Ad: Nahid Soyad: Tağıyev Qrup: M203 Fənn:İqtisadiyyat Mövzu: Pul-kredit sistemi Makroiqtisadi siyasət



Yüklə 320,31 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü320,31 Kb.
#194237
1   2   3   4
Nahidİqtisadiyyat

Daraldıcı siyasət yeridilirsə, bu zaman pul təklifi azaldılacaq və ya az artırılacaq yaxud faiz dərəcəsi yüksəldiləcək.

  • Genişləndirici siyasət zamanı isə, pul təklifi kəskin artacaq və ya faiz dərəcəsi azaldılacaq. Bundan əlavə, monetay siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var[1]:

  • Yumşaq pul siyasəti. Mərkəzi bank faiz dərəcəsin aşağı salmaqla, iqtisadi artıma təkan verir

  • Neytral pul siyasəti. Mərkəzi bank faiz dərəcəsində dəyişiklik etmir. Beləliklə nə iqtisadi artım təşviq edilir nə də inflyasiya ilə mübarizə aparılır.

  • Sərt pul siyasəti. Bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla, inflyasiya azaldılır.

    Monetar siyasətin alətləri:
    Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuata bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə, bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir. Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir:


      • Diskont faiz dərəcəsi,


      • Məcburi ehtiyat norması,

      • Mənəvi razısalma (ing. Moral suasion),

      • Açıq ağız əməliyyatları (ing. Open Mouth Operations)

    Fiskal siyasət hökümətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm
    də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur.
    Fiskal siyasət sıxışdırıb çıxarma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.
    Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsi ilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsi ilə fizkal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətklərin ümumi həcmi artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar. İqtisadçılar adətən monetar siyasəti fiskal siyasətdən üstün tuturlar. Burada əsas iki səbəb var:

      • Monetar siyasət müstəqil mərkəzi banklar tərəfindən həyata keçirilməsi;

      • Mərkəzi Banklar iqtisadiyyatda baş verən dəyişikliklərə fiskal siyasətə nisbətən daha çevik reaksiya verməsi.

    İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir:

      • Məcmu tələb iqtisadi aktivliyin səviyyəsi;

      • Yığım investisiyalar;

      • Gəlirlərin bölgüsü.

    Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.
    Fiskal siyasətin 3 əsas növü vardır:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin