77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri



Yüklə 37,48 Kb.
səhifə2/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   2   3   4   5   6   7   8   9   ...   12
78-61

Qaraqoyunlu dovleti-1406-cı ildə Sultan Əhməd Cəlairin qoşunları İraqdan Azərbaycana soxuldular.O,bayrağında Qara qoyun şəkili olan Qara Yusiflə ittifaqa girdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin.Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar.
Ağqoyunlu dövləti: Cahan şahın hökümranlığının sonuna yaхın Ağqoyunlu əmrləri qüvvətlənməyə başladı.Uzun Həsən dövründə (1453-1478) köçəri Ağqoyunlular Qaraqoyunlulara qarşı müvəffəqiyyətlə mübarizə aparırdılar. Uzun Həsən 1467-cı ildə Muş yaxınlığında döyüşdə Cahan şahı əzdi. Qaraqoyunlu dövləti süquta uğradı. 1467-ci il noyabrın 11-də Muş döyüşündəQaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi.
76)Şirvanşalar dövləti Məzyədilər sülaləsinin dövründə
Şirvanşahlar (861-1538)
Şirvanşahlar dövlətinin yaradıcısı Keysəm İbn Xalid I rəsmi Məlik Yəsid İbn Məzyədin nəvəsi idi. Məzyədilər sülaləsinin hakimiyyətinin ilk dövrlərində Şirvanşahların sərhədi cənubada Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdir. Dövlətin sərhədləri sabit olmamışdır. Paytaxt X əsrin I rübündən Yəzdiyyə (Şamaxı) olmuşdur. IX əsrin axırlarında Məzyədilər öz vassalları ilə birlikdə Sacilər və Səlarilər dövlətinə tabe idilər. Daxili idarəetməni öz əllərində saxlasalarda onlara xərac verirdilər. XI əsrin 30-40-ci illərində Xəzərsahili əyalətlərə rusların hücumları (eyni zamanda köçəri alanların) dövlətin təsərrüfat həyatına ağır zərbə vurdu. XI əsrib 60-70-ci illərində Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha da ağırlaşda Şəddadilər hakimi Şavurun Şirvana hücumları başladı. O, bir sıra qalaları ələ keçirdi. Ön Qafqazda hakimiyyəti ələ keçirən Səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan Məlikşahın dövründə Dərbənd iqta şəklində İraq hakiminə bağışlanmışdı. Şirvan məzyədiləri Sultanın xəzinəsinə 40 min dinar xərac verirdilər( hər il). Hakimiyyət irsən keçirdi. Təsərrüfat natural idi. 2 cür qoşun növü vardı. Şahın xüsusi qvardiyası və vilayət hakimlərinin qoşun dəstələri. XI əsrin 70-ci illərində Məzyədillər dövləti tənəzzül etdi. Səlcuq türkləri bu prosesi sürətləndirdilər.



Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin