Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   11   12   13   14   15   16   17   18   ...   48
N Ə T I C Ə 

 

1. Naxçıvan MSSR-də  səhiyyənin inkişaf etdirilməsi 



haqqında beşillik (beşinci və altıncı) və yeddiillik planlarda 

nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə yerinə yetirilirdi. 

2. Xəstəxanaların, onlarda olan çarpayıların, ambulator 

müəssisələrin sayı artdı,  əhaliyə göstərilən ixtisaslaşdırılmış 

tibbi xidmət genişləndi. 

3. SSRI Nazirlər Sovetinin, tibb işçilərinin  əmək 

haqqının artırılması haqqında olan qərarı (1955) respublikanın 

tibb işçilərinin maddi vəziyyətini yaxşılaşdırdı. 

1965-ci ildə  həkimlərin sayı 1953-cü ilə nisbətən 1,6 

dəfə, orta tibb işçilərinin sayı 1,8 dəfə artdı. Habelə, həkim –

mütəxəssislərin: stomatoloqların, ftiziatorların, nevropato-

loqların, cərrahların, pediatrların, mama – ginekoloqların sayı 

çoxaldı. 

1953-1965-ci illərdə  təkmilləşdirmə  və ixtisaslaşdırma 

kurslarından keçən həkimlərin sayı 5,3%-lə 16,1%, orta tibb 

işçilərinin sayı isə 3,4%-lə 7% arasında olmuşdur. 

4. Qadın və uşaq əhalisinə göstərilən tibbi xidmət xeyli 

yaxşılaşmışdı. Feldşer – mama məntəqələrinin, kolxoz doğum 

evlərinin, ginekoloji və  uşaq çarpayılarının, uşaq yasli – 

baxçalarının və onlardakı yerlərin sayı artdı. 

Pediatr sahələri kiçildi, tək və çox uşaqlı analara 

müavinətin həcmi genişləndi. 

Naxçıvan MSSR-i hökuməti uşaq və anaların 

mühafizəsinin yaxşılaşdırılması üçün dəfələrlə müvafiq 

tədbirlər planı qəbul etmişdir. 

5. Səhiyyə büdcəsi artmaqda davam etdi. Ona görə 

respublikanın tibb müəssisələrinin yeni aparatlarla və tibb 

 

 



 

118


alətlərilə, avtomaşınla, yumşaq və  bərk avadanlıqla təchizatı 

yaxşılaşdı. Xəstəxanaların tikintisi genişləndi. 

6. Sanitar – epidemiya əleyhinə stansiyalar daha da 

iriləşdi, kənd səhiyyəsi yenidən quruldu: - səhiyyə  şöbələri 

ləğv edildi, rayon xəstəxanaları  və sanepid stansiyalar 

birləşdirildi. Birləşmənin başında baş  həkim durdu. O, eyni 

zamanda Dövlət Sanitar müfəttişi oldu. Belə birləşmə  kənd 

tibb müəssisələrinin işində profilaktik istiqaməti təmin etdi. 

7. Sanitar mədəniyyətinin qaldırılması  uğrunda 

«göyçay» xalq hərəkatı genişləndi. Kənd və şəhərlərin daha da 

abadlaşdırılması və yaşıllaşdırılması üçün xeyli iş görüldü. 

Qırmızı Aypara Cəmiyyəti tərəfindən profilaktik və 

sanitar sağlamlaşdırıcı  tədbirlərin həyata keçirilməsində 

səhiyyə orqanlarına yaxından köməklik göstərildi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



119


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin