1144) Qısa təsirli qlukokortikoid hansıdır?
A) Metilprednizolon
B) Triamsinolon
C) Betametazon
D) Deksametazon
E) Hidrokortizon
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 75
1145) Aspirin mənşəli bronxial astmalı xəstələrdə aspirinin desensitizasiyası nə zaman aparılır?
A) Mədə xorası olanda
B) Qara ciyər və böyrəklərin ağır patologiyalarında
C) Aspirin və digər qeyristeroid iltihabəleyhinə preparatların qəbuluna zəruriyət olanda (yanaşı ürəyinişemik xəstəliyi, sistem xəstəliklər və s. olanda)
D) Hamiləlik zamanı
E) Astmanın kəskinləşməsi zamanı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1146) Hansı cihaz vasitəsilə astmalı xəstələr öz vəziyyətlərini qiymətləndirə və xəstəliklərinə nəzarət edə bilərlər?
A) Pikfloumetr
B) Qazometr
C) Spirometr
D) Pnevmotaxometr
E) Tonometr
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1147) Hansı preparatların astmanın müalicəsində, xüsusilə kəskinləşməsində, istifadəsi qəti tövsiyyə edilmir?
A) β-mimetiklərin
B) Xolinolitiklərin
C) Maqneziya sulfatın
D) Sedativ preparatların
E) Steroidlərin
Ədəbiyyat: GİNA, 2009
1148) Bronxial astmanın müalicə sxemi son beynəlxalq tövsiyyələrə görə neçə pillədən ibarətdir?
A) 2
B) 1
C) 5
D) 4
E) 3
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
Dostları ilə paylaş: |