A verbal kommunikasiya: Dil b Dilin mahiyyəti, dilin ictimailiyi


Onomastik vahidlərin kommunikasiyada rolu



Yüklə 44,98 Kb.
səhifə7/7
tarix16.05.2023
ölçüsü44,98 Kb.
#113745
1   2   3   4   5   6   7
İşgüzar və akademik kommunikasya cavablar

Onomastik vahidlərin kommunikasiyada rolu.
Dilin lüğət tərkibində xüsusi sözlərin məcmusu onomastika adlanır.Şəxs,qəbilə,taya,xalq,millət,yer adları,heyvan və quşlara verilmiş xüsusi adlar,səma cisimlərinin adları dilin onomastikasını əhatə edir.Dilimizdəki xüsusi sözləri aşağıdakı qruplara bolmək olur:
1.antroponimlər
2.etnonimlər
3.toponimlər
4.hidronimlər
5.zoonimlər
.6.kosmonimlər
7.ktematonimlər
Antroponimlərə şəxs adları,soyadlar,familiya,təxəllüs və ləqəblər daxildir.Adlar kişi və qadın adı olmaqla iki yerə bölünür.
Familyalar 11ci əsrdən formalaşmağa başlamışdır.Azərbaycanda 19-cu əsrdən formalaşmağa başlayıb.
Təxəllüs adla yanaşı işlənir.Təxəllüs şəxsin ictimai,ədəbi fəaliyyəti ilə bağlı yaranır.Məsələn: Vurğun,Müşfiq.
Ləqəb insanların rəsmi adlarına əlavədir.Ləqəb insanların görünüşünə,peşəsinə,vəzifəsinə,xarakterinə görə verilir.Məs.Kefli İgəndər,Topal Teymur,Uzun Həsən və s
Etnonimlər,tayfa,xalq,millət adlarıdır.Azərbaycanda çoxlu etnonimlər var.məs: Əfşar,Padar.Bəydili,Qacar,Ağqoyunlu və s.
Toponimlər yer adlarını bildirir.Azərbaycan dilindəki toponimləri 3 qruoa bölürlər:
Ən qədim toponimlər-Aran,Alban,Midiya
Qədim toponimlər-Azərbaycan,Şəki,Bakı
Yeni toponimlər-Cəlilabad,Şabran və s.
Dilçilikdə su adlarını bildirən xüsusi adlar hidronimlər adlanır.Burada su obyektlərin bütün adları-okean,dəniz,göl,körfəz,quyu,şəlalə,çay və s.adları daxildir.
Heyvan və quş adlarına verilən adlar zoonimlər adlanır.Zoonimlər özlüyündə 2 qrupa bölünür:ümumi və xüsusi zoonimlər.Xüsusi zoonimlərə ev quşllarına və heyvanlarına verilən adlara deylir.Məs: Qəmər,Məstan,Alagöz,Kürən,Bozdar və s.
Kosmonimlər səam cisimlərinin adlarını bildirir.Kosmonimlərə bürclərə verilən adlar da daxildir.
Ktematonimlərə maddi-mədəniyyət,elm və texnika,təşkilatların,bədii əsərlərin adları daxildir.

Vulqar sözlər,varvarizmlər,ekzotik sözlər


Kobud və ya qeyri-ədəbi sözlər vulqarizm adlanır.Məs:veyillənmək (gəzmək əvəzinə),goplamaq(danışmaq əvəzinə),kaftar,donquldanmaq və s.
Vulqar sözlər 2 qrupa bölünür: kobud sözlər və söyüş xarakterli sözlər.
Yemək əvəzinə tıxmaq,gumbuldamaq,çox danışan adama heyvərə işlətmək.
Söyüş xarakterli sözlər:İtil,cəhənnəm ol,nadürüst!
Vulqar sözlər bədii üslubda müəyyən zərurət və tələb olduqda işlənir.Ümumiyyətlə,şi və biədəb olan vulqar sözlərin ədəbi dildə işlənməsinə qətiyyən yol verilmir.
Varvarizm üçün əsas meyar işləndiyi başqa dildə onun qarşılığının olmasıdır. Məs: prazdnik,bedni,çestni və s.Müasir dövrdə savadlı və ya azsavadlı şəxslərin dilində varvarizmlər işləndiyini müşahidə edirik.Məs.obşem,voobşe,paka,dakazat etmək,həşdat və s.Şifahi nitqdə bu cür varvarizmlərin işlənməsi yersizdir.Belə sözlər dilimizi korlayır.
Varvarizmlərdən obrazların nitqini fərdiləşdirmək üçün istifadə edilir.
Mənşəcə başq dilə məxsus olub hər hansı bir xalqın məişətini,adət-ənənəsini,milli xüsusiyyətlərini göstərən leksik vahidlərə ekzotik sözlər deyilir.Ekzotik sözlər xalqlar,ölkələr arasında siyasi,iqtisadi,mədəni,dostluq əlaqələri əsasında yaranır.
Pul vahidlərinin adları:dollar,lirə,funt-sterling,dinar,rial.
Musiqi alətlərinin adları:balalayka,bandura,gitara
Rəqs adları:tanqo,menuet,çardaş
Örək adları:xaş,tabaka,borş,jülyen
Vəzifə adları:mer,ser,lord
Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin