Allahyar xocali


İlham Qarayevin dediklərindən



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   33   34   35   36   37   38   39   40   ...   56
İlham Qarayevin dediklərindən: —Həmin axşam aeroportda bizimlə üç BMP döyüşürdü. Biz on iki 

nəfər idik. BMP-lərdən biri üstümüzə gələrkən Asif Usubov qumbaraatanla onu vurdu. Ancaq mərmi təlim üçün 

olduğundan BMP partlamadı. Rus zabiti ratsiya ilə onu geri çağırdı. BMP qayıdıb, o biri texnikaların yanında 

dayandı. Yenidən bizi atəşə tutdular. Gecə saat üçə qədər onları aeroporta buraxmadıq. Əlif Hacıyev ratsiya ilə 

Ağdamdan, Şuşadan kömək diləyirdi. Ağdam ilə  Şuşa heç cavab da vermirdi. Bircə Kosalar 200 nəfərlə bizə 

köməyə  gəlmək istəyirdi. Ancaq Əlif Hacıyev razı olmadı. Bildirdi ki, artıq gecdir. Döyüşdə  Sərxan  Əliyev 

başından yaralandı. Əlifin əmri ilə şöbəni və dispetçer məntəqəsini partlatdıq. Lazımi sənədləri Əlif qabaqcadan 

götürmüşdü. Saat 3-də aeroportun bağı ilə  təpələrə  tərəf çıxdıq. Təpələrə çatmamış aeroport yolunda təzə 

tikilmiş evlərin yanından 50-yə qədər erməni bizi atəşə tutdu. Biz Xocalını aeroport ərazisindən ayırmaq üçün 

qazılmış xəndəyə doluşduq. Burda yarım saata qədər onlarla atışdıq. Sonra kəndə rabitə şöbəsinə gəldik. Qarajın 

qarşısından keçəndə 

[51-52]


 altı nəfər qara paltar geymiş erməni ilə rastlaşdıq. Mən dalbadal onların üstünə iki 

qumbara tulladım. Özüm yerə uzandım. Sonra qarajın içindən keçib qəbiristanlığa girdim. Qəbiristanlığın 

arxasındakı su arxına düşüb, qohumum Eldargilə  gəldim. Orda da ermənicə danışırdılar. Qohumlarımdan heç 

birini tapa bilməyib, meşəyə keçib, yenidən döyüş dostlarıma qarışdım. Bizi Şelli, Qaraqaya, həm də  Kətik 

istiqamətindən atəşə tuturdular. Əsgəran tərəfdən də iki tank gəlirdi.  Əlifin  əmri ilə «dəhliz» yaradıb 

irəliləyirdik. Güllə Əlifin bir çiynindən dəyib o birində qaldı. heç nə deyə bilmədi. Onu sürüyüb, bir kolluğun 

arasına qoydum. Mən tək qalmışdım. Arxada arvad-uşaq çox idi. Qaraqaya tərəfdən, yaxın məsafədən iki 

erməni məni atəşə tutdu. Güllə sol budumu yaraladı. Sürünüb qaz borusunun arxasına keçdim. Snayper tüfəngi 

ilə ermənilərin ikisini də atdım. Bu, camaatın irəliləməsinə xeyli kömək etdi. Sonra onların təpədəki postlarına 

yaxınlaşıb, orda iki qumbara atdım. Postdan keçəndə dörd erməni meyidinin üstündən adladım. Çox qan 

itirmişdim. Usubov Asif qarşıma çıxdı. O, Əlif Hacıyevin müavini idi. Mənə əmr etdi ki, dərəyə enib, maşında 

xəstəxanaya yollanım. Özü isə camaatın müdafiəsinə tələsdi. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin