Alqi-satqi müqaviLƏSİ Bakı ş. 200 -ci IL



Yüklə 30,06 Kb.
tarix14.04.2017
ölçüsü30,06 Kb.
#14079
ALQI-SATQI MÜQAVİLƏSİ
Bakı ş. « » 200 -ci il
Bir tərəfdən, (sonrakı mətndə «Satıcı» adlanlırılan), Azərbaycan Respublikasının qanunları ilə yaradılmış «AA» firması, firmanın direktoru ________________________ şəxsində ,digər tərəfdən «SS» firması, firmanın direktoru _________________________________

şəxsində,(sonrakı mətində «Alıcı» adlandırılan), bu müqaviləni aşağıda göstərilənlər haqda bağladılar.



1.MÜQAVİLƏNİN PREDMETİ
1.1 Müqaviləyə əsasən «Satıcı» Alıcıya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, «Alıcı» isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.

2.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

2.1 “Satıcı”

2.1.1 «Satıcı» müqavilə imzalandıqdan _________ gün ərzində malları «Alıcıya» göndərməlidir.

2.1.2 Mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir.

2.1.2 Təhvil verilmə anında malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmamazlıq üzə çıxarsa yenisi ilə əvəz edilməlidir.

2.2 “Alıcı”

2.2.1 «Alıcı» malları qanuveriçilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir.

2.2.2 Alınmış malların dəyəri ___________ müddətində ödənməlidir.

2.2.3 Mallar təhvil alınandan və təhvil-təslim sənədləri rəsmiləşdiriləndən sonra «Alıcı» «Satıcıya» malların keyfiyyət və kəmiyyəti barəsində iddia verə bilməz.
3.MALLARIN HAQQI VƏ HESABLAŞMA QAYDALARI
3.1 Müqavilənin məbləği 12.000=(on iki min) manatdır.

3.2 Ödəniş «Alıcı» tərəfindən köçürmə və nəğd formasında həyata keçiriləcəkdir.

3.3. Ödəniş mallar təhvil alınandan sonra ___________ müddətində aparılmalıdır.
4.FORS-MAJOR
4.1 Tərəflərin istək və arzularından asılı olmayan, qabaqcadan bilinməsi və ya ağlabatan vasitələrin köməyi ilə qarşısının alınması mümkün olmayan şərait üzündən , o çümlədən, müharibə elan edilməsi , yaxud faktiki müharibə, mülki iğtişaşlar, epidemiyalar, blokada, ambarqo, zəlzələlər, daşqınlar, yanğınlar, başqa təbii fəlakət və hökumətin qadağa tədbirləri nəticəsində öz öhdəliklərinin yerinə yetirilməsinə görə tərəflərdən heç biri digər tərəf qarşısında məsuliyyət daşımır.
5. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
5.1 Bu müqavilə barəsində bütün mübahisələr danışıqlar yolu ilə həll edilir.

5.2 Razılıq əldə etmək mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.
6. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
6.1 Bu müqavilə imzalandığı gündən _________________ ilə kimi qüvvədədir.

6.2 Müqavilə aşağıdakı hallarda ləğv edilə bilər:

-Tərəflərin razılığına əsasən.

-Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq qaydada, səlahiyyətli orqanların qərarına əsasən.

-qarşısıalınmaz qüvvə şəraitinin təsiri nəticəsində .

6.3 Müqavilənin birtərəfli qaydada ləğv edilməsi yolverilməzdir.


7. YEKUN MÜDDƏALAR
7.1 Bu müqavilə, tərəflərdən hər biri üçün bir nüsxədən ibarət olmaqla, eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.

7.2 Müqavilədə hər hansı dəyişiklik olunarsa bir tərəf digər tərəfə yazılı məlumat verməlidir.

8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI

VƏ ÖDƏNİŞ REKVİZİTLƏRİ
SATICI: ALICI:

«AA» MMC «SS» MMC



Rekvizitlər:_________ Rekvizitlər:_________

Direktor: ___________ Direktor: ____________
Yüklə 30,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin