Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
107
mərhələ olmuşdur. 1970-80-ci illərdə fəhlə və qulluqçu
qadınların sayı artmışdır.
Cədvəl
1922-1970-ci illərdə fəhlə və qulluqçuların
ümumi kəmiyyətində qadınların xüsusi çəkisi
İllər 1922 1926 1940 1945 1950 1955 1960
1970
%
25
23
39
56
47
46
47
51
(SSRİ xalq təsərrüfatı, 60 il ərzində statistik məcmuə -
M., 1977, 469)
Bir faktı inkar etmək olmaz ki, zaman keçdikcə xalq
təsərrüfatının bütün sahələrində qadınların sayı artmışdır.
Təkcə 1930-70-ci illər ərzində sənaye tipli sahələrdə qadın-
ların sayı 4 dəfə yüksəlmişdir.
Məlumdur ki, planetdə dünyaya göz açan canlılardan
ən acizi insan övladıdır. Ən xırda canlı belə doğularkən ana-
sından bu qədər asılı olmur. Bu asılılıq sonralar özünü bir
neçə formada göstərir: fiziki, mənəvi və maddi. Uşağın bu
üç istiqamətdəki hazırlığına ən azı iki onlillik vaxt lazımdır.
Bu iki onillik həm də insana ona görə lazımdır ki, o öz ailə-
sini qurmaqdan ötrü müəyyən bilgilərə, təcrübəyə, peşəyə
yiyələnsin, əmək fəaliyyətinə qoşulsun və cəmiyyətdə öz
yerini tutsun. Mənəvi hazırlıq prosesində ananın əlahiddə
bir yeri, rolu vardır. Yəni övladın tərbiyəsində, mənəvi in-
kişafında ananın mühüm rolu danılmazdır.
Uşağın uğurlu inkişafında əsas şərt onun fiziki, mənəvi
və sosial tələblərinin təmin olunmasıdır. Bu tələblərin təmi-
natı prosesi düzgün qurularsa, uşaq normal inkişaf edəcək,
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
108
öz yaşıdlarından geri qalmayacaq və ya əksinə olarsa, o,
qeyri-düzgün yola düşəcək. Bu tələblərin təminatı zamanı
övlad-valideyn münasibəti tənzimlənir. Uşaq böyüdükcə
bu tələblər də böyüyür, daha çoxşaxəli və mürəkkəb olur,
bəzən ata-ananın real imkanını üstələyir. Elə bu səbəbdən
də, uşağın tərbiyəsində konkret olaraq valideynin deyil,
bütün cəmiyyətin rolunun olduğunu qeyd etməliyik. Yalnız
uşaq-valideyn-cəmiyyət üçlüyü ahəngdar bir nəticə verə
bilər. Gənclərin mənəvi inkişafına, münasibətlərinin forma-
laşmasına bir çox mühüm faktlar təsir göstərə bilər: ailə,
cəmiyyət, yaşıdlar və gəncin özünün təcrübəsi. Bunlardan
ən mühüm amil kimi ailə götürülməlidir.
Bu gün cəmiyyətdə olan qüsurlar ilk növbədə haradan
gəlir? Bu barədə minlərlə məqalələr yazılmışdır. Çox təəs-
süf ki, gənclərimizin çoxu ailə qurandan sonra uşağın tər-
biyəsi ilə lazımınca məşğul olmurlar. Bu onların pedaqoji
bilik və təcrübələrinin az olmasından irəli gəlir.
Azərbaycan ailələrinin əksəriyyəti ənənəvi olduqlarına
görə gənclərin mənəvi inkişafı məsələsi də ananın-qadının
üzərinə düşür, çünki uşağın ilk müəllimi də, tərbiyəçisi də
elə anasıdır. Çox təəssüf ki, bu gün ana olmağa hazır ol-
mayan valideynlər də anadırlar. Çox erkən yaşlarda ailə
qurmuş anaların nə təcrübəsi, nə də elmi onlara əsl analıq
vəzifələrinin öhdəsindən gəlməyə imkan vermir. İlk dövr-
lərdən ana uşağın mənəvi dünyasının zənginləşməsindən
ötrü çalışmalıdır. Uşaq yalnız ananın ağzından eşitdiyi sözü
həqiqət kimi qəbul edir. Elə buna görə də, hər bir ana de-
diyi sözün qiymətini dərk etməlidir. Əvvəla, ana öz uşa-
ğında görmək istəmədiyi şeyə öz hərəkətində, işində, rəftar
və davranışında yol verməməlidir. Xalq arasında deyilir
|