingilis xalqının əsrlər boyu danışdığı dil, onun keçdiyi çətin və sərfəli yol haqqında düşüncələrini əks etdirir.


Aslanov V. Həyat və yaradıcılığı haqqında biblioqrafik kitabça \ tərt.ed.Z.Quluzadə, G.V.Aslanova; red.: M.Mirzəliyeva; rəy. A.Ələkbərov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm” nəşriyyatı, 2014.- 193 s.

Kitabda Vaqif Aslanovun həyat yoluna ötəri nəzər salınır. Alimin elmə qədəm qoyduğu dövrdən tutmuş ömrünün sonuna kimi yaradıcılıq fəaliyyətinin nəticələrini əks etdirən çap əsərləri əks olunmuşdur.kitabda məqalələr, monoqrafiyaların biblioqrafik göstəricisi təqdim olunmuşdur.


Dilçilik İnstitutunun əsərləri \\ baş red.: T.İ.Hacıyev. AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm və təhsil, №1, 2014.- 206 s.
Terminologiya məsələləri \\ baş red.: A.Əlizadə; red.: S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, №2, 2014.- 200 s.
Terminologiya məsələləri \\ baş red.: A.Əlizadə; red.: S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, №1, 2014.- 207 s.
Heydərova X. “Принципы подачи омонимов в азербайджанской лексикографии”. Монография. LAP LAMBERT Academic Publishing ist ein lmprint der / ticarət markası OmniScriptum GmbH &Co. KGHeinrich-Böcking-Str. 6-8, 66121 Saarbrüken, Deutschland / Almaniya, 2014), 67 səh.

Монография является частью диссертации автора «Подача малоупотребительных слов в азербайджанских филологических словарях», объектом исследования которой являются азербайджанские филологические словари.



2015 - ci ildə
Azərbaycan dilinin Naxçıvanın dialektoloji atlası \ məs.red.: T.Hacıyev; rəy. E.Əzizov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, “Elm və təhsil”, 2015.- 308 s.

Dörd dildə (Azərbaycan, türk, ingilis, rus dillərində) tərtib olunmuş “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Naxçıvan Muxtar Respublikası üzrə 151 yaşayış məntəqəsini əhatə edir. Atlasda 250 xəritə üçün yazılmış xüsusi şərhlə yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin müasir Naxçıvanı, onun mənzərələrini və etnoqrafiyasını əks etdirən şəkillər, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq olunmuş yaşayış məntəqəlrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk və s. öz əksini tapmışdır.


Cəfərov Y. Azərbaycan dilinin onomastikası müstəqillik dövründə \ elmi red.: Q.Məşədiyev; rəy. R.Əliyeva, E.İnanc. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2015.- 386 s.

Monoqrafiyada dövlət müstəqilliyinin bərpası ərəfəsində və müstəqillik dövründə Azərbaycan dilinin xüsusi adlar qatında baş verən dəyişikliklər haqqında söhbət açılmış, dilin onomastikasında gedən proseslər müxtəlif mənbələrdən toplanmış faktlar əsasında izlənərəkmətraflı təhlil edilmişdir.


Əsgərova T. Nəsimi dilinin frazeologiyası \ elmi red.: S.Mehdiyeva; rəy. Z.Xasıyev; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, “Elm və təhsil”, 2015.- 240 s.

Bu elmi tədqiqat əsərində Nəsimi dilinin frazeologiyası tədqiq olunmuşdur. Əsərdən dilçi alimlər, ali məktəbin filologiya fakültələrində oxuyan magistr və bakalavr tələbələri istifadə edə bilərlər.


Qəribova Ş.H. XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası \ elmi red.:M.Mirzəliyeva; rəy.R.Rüstəmov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Avropa nəşriyyatı, 2015.- 328 s.

Monoqrafiyada XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası diaxron və sinxron aspektdə tədqiqatda cəlb edilmiş, etnoqrafizmlər leksik-semantik və etimoloji cəhətdən təhlil olunmuşdur. Əsər türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi leksikası və qrammatikası ilə bağlı tədqiqatlarda, həmçinin türk dillərinin tarixi, etimoloji, dialektoloji lüğətlərinin hazırlanmasında mənbə rolu oynamaqla bərabər, ali məktəb tələbələri, magistr və bu sahə mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.


Seyidəliyev N.F. Dini terminlər lüğəti (artırılmış və təkmilləşdirilmiş 2-ci nəşri) \ red.: İ.Ə.Abbasov; rəy. O.İ.Məşədiyev, İ.O.Məmmədli. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2015.- 132 s.

Geniş oxucu kütləsinin ehtiyac və marağını nəzərə alaraq tərtib edilmiş “Dini terminlər lüğəti” izahlı xarakter daşıyır.Lüğətə daxil edilən 2 minə qədər sözün hər birinin ayrı-ayrılıqda mənası və izahı açıqlanır. Lüğət din xadimləri, alimlər, tələbələr, müəllimlər, şagirdlər və ümumiyyətlə, dinlə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli bir töhfədir.



Əliyeva N. Valentlik nəzəriyyəsi \ elmi red.:Q.S.Kazımov; rəy.Z.M.Əliyeva, İ.M.Tahirov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2015.-172 s.

Əsərdə Azərbaycan dilçiliyində ilk dəfə olaraq, bir sözün başqa sözlərlə birləşə bilmə qabiliyyəti – sözün valentliyi məsələsi araşdırılır. Kitab magistrantlar, doktorantlar, dil problemləri ilə məşğul olan elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Hacıyeva N. Nitq mədəniyyəti biblioqrafiyası \ red.:M.Mirzəliyeva; rəy.Ş.Orucova, S.Məmmədova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2015.- 436 s.

Bu kitabda 1930-cu illərədək nitq mədəniyyətinin müxtəlif sahələrinə aid nəşr olunmuş kitab, qəzet və jurnal məqalələrinin qısa xülasəsi verilmişdir. Kitabdan nitq mədəniyyəti problemləri ilə maraqlanan, tədqiqatla məşğul olan işçilər, müəllimlər, tələbələr, səhnə işçiləri və b. Başqaları bəhrələnə bilərlər.


Sadıqova S. Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları \ elmi red.: T.Hacıyev; rəy.Q.Kazımov, İ.Qasimov. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Elm” nəşriyyatı, 2015.- 500 s.

Monoqrafiyada Azərbaycan dilində terminologiyanın aktual problemləri – təkmilləşmə və zənginləşmə yolları, terminoloji sistemin inkişaf istiqamətlərinin məntiqi-linqvistik əsasları tədqiq edilmiş, terminologiyanın unifikasiya və standartlaşdırma formalarının nəzəri və praktikası ilə bağlı məsələr linqvistik təhlilə cəlb olunmuşdur.


Sadıqova S.A., Quliyeva S.M. İzahlı terminlər lüğəti I cild \ AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: “Avropa” nəşriyyatı, 2015.- 242 s.

Lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2500 yeni termin toplanmış və izahı verilmişdir. Lüğətdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə edə bilər.


Məhərrəmli Q., İsmyılov R. Azərbaycan dilinin frazeologiya lüğəti \ elmi red.: N.Cəfərov; red.:Ş.Məmmədli, A.Quliyeva; rəy.İ.Məmmədov. AMEA i.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Altun kitab, 2015.- 287 s.

Lüğətdə yazılı və şifahi nitqdə işlənən 7000-ə yaxın frazeoloji ifadənin izahı verilmişdir. Mətbuatda, televiziya və radio verlişlərində, həmçinin şifahi və yazılı ədəbiyyatda tez-tez rast gəlinən bu ifadələrin ümumişləkliyi əsas prinsip kimi götürülmüşdür.


Əsgərov M.B. Linqvo - psixoloji vəhdət nəzəriyyəsi \ elmi red.:Q.Ş.Kazımov. rəy. H.M.Zərbəliyev, B.C.Cəfərova. AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm və təhsil, 2015.- 192 s.

Bu tədqiqatda dilçilik və psixologiya elmlərinin qovşağında yaranan, yeni bir istiqamətin əsasını qoyan “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”nin tam elmi ş.rhi verilir. Dərketmə və təfəkkür proseslərinin dil sistemində, eləcə də, dil sisteminin əmələ gətirən vahidlərin dərketmə və təfəkkür proseslərində əks olunmasına əsaslanan qarşılıqlı vəhdətin mahiyyəti izah olunur.


Əliyeva N. Dilçilikdə valentlik \ elmi red.:Q.Ş.Kazımov; rəy.Z.M.Əliyeva, A.E.Allahverdiyeva. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm və təhsil, 2015.- 304 s.

Kitabda valentliyin yaranması, valentlik səviyyələri, valentlik və nitq hissələri, valentliyin növləri haqqında müfəssəl məlumat verilir. Eləcədə aktantlar və sirkonstantlar məsələsinə nəzər salınır, Azərbaycan fellərinin timsalında valentlik lüğəti də verilir.



Çingiz Karasharlı. Truvalılar ve Etrüskler Türk İdiler. Konya, 2015, 146 s. Türklerin kesinlikle Bizans yurdunu degil, ancak Bizanslıların eski Türk yurdu Truva yı ele geçirdiği Truva tarihinin gerçekliğidir.

Türk kişi adlarının ve Truvalılarla aynı soydan gelen Etrüsklerin yazıtlarının eski Türk dillerinde okunması, eski Avrupa tarihçilerinin Truva ile ilgili yazdıkları bilgilerin gerçek olduğunu göstermektedir.


Qəribova Ş.H. XI-XII əsrlər türk dillərində işlənən etnoqrafizmlərin izahlı lüğəti \ elmi red.:T.İ.Haciyev; rəy.N.Q.Cəfərov; AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı, 2015.- 282 s.

Lüğətdə XI-XII əsrlər türk dillərində ən möhtəşəm abidələr olan “Qutadğu biliğ”, “Divanü lüğat-it-türk”, “Ətabətül-həqaiq”, “Divani-hikmət”də işlənən etnoqrafizmlər toplanmış və onların izahı verilmişdir.



Tədqiqlər \\ baş red.: M.Mirzəliyeva. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- №1, Bakı, 2015.- 177 s.
Terminologiya məsələləri \\ baş red.: A.Əlizadə. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, №2, 2015.- 172 s.
Terminologiya məsələləri \\ baş red.: A.Əlizadə; red.: S.Sadıqova. AMEA İ.Nəsimi adına Dilçilik İn-tu.- Bakı: Elm, №1, 2015.- 206 s.

Cingiz Karasharlı. Turkic Sivilization Loot in the Mediterranean Basin (From Trojans to Etruscans) \ editor.: Leah Feldman; Author: Cingiz Karasharlı. Baku, 2015, 180 p.

No part of this book covered by the copyrights hereon may be reproduced or copied in any form or by any means – graphic, electronic, or mechanical including photocopying, taping, or information storage and retrieval systems – without written permission of the author.


Алиева Г.А. Типология глагольных словосочетаний (на материале азербайджанского и русского языков) \ науч ред.: А.А.Ахундов, Р.Г.Эйвазова; Рецензенты. Г.Ш.Казымов, С.А.Магеррамова. -----Баку: Элм и тахсил, 2015.- 160 с.

Книга посвящена проблеме семантико-типологического анализа глагольных словосочетаний. В данном исследовании впервые проводится семантико-типологический анализ на материале азербайджанского и русского языков.




Yüklə 101,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin