Akkreditivin formalari



Yüklə 17,3 Kb.
tarix28.12.2023
ölçüsü17,3 Kb.
#200932
Akkreditivin formalari


Akkreditivin formalari
Nağdsız hesablaşmalar haqqında Əsasnaməyə müvafiq olaraq ölkəmizdə aşağıdakı akkreditiv növləri açıla bilər:

  • Geri çağırılan akkreditiv - geri çağırılan akkreditiv emitent bank tərəfindən mal göndərən ilə qabaqcadan razılışdırılmadan dəyişdirilə və ya ləğv edilə bilər (məsələn, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə riayət olunmadıqda, emitent bankın akkreditiv üzrə ödənişlərə zəmanət vermədiyini qabaqcadan bildirdikdə);

Vəsait alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geri çağırıla bilən akkreditiv sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan qarşısında hər hansı öhdəliklərini yaratmır.

  • Geri çağrılmayan akkreditiv - mal göndərəninin xeyrinə açılmış olan çağırılmayan akkreditiv onun razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz. Mal göndərən qabaqcadan akkreditivin istifadəsindən imtina edə bilər ( əgər bu akkreditivin şərtlərində nəzərdə tutulubsa);

Vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməyən akkreditiv geri çağırıla bilməyən akkreditiv sayılır. Geri çağırılmayan akkreditiv emitent bankın qəti öhdəliyidir. Geri çağırılmayan akkreditiv emitent bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz

  • Rezervli akkreditiv (Stand-by)- malın alıcı və satıcısına açıq hesabla işləmək imkanı verir və akkreditiv malın alıcısı ödəniş öhdəliklərini yrinə yetirmədikdə icra olunur;

  • Qarşılıqlı akkreditiv (Back-to-Back) - alınmış hər hansı bir akkreditiv təminat kimi qəbul edilərək, onun əsasında digər akkreditiv açılır;

  • Köçürülə bilən akkreditiv (Transferabel akkreditiv) - satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək hüququ verir;

Akkreditiv üzrə hesablaşmaların etibarlılıq müddəti və qaydası ödəyici və tədarükçü arasında bağlanmış müqavilədə təyin olunmuş etibarlılıq müddəti ərzində yerinə yetirilir. Akkreditiv hesablaşmasdı zamanı hesablaşmanın bütün əsas qaydalarına tam riayət olunmalıdır. Bu qaydalara aşağıdakılar aiddir:

  • məhsulun dəyəri onun göndərilməsindən sonra ödənilir;

  • ödəniş ödəyicinin bu halda akkreditivin açılması faktı ilə ifadə olunmuş razılığı ilə yerinə yetirlir;

  • müqavilənin şərtləri pozulduqda ödəyiciyə ödənişdən imtina etməsinə dair hüquq verilir;

  • əgər alıcının akkreditiv almaq hüququ varsa akkreditiv ya alıcının vəsaitləri hesabına , ya da bankın kerditləri hesabına açılır.

Akkreditiv hesablaşma formasının müsbət cəhəti ödənişə zəmanətdir.Bununla yanaşı , bu hesablaşma formasının bir sıra mühüm çatışmamazlıqları vardır:

  • alıcının akkreditiv məbləğindəki vəsaitləri akkreditivin etibarlı olduğu müddətdə onun təsrrüfat dövriyyəsindən çıxarılır;

  • mal dövriyyəsi ləngiyir, çünki tədarükçü akkreditivin açılmasına dair məlumatlandırılmayana kimi hazır məhsulu göndərə bilmir və onun saxlanılması üzrə əlavə xərclər çəkir.

Alıcı üçün akkreditivin üstünlükləri
- Pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması
- Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi
- Göndərilən malın akkreditivdə nəzərdə tutulan müddətdə və digər şərtlərə uyğun qaydada Alıcının mülkiyyətinə keçməsinə
Satıcı üçün akkreditivin üstünlükləri
- Alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət (müqavilədə qeyd olunan öhdəliklər tam yerinə yetirildikdə)
- Malın Alıcıya təhvil verilməsindən əvvəl ödənişin həyata keçirilməsi imkanı
- Mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsi imkanı
Yüklə 17,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin