Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев


«Tədqiqat sahəsini sizi bezdirməzdən



Yüklə 13,87 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix18.01.2017
ölçüsü13,87 Mb.
#5798
1   2   3   4   5   6   7   8   9   10

«Tədqiqat sahəsini sizi bezdirməzdən

əvvəl dəyişin».

«Öz zamanını qabaqlayan tədqiqat

predmetini seçin».

Hansısa başqa adamların etdiyi böyük

kəşfdən sonra onun detallarını dəqiq ləş dir -

mək sizi çətin ki böyük alim etsin. Ək 

-

səriyyətin hələ həllinin vaxtı çatmadığını



hesab etdiyi əhəmiyyətli tədqiqat problemini

qarşınıza qoyun və bir sıçrayışla öz həm -

karlarınızı ötüb keçin.

«Yalnız yaxın illərdə hiss oluna bilən

uğur gətirəcək məsələlər üzərində işləyin».

Öz zamanını qabaqlayan çox əhəmiyyətli

məsələləri tapmaq olar. Mən hər hansı bir

16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



məsələ ətrafında işə o vaxt inamla başlayıram

ki, yaxın üç-beş ildə düşünülmüş nəticələri

almaq mümkün olsun. Əgər sizin tunelin

sonunda işıq görmək şansınız olduqca

azdırsa, bu sahəyə aid mövzu götürüb öz elmi

karyeranızı risk altına salmayın. Əgər 30%

ehtimalla yaxın iki-üç ildə suallara cavab

tapacağınıza əsasınız varsa və digər ək 

-

səriyyət yaxın on ildə onu həlledilməz hesab



edirsə, belə cəhdi etməkdən çəkinməyin.

«Heç vaxt iştirakçılardan ən ağıllısı

olmayın».

İntellektual turnirlərdən həmişə qalib

çıxmaq üçün gözlənilməz intellektual dö -

yüşlərdə iştirak etmək lazımdır. Müha 

-

kimələrinizdə səhvləri tutan, fikrinizi təsdiq,



yaxud inkar edə bilən kifayət qədər biliyə və

qabiliyyətə malik olan adamların məclisinin

əvəzini heç nə verə bilməz. Ətrafdakıların

ağlı nə qədər itidirsə sizin də ağlınız bir o

qədər iti olacaq. Bu, insan təbiətinə, xüsusən

də kişi təbiətinə ziddir, amma sürünün

başçısının mövqeyi daha böyük uğurlar əldə

etməyə mane ola bilər. Birinci dərəcəli kimya

bölməsində az-çox inkişaf etmiş kimyaçı

olmaq o qədər də yaxşı olmayan bölmədə

birinci dərəcəli ulduz olmaqdan daha

yaxşıdır.



«İntellektual rəqibləriniz ilə sıx əlaqə

saxlayın».

Əgər siz əhəmiyyətli məqsəd uğrunda

çalışırsınızsa, çox ehtimal ki, ciddi rəqabətlə

qarşılaşacaqsınız. Kim tədqiqatla tək məşğul

olmaq istəyirsə, elmdən kənarda qalmağa

məhkumdur. Yarışda iştirak istəyi güclü əsəb

yarada bilər. Amma layiqli rəqiblərin olması

sizin şərəfli məqsədə can atmağınızın tə mi -

natçısına da çevrilə bilər. Əgər onlar olduqca

çoxdursa, düşünməyə dəyər. Bu o deməkdir

ki, siz olduqca aydın, öz zamanını kifayət

qədər qabaqlayaraq daha konservativ və

əksəriyyəti qorxuda bilən məqsəd uğrunda

yarışda iştirak edirsiniz. Üç və ya dörddən

çox rəqibin olması təkcə sizin uğur şansınızın

az olmasını demir, həm  də adekvat qiy mət -

ləndirmə aparmağın mümkün olmadığını

deyir. Bu halda əksər rəqiblərinizin güclü və

zəif tərəfləri haqqında adekvat təsəv 

-

vürünüzün ehtimalı az olur. Onlar sayca nə



qədər az olsalar, məsələləri aydınlaşdırmaq

daha asanlaşır və daha çox şansınız yaranır

ki, bu yarışda ağıllı hərəkət edə biləsiniz.

Rəqiblər çox olduqda onlardan qaçmaq

təhlükəli yol açmaqdır.

«Sizinlə intellekt baxımından bərabər

olan adamlarla bir yerdə işləyin».

Adətən, iki alim bir yerdə işləyərkən iki

nəfər tək işləyən və hər biri öz yolu ilə

gedənə nisbətən daha çox uğur əldə edir.

Yaxşı elmi cütlüklər rasional seçilmiş evliliyə

bənzəyir və bir-birini uğurla tamamlayan

insanları birləşdirir.

Elmi komandada ikidən çox adam

olduqda orada sıxlıq yarana bilər. Əgər üç

adam ümumi məqsəd ardınca gedirsə,

onlardan biri lider olur, digərlərindən biri isə

gec-tez özünü başqalarından zəif hiss etməyə

başlayır və incik düşür. Əsas qərarlar onsuz

qəbul olunur. Bundan başqa, üç nəfər bir

yerdə işlədikdə hər kəsin alınan nəticələrdə

iştirakını ifadə etmək çətin olur.



«Qoy həmişə sizi xilas edə bilən

adamınız olsun».

Siz dövrünüzü qabaqlamağa cəhd etdikdə

özünüzə çox şey götürdüyünüzü hesab edən

adamları daim qıcıqlandıracaqsınız. Onlar

sizin uğursuzluqlarınıza sevinəcəklər, hesab

edəcəklər ki, tale sizi haqlı olaraq cəza 

-

landırır. Bəzən onlar özlərini yalnız o anda



göstərəcəklər ki, siz fəlakətə uğrayırsınız.

Sizə təqaüd və ya qrant verilməsini uzatmaq

haqqında onların qərarlarını eşitdikdə, be lə -

lərindən necə asılı olduğunuzu bilə cək siniz.

Odur ki təsir gücünə malik olanlardan (va li -

17

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



de ynlərinizdən başqa) kimlərin sizin tə rə -

finizdə olmasını həmişə bilməyiniz yaxşıdır.

«Mühazirələrdə öz tədqiqatlarınızdan

danışın».



«Tələbələrdən söylənilən faktlardan

uzağı görməyi tələb edin».

Bacarıqlı tələbələrdən yalnız digər 

lə 

-

rindən öyrəndikləri faktları və ya ideyaları



sizə söyləməyi tələb etməyiniz onları au -

ditoriyadan kənardakı həyata hazırlamır.



«Tələbələrinizi sizin mütəxəssis ol ma -

dığınız predmetləri mənimsəməyə görə

mükafatlandırın».

Tələbələrin hamısı sərbəstliyə can atır.

Gələcəkdə inkişaf etmək üçün onları bu

sərbəstliyə hazırlamağın ən yaxşı üsulu lazım

olan yaxın fənlər və texnologiyalarla tanışlıq

imkanlarının  yaradılmasıdır.



«Heç vaxt imkan verməyin ki, tə 

-

ləbələriniz özlərini laborant hiss etsinlər».

Tələbələrinizə sizin maraqlandığınız

mövzu üzrə gələcəkdə dissertasiya mövzusu

vermək məqsədəuyğundur. Eyni zamanda

heç cür imkan vermək olmaz ki, onlar sizin

karyeranız üçün işlədiklərini hiss etsinlər.

Tələbələr gördükləri işlərin, hər şeydən

əvvəl, onların öz xidmətləri kimi qeyd

olunacağına əmin olduqda daha yaxşı

çalışırlar. 

Ceyms Uotson qeyd edir ki, tələbə onun

laboratoriyasına gəldikdən bir və ya iki ay

sonra onun işinə hər gün etdiyi nəzarəti

dayandırır. İmkan verir ki, tələbə öz tempində

işləsin və kabinetinə yalnız ona nəsə göstərə

biləcəyi halda gəlsin. Əgər tələbə işlədiyi

laboratoriyada məzmunlu seminar keçə

bilirsə, bu o deməkdir ki, o, artıq sərbəst

işləməyi öyrənib.

«Gülərüz köməkçi götürün».

Ceyms Uotson yazır: “Kim mənimlə birgə

işləyirdirsə, mən onu ailə üzvü kimi qəbul

edirdim. Onlarla birgə nahar edir, birgə

çimərliyə gedir, xizək sürürdüm. La 

bo 


-

ratoriyada işlədiyim dövrlərdə özümə kö -

məkçi laborantlar seçəndə çalışırdım ki,

mənim əhatəmdə yumor hissi və pozitiv

əhvali-ruhiyyəsi olan, sülhə meyilli insanlar

çox olsun. Ən yaxşı ətraf mənim evlənməmiş

həmya şıdlarım idi. Hələ ailə qayğıları ilə

yük lənmədiklərindən onlar ciddi iş rejiminə

riayət etməyə bilərdilər. Onlardan xahiş

etmək olardı ki, axşam saatlarında və istirahət

günlərində (biz hansısa nəticəni daha tez

almaq istədikdə) bizə kömək etsinlər. Eyni

zamanda mən də onlara əməkdaşlarım kimi

yox, daha çox dostlarım kimi baxırdım və

hətta laboratoriyada iş olduqda belə qal 

-

malarını xahiş etmirdim».



«Akademik müəssisələr sadəcə dəyişə

bilməzlər».

Akademik mübarizələrin çox hissəsi otaq -

lar, təyinat və yüksəliş uğrunda olur. Uni -

versitet həyatı tez-tez sıfır cəmli oyun olur və

burada hər bir uduşa ekvivalent uduzmaq

düşür. Təəssüf ki, əksər dekanlar və şöbə

müdirləri çox vaxt ardıcıl fəaliyyət gös 

-

tərmirlər və öz əməkdaşlarını bir il öncə



imtina olunmuş nə iləsə mükafatlandırmaqla

öz hakimiyyətlərini və təsirlərini saxlamağa

çalışırlar.

«Kollec tələbələrini elmi işə həvəs 

-

ləndirin».

Ceyms Uotson yazır: «Laboratoriya ma -

saları boş olan kimi, mən ləngimədən

rəhbərliyim altında tədqiqatlar aparmağa

canatan qabiliyyətli kollec tələbələrini qəbul

edirdim. Onlardan çoxu hələ müəyyən

etməmişdi ki, magistraturaya, yaxud tibb

kollecinə daxil olacaqlar. Onlar üçün elmi

işlə klinikadakı işin fərqini görmək faydalı

idi. Bundan başqa, tədqiqat qruplarında

iştirak onlara elm sahəsində şəxsi key fiy -

yətlərin əqli qabiliyyətdən az əhəmiyyətli



18

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



olmadığına inanmaq imkanı verir -

di. Elm ilə uğurlu məşğul olmaq

üçün «xüsusi növ qa 

biliyyət


lazımdır» fikri doğ 

rudur. Labo 

-

ratoriyalarda çox vaxt elə adam -



lara rast gəlmək olur ki, onların

müstəsna istedadları imtahanlar

vaxtı aşkar olunmayıb. Onlar

yalnız o vaxt oya nırlar ki, onların

qarşılarında «köhnə mə lum olana»

aid yox, «yeni məlum olmayana»

aid məsələ qoyulur.

«Öz fakültənizdə seminarları

elmdəki yeniliyə həsr edin».

Fakültənin keyfiyyətinə həf 

-

təlik semi narlara əsasən qiymət vermək olar.



Elm məşhurları, adətən, harasa yalnız o

zaman getməyə hazır olurlar ki, orada özləri

üçün fayda görsünlər. Geniş tələbə

auditoriyası cəlb edilə bilməyən və əsasən

fakültənin nüfuzunu qorumaq üçün təkcə

əməkdaşların iştirak etdiyi auditoriyada

keçirilən seminarlar tezliklə onlar üçün də

cansıxıcı olur. Se minarları keçirmək üçün

çalışdığınız uni 

versitetdə öz yerini hələ

möhkəmlətməmiş yeni yaranan elmi is 

-

tiqamətlərin nü ma yəndələrini dəvət etmək



daha yaxşı olar. Seminarları aparmaq üçün

yaşlı əmək 

daş 

larınızdan olan dostlarınızı



seçərkən siz tələbəyə onlarda olanı onlara

vermək riskini edirsiniz. Əksər hallarda

seminarı kiçik işçilərdən birinə həvalə etmək

lazımdır. Kiçik əməkdaşlarda bu işi bacarmaq

üçün vaxt və motivasiya çoxdur, çünki onlar

fikirlərini, intellektual həyatlarını zən 

-

ginləşdirə biləcək alimlərlə görüşmək im -



kanını  qiy mət lən dirirlər.

«Yeni jurnalın redkollegiyasının tər 

-

kibinə daxil olun».

Çoxdan mövcud olan jurnalın red 

kol 

-

legiyasının tərkibi olduqca nadir hallarda



dəyişir ki, yeni elmi istiqamətlərin tələblərinə

cavab versin. Yeni istiqamət yeni düşüncə

tərzi yaradır və yeni jurnal tələb edir. Keçmiş

ilə yaşayan redaktorlar heç də həmişə elmdə

yeniliyin qiymətini layiqincə verə bilmir və

çox vaxt bilmir ki, rəy üçün kimə müraciət

etsin.

«Böyük kəşflərin nəticələrini ləngimədən



çap etdirin».

«Səyahət elmi fəaliyyəti yaxşılaşdırır».

Hansı mötəbər elmi müəssisədə iş 

lə 

-

məyinizdən asılı olmayaraq, sizin ixtisasınız



üçün əhəmiyyətli olan işlər böyük ehtimalla

haradasa başqa yerdə də icra olunur. Digər

auditoriyalar qarşısında çıxışlardan imtina

etməklə siz öz gələcəyinizi zədələyirsiniz. Öz

ərazinizdən kənara çıxmaqla siz bacarıqlı

aspirantlar və elmə gəlmək istəyən digər

istedadlı adamlarla görüşə, onları ko man -

danıza dəvət etməklə güclənə bilərsiniz. Əgər

siz həddindən artıq gediş-gəliş edirsinizsə,

təbii ki, bu, əks nəticə də verə bilər. Çalışın

ki, əsas kurslar üzrə öz mühakimələrinizi

təxirə salmayasınız.

«Həyata keçməsi möcüzələr tələb edən

layihələri müdafiə etməyin. Hətta onlar



19

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



həyata keçirilsə belə, verəcəkləri mənfəət

məsrəflərdən az olacaq».

«Mübahisəli məsələlərə aid təkliflər siyasi

müdafiə tələb edir».



«Uğurları mükafatlandırmaq lazım 

-

dır».

Ceyms Uotson yazır: «Bəziləri çox çə -

rənləyir ki, guya elm mühiti üçün pul birinci

stimul deyil. İstənilən işə götürən üçün əmək-

haqqı sizə necə dəyər verildiyini göstərmək

üsuludur. Beləliklə, pul sizə lazım olsa da,

olmasa da nəzarət edin ki, əməkhaqqınız

statusunuza uyğun olsun».



«Öz hiddətinizi vasitəçilərlə çatdırın».

Universitet administrasiyasının ünvanına

dərin hiddət hislərinizi sizinlə rəftarın düzgün

olmadığını düşünən dostlarınız vasitəsi ilə

çatdırmağınız yaxşıdır. Hər şeyi  öz de ka nı -

nı za birbaşa demək cəhdiniz asanlıqla elə

ifadələrə yol açar ki, bununla aranızdakı

körpülər yana bilər. Heç vaxt yol verməyin

ki, sizi təmkinli olmayan  insan kimi qəbul

etsinlər.



«Adekvat olmayan iş otağına

görə iş dən çıxmağa hazır olun».

«Eyni vəzifədə olan bütün

əməkdaşlar üçün otaqların bərabər

paylanması ədalətlidir, amma işin

səmərəliliyini azaldır. Öz karye 

-

rasının müxtəlif mərhələlərində



çalışan elmi  işçilərin tələbatları

müx təlifdir. Onlara uyğun şəkildə

otaqlar verilsə və geri alınsa belə bu,

dostbazlıqda günahlandırmağa gə -

tirib çıxara bilər. Beləliklə, otaqların

rasional düşüncədən daha çox siyasi

düşüncələr əsasında bölgüsü nor -

maya çevrilir. Amma sizə yeni işıqlı

ideyanı işləyib hazırlamaq və ya

eks perimental sıçrayış üçün lazım

olan məkan ayrılmasa, başqa yerdə

çalışan işçilər sizi tamamilə ötüb

keçə bilər. Lazımi otağın ay 

rıl 


masından

imtina o deməkdir ki, sizin ba 

ca 

rıq 


-

larınızı yetərincə  qiy mət lən dirmirlər,  yaxud

gedəcəyiniz və ya qa lacağınız fakültə üçün

məna kəsb etmir. Bütün bunlar kifayət qədər

ciddi məsələdir və həmişə bundan keçmək

çətin olur. Amma bu Darvin dünyasında siz

böhran yaratmasanız belə, deyilənlərin daha

az sakit həm 

kar 

larınızdan yan keçəcəyi



qaçılmazdır.

«Qoy sizin rəhbərliyə yaxın dostlarınız

olsun».

«Heç vaxt ölməkdə olan istiqamətlər üzrə



mütəxəssislərə daimi əməkhaqqı təklif

etməyin».



«Sədrlik edin».

Əksər aparıcı universitetlərin alimləri

elmlə məşğul olmaq vaxtına mane olan

səlahiyyətləri götürmək istəmirlər. Onlar

administrativ işi bezdirici hesab edirlər və hər

biri istəyir ki, bölmənin sədri kimsə başqası

olsun. Məsuliyyətdən bu yolla qaçma sə -

bəbindən əksər təbiət elmləri bölmələrində iş



20

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



mümkün olandan az cəlbedici olur. Kok teyli

qarışdıran solominka (çubuq) qiymətlidir.

Şöbələrin zəif rəhbərləri əmək daşlar arasında

əhəmiyyətli kursları, qiymətli avadanlıqları

və iş fazasını (yerini) bölərkən ağılsız

qərarlar qəbul edirlər. Uğursuz seçilmiş

əməkdaşlar məşğələləri aparır və kitabxana

üçün heç kimin oxumadığı jur nalları alır.

Bölmənin iclasları mənasız keçir, həyati

məsələlərə aid olmayan mənasız müzakirələr

aparılır və otaqda oksigen tükənənə qədər

davam edir. Sədr funksiyası ağıllı pro fes -

sorun vaxtının 10%-dən  çoxunu alma 

-

malıdır.



«İki ciddi məşğuliyyət olduqca çoxdur».

Sırf nəzəri düşüncələr kimi bir çox

eksperimentlər də, adətən, sizin əvvəlcə

düşündüyünüzdən ən azı 5 dəfə artıq güc

tələb edir. İstənilən peşə sahibi: istər

universitet rektoru olsun, istərsə də skripkaçı,

yaxud qiymətli kağızlar üzrə mütəxəssis və

ya alim olsun, öz işinə sadiq və vurğun

olmalıdır. Diqqətinizi müxtəlif predmetlər

arasında bölməklə sizinlə eyni qabiliyyətə

malik, amma məqsədyönlü olan rəqibinizin

xeyrinə oynayırsınız. Özünü peşəkar vio 

-

lonçelçi adlandıran uğurlu bankir çox vaxt nə



yaxşı bankir, nə də yaxşı violonçelçi olur.

«Bir bina daxilində rəqabət sağlamlıq

üçün zərərlidir».

«Eyni məqsədə can atan ciddi rəqibin

olması həmişə həyəcan mənbəyidir. Hər

zaman yanınızdakı adama pislik istəyiniz

mənəvi gücü zəiflədir. Odur ki rəqiblər başqa

ölkədə deyillərsə, başqa şəhərdə olmaları

yaxşıdır. Əgər onlar eyni binadadırlarsa, bu,

miniatür formalı cəhənnəmdir, həm də az

məhsuldarlığı olan cəhənnəm.

«Elmi karyeranızın zirvəsini gözləmədən

rəhbər olmağa çalışın».

«Maarifləndirici mütləqlik rejimi ya ra -

dın».

«Məni ona görə direktor təyin etdilər ki,



Kold-Sprinq-Xoborda işləyən əməkdaşlara

laboratoriyanın gələcəyi haqqında fikirlərimi

yox, laboratoriyanın gələcəyini təmin etməyi

inandırdım. Əslində, tədqiqat müəssisəsi de -

mo kratik ola bilməz. Hər halda ağıllı rəhbər

onun  planlarının  qiymət lən diril mə sinin  qay -

ğısına qalır. Mən heç vaxt Kold-Sprinq-

Xoborda işləyən uyğun sahələrin mü 

-

 təxəssislərindən qeyri-rəsmi məsləhət almadan



yeni əməkdaşları işə gö tür mə mişəm. Əsasən

çox vaxt bizim ştatda işləyən alimlərimizin

müdafiə etdikləri adamlar yeni əməkdaşlar

olurdular. Bildiyim qədər bir dəfə də olsun

elə adamı işə götürmədim ki, bizim digər

əməkdaşlarımız ona qarşı olsunlar».



«Öz alimlərinizə beysbol komandasını

idarə edən menecer kimi rəhbərlik edin».

İdman və qabaqcıl elmi tədqiqatlar ara -

sında ümumi cəhətlər çoxdur. Hər ikisinin

həqiqi ulduzları ortayaşlı adamlar deyil,

gənclərdir. Bəzən elə olur ki, yaşı 40-ı ötən

insan da tor qarşısında raketka ilə və ya

lövhə qarşısında tabaşir ilə təhlükəli qüvvə

olur. Yalnız o adamlar uzunmüddət elm

sahəsində menecer ola bilərlər ki, daima

oyunu yeni səviyyəyə qaldıra bilən

istedadlıların ax ta rışında olsunlar. Əmək -

daşlarının orta yaşının tədricən yuxarı

qalxmasına yol verilən elmi müəssisələrdə

cansıxıcılıq qaçılmaz olur. Lakin yeni

binalar tikilməsi və yeni iş yerlərinin

açılması hesabına əməkdaşların orta yaşını

azaltmaq bizə lazım deyil. Yaşlı olan binada

həyat qaynamırsa, onda pul boruda olduğu

kimi uçmağa başlayır. Həm çinin artıq topu

dəqiq ata bilməyən alimləri təqaüdə gön -

dərməyin vacibliyini başa düş 

mək yaxşı

menecer üçün əhəmiyyətlidir. Yalnız daima

özünü yeniləşdirən, yeni düşüncə tərzini

qəbul edən adamlar sizinlə işləyərkən orta

yaş əldə edə bilərlər.



21

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



«Oyunçuları mövsümün ortasında

dəyişməyin».

Alimi işə götürdükdən sonra ona tam

imkan verin ki, topu tor üzərindən ata bilsin.

Əgər siz «bu həftə kim yaxşı formadadır»

prinsipi ilə öz oyunçularınızı qiymətlən dir -

səniz yalnız komanda ruhuna ziyan gətirmiş

olarsınız. Ardıcıllıq və sabitlik sizin oyun -

çularınızdan ən yaxşı nəticələri əldə etmək

üsuludur. Bu münasibətdə başqalarının elmi

işlərinə rəhbərlik öz elmi işini icra etməkdən

əsaslı şəkildə fərqlənir.

«Elmə ayrılan ianələri elmin ma liy yə -

ləşdirilməsinə ayırın, əməkhaqqına yox».

Ümumi qayda belədir: istənilən elmi

müəssisənin büdcəsinin yalnız ən minimal

hissəsi yaşlı əməkdaşların əməkhaqqına sərf

olunmalıdır. Normal maliyyələşdirmə şə 

-

raitində kim uğurlu alim kimi qalırsa, o öz



şəxsi tələbatlarından xeyli artıq qrantlar ala

bilir. İanələrdən daxil olan vəsaitlərin

karyerasını yeni başlayanlara və  ya alınan

qrantların elmi tələbatları uyğun gələn

alimlərə ayrılması daha yaxşı olar.

«Aparıcı alimlərə vəzifə ar -

tımını onların gözlədiyi vaxtdan

tez verin».

Yaxşı işçilərin vəzifələrini tez-

tez ar 

tırmaqla siz qiymətli



olmayan əməkdaşlara ayrılan

büdcə vəsaitinin azaldılmasını

qaçılmaz edirsiniz. Kimi qiymət -

lən dirir si nizsə,  ona  səxavətli  olun:

əməkhaqqına edilən əlavələr in -

flyasiyanın sürətini ötmürsə, başqa

yerdə iş axtarmaq lazımdır.

«Mümkün olan qədər az

qəbul təyin edin».

Əməkdaşlardan kimsə kabi ne -

tinizə gəlirsə və ya sizin qəbu 

-

lunuza yazılmaq üçün zəng edirsə,



dərhal öyrənin ki, ona nə lazımdır.

Əgər həqiqətən hər hansı ava 

-

danlığa və ya tarifə ehtiyac hiss



edirlərsə, gözləmədən «hə» de 

-

məklə həm də əməkdaşın vaxtına



qənaət etmiş olursunuz. Hətta siz -

də olmayan pulu ödəməyə söz

vermək lazım gəlsə belə, onu edin.

İşçinizin sizin xoşunuza gəlməsi

yox, ancaq öz işinin qayğısına

qalması sizi maraqlandırmalıdır.



«Öz narazılığınızı bil 

dir 

-

məkdən çəkinməyin».

22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



İşçilərinizdən biri nə vaxtsa ağılsız söz

danışdıqda etirazınızı bildirin. Ən yaxın

adamınızın sizin narazılığınızı bilməsinə

acıqlanmayın. Bu sizin sağlamlığınız üçün

zərərlidir. Bu həm də davranışı ilə sizi təhqir

etmiş adama münasibətdə qeyri-səmimi

olmaqdır. Onlar bundan sonra eh 

tiyat 


-

lanmalıdırlar ki, böyük xoşagəlməzliklər

yaranıb və təbii ki, bundan sonra sizin

tənqidinizə cavab verməyi vacib hesab

edəcəklər. Belə xoşagəlməz söhbətlər

sonraya saxlanılarsa, həmin adam öz həyatını

yaşamağa başlayar və münaqişə toxumu

səpər. Bu, məhsuldar olmayacaq. Hətta siz

haqlı deyilsinizsə, tələsik üzr istəyin.

«Ərazini  gəzin».

Əməkdaşlarınız qarşıya çıxan problemləri

sizə çatdırmaq üçün kabinetinizə nadir

hallarda gəlirlər. Dəhşətli həqiqət sizə o vaxt

məlum olacaq ki, artıq «ağacın budağı»

qırılır. Öndə olmaq üçün günün bir hissəsini

əraziyə baxış keçirmək lazımdır. Bu sizə

laboratoriyada vəzifə pillələrində yüksək yer

tutmayan əməkdaşlarla görüşmək, onlara

işlədikləri üçün xoş rəftar göstərmək və ya

razılıq sözləri ilə təşəkkür etmək imkanı

verəcək. Həmçinin laboratoriyalara axşamlar

və istirahət günləri də baş çəkmək əhə 

-

miyyətlidir. Güman ki, yalnız adi günlərdə və



ya gündüz saatlarında iş aparılan la 

bo 


-

ratoriyalara baş çəkmək bir o qədər faydalı

deyil. Şənbə günü  laboratoriya masası ar -

xasında çalışan işçi orada vaxtını keçirmək

üçün durmur.


Yüklə 13,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin